Məhkəmə qərarları › İş №3(004)-9569/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9569/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9569/2025 24.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/038164 nömrəli raportda "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gələn xx.xx.2025-ci il tarixde 99JU949/10ZJ078 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş xx.xx.2025-ci il tarixli **********0874 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmədiyi qeyd olunmuşdur. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********0874 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99JU949/10ZJ078 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixində saat 02:35- də "Qırmızı körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarxili **********6386 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat 13:36-da tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə saat 13:56-da rəsmiləşdirmək üçün elektron formada gömrük orqanına göndərilmişdir. BİOSFER" MMC tərəfindən həmin mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********0874 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixli **********6386 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci və 29-cu grafaları arasında uyğunsuzluq olmuşdur. Belə ki, **********0874 nömrəli gömrük bəyannaməsinin 21-ci qrafasında sərhəd keçən nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 99JU949/10ZJ078 nömrə nişanı, 29-cu grafada isə sərhəd gömrük orqanı "Qırmızı körpü" gömrük postu olduğu halda **********6386 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında sərhəd keçən nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi 99JU949/99ZG871 qeyd olunmuş, 29-cu grafada isə sərhəd gömrük orqanı "Mazımqara" gömrük postu qeyd edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən idxal olunan mallara dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli **********0874 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixli **********6386 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci və 29-cu grafalarında yaranan uyğunsuzluğa əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 3-33-1100/012/038164 nömrəli raportdan görünür ki, xx.xx.2025 02:11 tarixdə İdxalatçı: Şəxs AZ1006, BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYİL MÜŞFİQ, EV 28, MƏNZİL 2 -tərəfindən İxracatçı: ÜNTES İSİTMA KLİMA SOG SAN.TİC dən Dövlət nömrə nişanı: 10ZJ078 olan nəqliyyat vasitəsilə idxal edilmiş Malın adı: ƏSAS METALLAR VƏ ONLARDAN HAZİRLANAN MƏHSULLAR QARA METALLARDAN MƏMULATLAR QARA METALLARDAN YEMƏKXANA, MƏTBƏX (Barkodu: **********08656) dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar