Məhkəmə qərarları › İş №3(004)-9519/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9519/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9519/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firmasının rəhbəri Nümayəndə, zərərçəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, Şəxs Firmasının rəhbəri, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəs, C.Cabbarlı küç, 119A ünvanında qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 saylı icra sənədində qeyd olunan tələbi icra məmurunun müəyyən etdiyi müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1460/2018 saylı icra sənədinə əsasən, cavabdehlər X4, X5 və “İ- Qafqaz” firmasından müştərək qaydada yol-nəqliyyat hadisəsi nəticəsində ətrafdakılar üçiin yüksək təhlükə mənbəyinin vurduğu maddi zərərin əvəzi qismində 27000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun 10,20 manat hissəsi olmaqla, ümumilikdə 27510,20 manat pul vəsaiti tutulub iddiaçı X2 ödənilsinməsi qət edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abasov bildirmişdir ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin tamamilə icrası mümkün olmamışdır. Belə ki, Şəxs Firması tərəfindən tələbin icrası ilə bağlı ümumi məbləğin bir həssəsi ödənilmişdir. Lakin qalan hissənin ödənilməsindən əsassız olaraq yayınılır. Qətnamədə borcun müştərək qaydada ödənilməsi qeyd edildiyindən burada hər hansı bölgü nəzərdə tutulmamışdır. Kim tərəfindən olur olsun tələb tam şəkildə icra olunmalıdır və bundan yayınmaq qanuna ziddir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «OSCAR BUİLDİNG AND CONSTRUCTİON” FİRMASİ–nin rəhbəri Nümayəndə barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər iki borclu barəsində də protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və onlar barəsində məhkəmə qərarı ilə inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X3 borclu barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Firmasının rəhbəri Nümayəndə tərtib edilən protokola yazılı etiraz təqdim edərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Şəxs fimasının direktoru Nümayəndə barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolun tetib olunmasına səbəb kimi. İXM 528.1-ci maddəsi əsas götürülüb. "İ-Qafqaz” fımasmın direktoru Nümayəndə barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Məhkəmedən, aşağıda qeyd edəcəyi səbəblərə görə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Yasamal rayon icra şöbəsinin icra məmuru tərtib etdiyi protokolda onun Bakı Apellyasiya Mehkemesinin Qərarını icra etmədiyini əsas gətirib. Halbuki, həmin Qərar üzrə qət edilmiş ümumi məbləğin Şəxs fimasına aid hissədə 3/1 hissəsi onun tərəfimdən iddiaçıya tam şəkildə ödənilib. Hazırki iş üzrə bildirir ki, İXM-nin 528.1-ci maddəsi ile Binəqədi rayon icra şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 3(001)-2868/2022 saylı Qərarı ilə Şəxs fimasının əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından ixcraata xitam verilmişdir. Məhkəmənin Qərarından protokol tərtib edən tərəf apellyasiya şikayəti verməmişdir. Həmin Qərarın təsviri hissəsindən də aydın görünür ki, Şəxs fimasına aid hissədə 3/1 hissəsi yəni 9170 azn iddiaçıya ödənilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinin tələblərini pozmuşdur.Belə ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol hüquqi şəxs barəsində yəni Şəxs fiması barəsində tərtib olunubsa hüquqi şəxsin qeydiyyatda olduğu ünvan üzrə baxılır. Əgər Hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilirsə protokolda vəzifəli şəxsin adının qeyd olunması həmin protokolun birbaşa vəzifəli şəxs barəsində tərtib edildiyini göstərir. Belə olan halda yəni hüquqi şəxsin vəzifəli şəxsi şəxsi barəsində protokolda qeydlər varsa ərazi üzrə işə direktroun qeydiyyatda olduğu ünvan üzrə Məhkəmələr tərəfindən baxılır. Direktorun qeydiyyatda olduğu ünvan Binəqədi rayon ərazisidir. Hər-bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər hüquqa zidd əməl yoxdursa hasısa inzibati xətadan söhbet gedə bilməz və hüquqi məsuliyyət tədbirinin tətbiqi yolverilmezdir.Hesab edirəm ki, İXM-53-cü maddəsinin tələblərinə görə hazırki iş üzrə inzibati xəta hadisəsi və əməlimdə inzibati xətanın tərkibi yoxdur. Yasamal rayon icra şöbəsinin icra məmuru Şəxs fimasının direktoru Nümayəndə barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edərkən iş üzrə düzgün araşdırma aparmamışdır ve tərtib edilən protokol qanunvericiliyin teleblerine ziddir ve Məhkəmədən protokolun ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1460/2018 saylı icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs Firmasının rəhbəri Nümayəndə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 saylı icra sənədinə əsasən cavabdehlər X4, X5 və “İ- Qafqaz” firmasından müştərək qaydada yol-nəqliyyat hadisəsi nəticəsində ətrafdakılar üçiin yüksək təhlükə mənbəyinin vurduğu maddi zərərin əvəzi qismində 27000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun 10,20 manat hissəsi olmaqla, ümumilikdə 27510,20 manat pul vəsaiti tutulub iddiaçı X2 ödənilsinməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 21 dekabr 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 saylı icra sənədi üzrə icraata həmin tarixdən başlanılmış və borclu Şəxs Firmasının rəhbəri Nümayəndə tələbin könüllü icrası ilə bağlı bildiriş xx.xx.2019-cu il tarixdı təqdim edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Şəxs Firmasının rəhbəri Nümayəndə tərəfindən tələbkara xx.xx.2022-ci il tarixədək ümumilikdə 9470 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş X8 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli epikrizdən görünür ki, Nümayəndə porstat xərçəngi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs Firmasının rəhbəri Nümayəndə təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs Firmasının rəhbəri Nümayəndə tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Belə ki, məhkəmə qətnaməsindən və onun əsasında verilmiş icra sənədindən də göründüyü kimi iki fiziki şəxsdən və bir hüquqi şəxsdən ümumilikdə 27510,20 manat pul vəsaiti tutulub tələbkar X2 ödənilməli olduğu halda yeddi ildən çox bir müddətdir ki, məhkəmə qərarı icra olunmamış vəziyyətdədir. Məhkəmə hesab edir ki, müştərək qaydada ödənilməli olan pul vəsaitinin borclularından birininin müəyyən məbləğdə ödəniş etməsi (borcu ödəməsi) onu gələcəkdə digərləri ilə birlikdə ödəməli olduğu borcun ödənməsindən azad etmir. Başqa sözlə desək ona müştərək qaydada ödəməli olduğu borcun qalan hissəsini ödəməmək hüququ verməməklə bərabər gələcəkdə bu hala görə inzibati və digər məsuliyyətdən azad olunmağa da imkan yaratmır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, yeddi ildən artıq bir müddət öncə icraya yönəldilmiş icra sənədi üzrə ödənilməli olan məbləğ hazırda tam şəkildə icra edilməmiş vəziyyətdədir və müştərək qaydada ödəniş etməli olan tərəflərdən hər biri o, cümlədən Şəxs Firmasının rəhbəri Nümayəndə həmin icra sənədinin icra edilməməsi səbəbindən təqsirli hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Firmasının rəhbəri Nümayəndə tərəfindən icra sənədi üzrə tələbin qismən icra edilməsini və “prostat xərçəngi” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Firmasının rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Firmasının rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar