Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9558/2025 16.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı Şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixdə, TP ******* (İXP ******* saylı protokol üzrə) saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, barəsində tərtib edilmiş həmin qərardan şikayət vermişdir. Yasamal Rayon Məhkəməsi ilə həmin qərar ləğv edilmişdir və iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda həmin cərimə qərarı mövcud deyildir. Ona görə də apellyasiya məhkəməsi əvvəlki qərarı ləğv etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 6576/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət qismən təmin olunmuş və iş yenidən baxılması üçün X5 Polisi İdarəsinə göndərilmişdir. Hal-hazırda həmin qərar ləğv edilmişdir. Həmçinin “Hökumət ödəniş portalı”nda Daxili İşlər Nazirliyi üzrə məlumatlar yoxlanılarkən müəyyən edilmişdir ki, həmin şəxsin adına qeyd olunan protokolda göstərilən yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş, qanuni qüvvəyə minmiş və icra edilməmiş hər hansı inzibati cərimə qərarı mövcud deyildir. Bu hal, inzibati məsuliyyətə cəlbetmə üçün əsas olan hüquqi faktın mövcud olmadığını təsdiq edir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, inzibati məsuliyyətə səbəb kimi göstərilən əvvəlki cərimə qərarı ləğv edilmiş və hüquqi qüvvəsini itirmişdir. Qanuni qüvvəyə minmiş və icra edilməmiş inzibati tənbeh qərarı mövcud olmadığından, şəxsin İXM-in 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün zəruri olan hüquqi əsaslar aradan qalxmışdır. Bu səbəbdən, İXM-in 529-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-9558/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9558/2025
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver