Məhkəmə qərarları › İş №3(004)-9540/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9540/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9540/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qzının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin axtarış üzrə inspektoru X3, Şikayət vermiş şəxs X5 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, Yasamal rayon DYPŞ-si tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarına əsasən X6 Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 manat miqdarında cərimə və 4 cərimə balı inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, odur ki, həmin qərar ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispozisiyası belədir: "Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə" inzibati tənbeh tətbiq olunur. Belə olan halda mübahisəli qərarın qəbul olunması üçün əsas olmuş materiala nəzər saldıqda görünür ki, nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, o cümlədən "hadisənin" baş verdiyi ara məhəllədə hər hansı bir üfüqi nişanlamanın və ya yol nişanlarının olmadığı yerdə "hadisənin" baş verməsi mexanizmi necə aşkar olunduğu müfəttişdən başqa heç kimə məlum deyildir. İdarə etdiyi **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla heç bir qayda pozuntusuna yol verməmişdir. Hətta avtomaşının xarici görünüşünə dair onun tərəfindən videoçəkiliş də aparılmış və onun idarə etdiyi avtomaşında hər hansı bir zədə izləri aşkar olunmamışdır. Həmçinin, tərəfindən "ara məhəllə" deyilən və guya "hadisə" baş verdiyi yerdə də videoçəkiliş aparılmış və hər hansı bir hər hansı bir üfüqi nişanlamanın və ya yol nişanlarının mövcudluğu aşkar olunmamışdır. Belə olan halda, tərtib olunmuş mübahisəli protokolun və qərarın əsaslığı dərhal şübhə altında qalır. Belə ki, qərar qəbul edən vəzifəli şəxs, vəzifə səlahiyyətlərinə etinadsız yanaşaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinin dispozisiyası belədir: "Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə". Buradan belə qənaətə gəlmək olur ki, əvvəlcə yol hərəkəti qaydalarını pozmaq lazımdır ki, sonra hadisəsi yerindən yayınasan. O isə heç bir qayda pozmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X4 şikayətin əsassız hesab olunaraq təmin edilməməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib olunmuş 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 04 oktyabr 2025-ci il tarixdə saat 16:40-da “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ərazisində yerləşən ara məhəllədə baş verib. “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olub və bu zaman qarşıdan gələn “Ford MİNİK” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsünə dəyərək toqquşmuşdur. Bundan sonra “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs hərəkətini davam etdirmişdir. X6 tərəfindən Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəşad Nağıyevə verilmiş izahatdan görünür ki, özünə məxsus “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ərazisində yerləşən ara məhəllədə idarə edərkən onun idarə etdiyi nəqliyyat vasitəsinin güzgüsü qarşısına çıxan nəqliyyat vasitəsinin sol güzgüsünə dəymişdir. Hiss etmədiyi üçün isə nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirmişdir. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ərazisində yerləşən ara məhəllədə “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olub və bu zaman qarşıdan gələn “Ford MİNİK” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsünə dəyərək toqquşmuşdur. Bundan sonra “Volkswagen Passat MİNİK” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polisi İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 25 noyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar