Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-952/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 175-də yerləşən Şəxs X4 İctimai Birliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidməti tərəfindən Şəxs X4 İctimai Birliyi barəsində İXM-in 469.2-ci maddəsi ilə 09.04.2021-ci il tarixdə MN0688364 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “xxxx” Sığorta Şirkəti və İcbari Sığorta Bürosunun müraciətləri əsasında Şəxs X4 İctimai Birliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərini (07 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortalanmasını təmin etməmişdir. Protokolda bu faktın İcbari Sığorta Bürosunun 11.12.2020-ci il tarixli, 10-OQ/956/20 saylı məktubları ilə təsdiq edildiyi göstərilmişdir. Protokol və materiallar məhkəməyə 12.04.2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X5 bildirdi ki, Şəxs X4 İctimai Birliyi 2020-ci ildə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasında təqsirləndirilsə də, həmin İB 2020-ci ildə işçilərini sığortalamış və bu barədə xxxx Sığorta şirkətinə ödəniş də etmişdir. Həmçinni 2021-ci ildə də işçilərini sığortalayaraq, sığorta haqqını ödəmişdir. Ona görə də heç bir inzibati xəta törədilmədiyi üçün, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 bildirdi ki, “xxxx” Şirkəti və İcabri Sığorta Bürosunun müraciətləri əsasında Şəxs X4 İctimai Birliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanamasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə barəsində 09.04.2021-ci il tarixdə MN0688364 nömrəli inxibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxıılması üçün məhkəməyə göndərilmişdir. Buna görə də inzibati tənbeh qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Şirkətinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinə 26.10.2020-ci il tarixli, PHS-N**********6 saylı müraciətindən görünür ki, “xxxx” ASC ilə İSB-nin mərkəzlədirilmiş proqram təminatında buraxılmış ümumi müqavilələr üzrə 692 sayda təşkilat 2020-ci il ərzində sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyini bildirmişdir və xitam olunmuş müqavilələrin hal-hazırda digər sığortası təşkilatlarında sığortalı olub-olmamasını barədə məlumatların əldə olunması üçün qanunvericilik çərçivəsində müvafiq addımların atılmasına göstəriş verilməsini xahiş etmişdir. Həmin məktub X6 xidmətinə 26.10.2020-ci il tarixdə daxil olmuşdur. Həmin məktuba 2 ədəd siyahı əlavə edilmişdir. 1-ci siyahı xxxx Sığortanın “Xəbərdarlıq olunmasını istədiyi şirkətlər”in siyahısı verilmişdir. Həmin siyahıda Şəxs X4 İctimai Birliyin də adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin 04.11.2020-ci il tarixdə İcbari Sığorta Bürosuna ünvanlandığı müraciətdən görünür ki, “xxxx” şirkətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinə təqdim etdiyi siyahıda qeyd olunan müəssisələrin digər şirkətlər ilə sitehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin olub-olmaması, olduğu halda müvafiq ödənişin həyata keçirilib-keçirilməməsi barədə məlumatların təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan 11.12.2020-ci il tarixli İcbari Sığorta Bürosunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidmətinin müraciətinə əsasən ünvanlanmış cavab məktubdan görünür ki (məktub DƏMX-nə 15.12.2020-ci il tarixdə daxil olmuşdur), informasiya sistemində qüvvədə olan müqavilələrin siyahısı və sığorta haqqı ödənişləri ilə bağlı məumatlarda Şəxs X4 İctimai Birliyi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan 03.03.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Şəxs X4 İctimai Birliyi tərəfindən “xxxx sığorta” şirkətinə sığorta xidmətlərinə görə 36 manat ödəniş edilmişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli ödəniş tapşırığına əsasən Şəxs X4 İctimai Birliyi tərəfindən “xxxx sığorta” şirkətinə sığorta xidmətlərinə görə 43,2 manat ödəniş edilmişdir. İş materiallarında olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən Şəxs X4 İctimai Birliyi ilə “xxxx” ASC arasında PH********** saylı, 08.04.2021-ci il tarixdə həmin müqavilə bağlanmışdır. Bununla da təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs X4 İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-952/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-952/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver