Məhkəmə qərarları › İş №3(004)-9506/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9506/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9506/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Bakı şəhəri BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru X3 iştirakları ilə, X2 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYPİ tərəfindən İXP seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “Opel Astra” minik markalı, **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin DYP əməkdaşı tərəfindən qanunsuz olaraq duracağa aparılması barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-8163/2025 saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən araşıdırılması üçün Bakı şəhəri BPİ DYPİ-nə geri qaytarılmışdır. Daha sonra DYP əməkdaşı tərəfindən heç bir baxış keçirilmədən yenidən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Bakı şəhər BPİ DYPİ tərəfindən İXP seriyalı ******* nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Bakı şəhəri BPİ-nin X9 İdarəsinə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru X5 bildirmişdir ki, şikayətə etiraz edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilə quraşdırılmış yaylar idman avtomobilləri üçün nəzərdə tutulduğundan həmin yaylar “Opel Astra” minik markalı avtomobilə normativ tələblər pozulmaqla quraşdırılmışdır. Buna görə də konstruksiya dəyişikliyini yerindəcə aradan qaldırmaq mümkün olmadığından DYP əməkdaşı tərəfindən avtomobil duracağa yerləşdirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 16:40-da Bakı şəhərində “Opel Astra minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə AR İXMnin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şikayətçi tərəfindən təqdim edilmiş RW TÜV Qrupunun bir şirkəti tərəfindən verilmiş texniki rəyin yekun hissəsindən görünür ki, istifadə sahəsində təsvir olunan avtomobillər dəyişiklikdən sonra və aparılmış və təsdiqlənmiş dəyişiklik qəbulundan sonra, bu hissəgutachten-də göstərilən qeydlər/tələblər nəzərə alınmaqla, qüvvədə olan StVZO qaydalarına uyğun gəlir. Sifarişçi (Gutachten-in sahibi) sübut etmişdir (Reg-Nr.: **********) ki, o, StVZO-nun XİX əlavəsi, 2-ci bölməsinə uyğun keyfiyyət təminatı sistemi saxlayır. Bu hissə-gutachten Vİ bölməsində göstərilən əlavələrdə daxil olmaqla 1-5-ci səhifələri əhatə edir və yalnız tam mətn şəklində çoxaldıla və ötürülə bilər. Bu hissə-gutachten öz etibarlılığını itirir, əgər avtomobil hissəsində texniki dəyişikliklər aparılarsa və ya təsvir olunan avtomobil tipində edilən dəyişikliklər hissənin istifadəsinə təsir edərsə, həmçinin qanuni əsaslar dəyişdirilərsə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 342.2.3-cü maddəsində göstərilən heç bir tələbi pozmamış, inzibati xəta törətməmişdir. Belə ki, avtomobilində quraşdırılmış 4 ədəd idman üslublu yaylar istehsalçı tərəfindən istehsal olunmuşdur və bu heç bir normativ tələbi pozmur, avtomobilin konstruksiyasına qanunsuz müdaxilə edilməmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 16:40-da Bakı şəhərində “Opel Astra” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə AR İXMnin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Belə ki, şikayətçinin idarə etdiyi “Opel Astra” minik markalı avtomobil idman avtomobili seqmentinə aid olmadığından həmin avtomobilə “idman üslublu yayların” quraşdırılması normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar