Məhkəmə qərarları › İş №3(004)-9596/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-9596/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-9596/2025 15.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Halbuki mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı EMİS-dən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş 3(004)-8656/2025 saylı nömrə altında Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatındadır. X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXMnin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə qəbul edilmiş tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar