Məhkəmə qərarları › İş №3(004)-9504/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9504/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9504/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X5 tərəfindən tərtib 04 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şəxs Yasamal rayonunda yerləşən “Plov” restoranının qarşısında Zərərçəkmiş şəxs vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X1 İmamverdi Zahid oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs, Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə yazaraq xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən “Plov” restoranının qarşısında aralarında yaranmış münaqişə zamanı tanışı Şəxs təpiyi ilə onun bud nahiyyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 157-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Ayselin rəfiqələri ilə Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən “Plov” restoranında görüş keçirəcəklərini bilmiş və Ayselə görüşdə iştirak etmək istədiyini, lakin pulunun olmadığını bildirmişdir. Aysel isə ona pulu olmasa da özlərinin onun yerinə pulu ödəyəcəklərini söyləyib onu da görüşə görüşə dəvət etmişlər. Həmin gün restoranda görüş zamanı həm Aysel, həmdə o, çoxlu spirtli içki qəbul etdiklərinə görə sərxoş olmuşlar və o Ayseli söymüşdür. Bundan Aysel cavab olaraq onu söymüşdür. Onlar bir qədər sözlü mübahisə etmişlər və bir birin ünvanına söyüşlər işlətmişlər. Bundan sonra o sərxoş olduğu üçün Ayseli bir necə dəfə vurmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə İmamverdi onun rəfiqələri ilə Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən “Plov” restoranında görüş keçirəcəklərini bilmiş və ondan özünün də görüşdə iştirak etmək istədiyini, lakin pulunun olmamasını söyləmişdi. O, isə ona pulu olmasa da özlərinin onun yerinə pulu ödəyəcəklərini deyib onu da görüşə dəvət etmişlər. Həmin gün restoranda görüş zamanı İmamverdi spirtli içkilər qəbul etdiyindən sərxoş olmuş və bu zaman onu və 16 yaşlı qızı Əntiqəni nalayıq sözlərlə təhqir etməyə başalmışdır. Buna görə də rəfiqələrilə o, məclisi yarımçıq qoyub saat 17:00 radələrində restoranı tərk etmişlər. Onlar restorandan çıxıb restoranın yaxınlığında olarkən İmamverdi yenə də təhqirlərini davam etdirmiş, ona və qızının ünvanına söyüşlər söyərək qızını zorlayacağı ilə hədələmişdi. O, İmamverdinin sözlərinə cavab qaytardıqda isə İmamverdi onun üstünə hücum edib ona əl-qol atmış, onun zərbəsi qollarına dəymiş və bu zaman rəfiqəsi Süsən İmamverdini ondan aralamışdı. Lakin İmamverdi yenə də sakitləşməyərək ondan əl çəkməmiş və təpiyi ilə onun bud nahiyyəsinə ayağı ilə vurmuşdur. Yekun olaraq Şəxs ilə barışmadığını və onun az yaşlı qızına qarşı nalayiq ifadələr işlətdiyi üçün həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İslamov tərəfindən tərtib edilmiş 10 noyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs qızının şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin, buna baxmayaraq araşdırma zamanı hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə müşayət olunduğundan, Onun barəsində inzibati tənbeh tədbirləri göstərilmişdir. Ona görə də, cinayət işinin başlanması rədd edilməli və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 xx.xx.2025-ci il tarixli 790 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ bud nahiyyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin qeyd etdiyi müddətdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi mümkündür sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 04 dekabr 2025-ci il saat 13:55dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 04 dekabr 2025-ci il saat 13:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar