Məhkəmə qərarları › İş №3(004)-9578/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9578/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9578/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu Polis şöbəsinin polis sahə rəisi X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 xidməti inspektoru inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə,, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsindən və İXM-nin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 Şöbəsindən daxil olmuş materiallara Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 Xidməti inspektoru X9 tərəfindən Şəxs barəsində İXM-nin 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiallar daxil olmuşdur. 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 09 dekabr 2025-ci il tarixdə, saat 00:25-də “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təhqiqat qərarı və raport ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 08 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq törətdiyi qayda pozuntusu izah edilmiş, ondan şəxsiyyətini və sürücülük hüququnu təsdiq edən sənədlər istənilmişdir. Bu zaman Şəxs YPX əməkdaşlarına etiraz edərək avtomobili sürüb oradan qaçmışdır. Yolda olan zaman Şəxs idarə etdiyi avtomobil ilə avtoxuliqanlıq əməlləri törətmişdir. Bundan sonra digər YPX əməkdaşlarının köməyi ilə saxlanılaraq 29-cu polis şöbəsinə təmin edilmişdir. Polis şöbəsində olarkən Şəxs qeyriadekvat hərəkətlərindən şübhələnilərək narkoloji müayinədən keçirilmişdir. Müayinə nəticəsində Şəxs narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 xidməti inspektoru inspektoru X9 protokolu müdafiə edərək bildirmişdir ki, 08 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində xidmət apararkən Şəxs idarə etdiyi “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti haqqında qanunun tələblərini pozmasını görüb həmin avtonəqliyyat vasitəsini saxlamışlar. Şəxs yaxınlaşıb törətdiyi qayda pozuntusu izah edilmiş və ondan şəxsiyyətini və sürücülük hüququnu təsdiq edən sənədlər istənilmişdir. Bu zaman Şəxs qaçaraq avtomobili ilə oradan uzaqlaşmağa başlamışdır. Bundan sonra digər YPX əməkdaşlarına məlumat verilərək Şəxs saxlanılması istiqamətində tədbirlər görülmüş süni tıxac yaradılmışdır. Bunu görən Şəxs avtomobili qəflətən sürətləndirərək yol səthində təkər izləri buraxmış yol ayrıcındakı bordiorun üzərindən keçməklə avtomobilin təkərlətini yol səthində ayıraraq digər istiqmətə yönəlmiş və yenidən qaçmağa cəhd göstərmişdir. Onların birgə səyi nəticəsində saxlanılaraq 29-cu polis şöbəsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 206, 511.1.2, 511.1.3 və 535-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 08 dekabr 2025-ci il tarixdə, saat 23 radələrində “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti qaydasını pozmamış, lakin polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin an gələn qorxu və həyəcan hissi səbəbilə hadisə yerindən yayınmışdır. Yolda olan zaman o heç bir avtoxuliqanlıq əməlləri törətməmişdir. Daha sonra keçirilən tədbirlər nəticəsində saxlanılmış və əməlinə hüquqi qiymət verilməsi üçün 29-cu Polis şöbəsinə təmin olunmuşdur. Daha sonra X1 göndərilmiş və bu zaman narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğu aşkar olunmuşdur. Yekun olaraq peşman olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 xidməti inspektoru X11 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi ərazisində xidmətdə olarkən qayda pozan “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşıb qayda pozuntusunu izah edib yayınaraq qaçmağa başlamışdır. Onu xüsusi ehtiyyatla müşahidə edib efir vasitəsilə digər naryadlara tabe olmayan sürücü barəsində məlumat verilmişdir. Digər naryadlar süni tıxac yaradaraq yolu bağladıqda sürücü həmin maşınla avtoxuliqanlıq əməlləri törədərək beton arakəsmə üzərindən qəflətən sürətlənmə edib təkər səsi və izi buraxaraq yolun digər əks istiqamətində avtomaşını tullandırıb qaçmağa davam etmişdir. Beton arakəsmənin üzərindən tullanan zaman təkərlər yerdən üzülmüşdür. Əlavə olaraq sürücü Şəxs narkotik maddə istifadə etməsində şübhəli olduğu üçün 29-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 xidməti inspektorları X9 və X11 tərəfindən 29-cu polis şöbəsinin şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi ərazisində xidmətdə olarkən qayda pozan “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşıb qayda pozuntusunu izah edib yayınaraq qaçmağa başlamışdır. Onu xüsusi ehtiyyatla müşahidə edib efir vasitəsilə digər naryadlara tabe olmayan sürücü barəsində məlumat verilmişdir. Digər naryadlar süni tıxac yaradaraq yolu bağladıqda sürücü həmin maşınla avtoxuliqanlıq əməlləri törədərək beton arakəsmə üzərindən qəflətən sürətlənmə edib təkər səsi və izi buraxaraq yolun digər əks istiqamətində avtomaşını tullandırıb qaçmağa davam etmişdir. Beton arakəsmənin üzərindən tullanan zaman təkərlər yerdən üzülmüşdür. Əlavə olaraq sürücü Şəxs narkotik maddə istifadə etməsində şübhəli olduğu üçün 29-cu PŞ-nə gətirilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsvir hissəsində göstərilənlərə əsasən, Əmirov X7 Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərar, icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 aparılması haqqında 10 dekabr 2025-ci il tarixli 7695 nömrəli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olması müəyyən olunmuşdur. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X20 X18 xidməti inspektoru inspektoru X9 tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, Şəxs “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə A.M.Şərifzadə küçəsində polis əməkdaşlarından qaçaraq uzaqlaşmaq istəyərkən yolayrıcında avtomobilin təkərləri yolun səthindən qaldırmaqla digər istiqamətə keçmiş və avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmış və yolun səthində çoxsaylı təkər izlərinin buraxmışdır. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətaları ayrı-ayrılıqda qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Şəxs “Porsche Cayenne MİNİK” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyindən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman Şəxs hadisə yerindən yayınaraq polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin, Şəxs tərəfindən 09 dekabr 2025-ci il tarixdə, saat 00:25-də “Porsche Cayenne MİNİK” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə mexaniki: nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 206, 511.1.2, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə avtoxuliqanlıq və xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 206, 511.1.2, 511.1.3 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 206, 511.1.2, 511.1.3 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 08 dekabr 2025-ci il tarixdən saat 23:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206, 511.1.2, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnu 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 08 dekabr 2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. X3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar