Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9544/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi , Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11:33 radələrində Gəncə şəhəri, İsmət Qayıbov və Mirzə Abbaszadə küçələrinin kəsişməsində idarə etdiyi «Changan Uni-Z Plug-in Hibrid» minik markalı, **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə, müşahidə kamerası vasitəsilə yanlış qayda pozuntusu qeydə alınıb, EQ 31588148 saylı protokol tərtib edilmişdir. Belə ki, qeyd edilən ərazidə heç bir üfiqi xətlənmə və ya əks istiqaməti bildirən yol nişanı yoxdur. Daxili olduğu ərazidən yol ayrıcına qədər təxminən 200 metr məsafədir. Yolun eni və perimetri boyu qırıq-qırıq xətlənmələrdir. O, elə həmin gün Gəncə şəhər DYPŞ-nə müraciət etmiş və şöbədən onun haqlı olduğunu bildirmişdirlər. Bununla bağlı dəfələrlə AYNA-ya müraciət etdiklərini bildirmişdirlər. Bundan sonra Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciət ünvanlamış və həmin müraciətinə rəsmi cavab verilmiş, daha sonra Gəncə DYPŞ-dən işin nəticəsi barədə maraqlanmış və onlar bildirmişdirlər ki, bununla bağlı məhkəməyə müraciət etməsi daha məqsədə uyğundur. Hesab edir ki, protokol əsassız tərtib edilib və buna görə də ləğv edilməlidir. Əlavə olaraq da qeyd etmişdir ki, protokolun tərtib edilmə ünvanı yanlış qeyd edilmişdir. Belə ki, əslində qeydə alınan ərazi Atatürk prospekti ilə Mirzə Abbaszadə küçələrinin kəsişməsi olsa da, protokolda İsmət Qayıbov və Mirzə Abbaszadə küçələrinin kəsişməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi tarixdə və yerdə «Changan Uni-Z Plug-in Hibrid» minik markalı, **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini şəxsən özü idarə etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Buna baxmayaraq qərarından şikayət verilmiş orqan tərəfindən məhkəməyə inzibati tənbeh vermə haqqında qərarın surəti, eləcə də fotoşəkillər təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şəxs etibarnamə əsasında idarə etdiyi xx.xx.2025-ci il tarixdə saat 11:33-də «Changan Uni-Z Plug-in Hibrid» minik markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər Atatürk prospekti ilə M.Abbaszadə küçələrinin kəsişməsi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş BB seriyalı 726950 nömrəli “nəqliyyat vasitəsinin nqeydiyyat şəhadətnaməsindən” görünür ki, «Changan Uni-Z Plug-in Hibrid» minik markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamələrin surətlərindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan «Changan Uni-Z Plug-in Hibrid» minik markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsini X3 və X1 etibar etmişdir. Etibarnamənin verildiyi tarixdən xx.xx.2026-cı il tarixədək qüvvədə olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Gəncə şəhər BPİ DYPŞ-nin X3 ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025 ci il tarixdə Changan markalı 90-yf-901 d.q.n-lı avtomaşınla Gəncə şəhərində idarə edərkən barənizdə foto-video qeydiyyat funksiyalarına malik texniki vasitəsi ilə İXM-nin 327.2 maddəsinə əsasən EQ-31588148 saylı elektron protokol tərtib olunmuşdur. (Qayda pozuntusunun zamanının video görüntüsünü Sizə təqdim edə bilərik.) Odur ki, tərtib olunmuş protokoldan narazı qaldığınız halda Məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş hadisənin foto görüntülərinə (səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) və videogörüntüyə (şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş) məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 etibarnamə əsasında idarə etdiyi «Changan Uni-Z Plug-in Hibrid» minik markalı **-YF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 11:33-də hərəkətdə olarkən Gəncə şəhər Atatürk prospekti ilə M.Abbaszadə küçələrinin kəsişməsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozmuş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Hadisənin foto görüntülərinə, eləcə də şikayətçinin təqdim etdiyi videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31588148 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9544/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9544/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver