Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9604/2025 05.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola və ona əlavə edilmiş sənədlərə əsasən vətəndaş X8 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində ünvan 1 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə Şəxs MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X8 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində ünvan 1 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş və bunula bağlı X16 Stansiyasından çağrı mərkəzinə müraciət edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ilə əmək müqaviləsi olan X6 tanışı olan Cəlal adlı şəxsə Mərdəkan ərazisində fərdi yaşayış evinin damını vurmağı tapşırmış və bu zaman X2 da özü ilə həmin işlərin görülməsinə aparmışdır. Sonradan B.Cəfərov istehsalat zamanı bədbəxt hadisə nəticəsinə vəfat etmiş, müəyyən edilmişdir ki, onun Şəxs MMC ilə əmək müqaviləsi mövcud olmamışdır. Buna görə də Şəxs MMC-nin barəsində xx.xx.2025ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, inzibati tənbehin verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili “Femida” Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, X8 tərəfindən görülən işlərin Şəxs MMC-yə aid olması heç bir faktla öz təsdiqini tapmır. Yəni, X4 Şəxs MMC tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X8 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində ünvan 1 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə Şəxs MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş X3 izahatından görünür ki, o, dam ustasıdır. Seyhun adlı şəxs ona fərdi yaşayış evinin damını vurmağı təklif etmişdir. Onun işləri çox olduğundan həmin təklifi yalnız adını bildiyi, şəxsi tanışlığı olmadığı Cəlal adlı şəxsə ötürmüşdür. Cəlal həmin işi qəbul etmiş və işlərin görülməsinə başlamışdır. Budaq adlı şəxsli umumiyyətlə tanımır. İş materiallarına əlavə edilmiş 142 Çağrı Mərkəzində qeydə alınan müraciətin nəticəsindən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanmış, Cəlal bəy zəngi cavablandırmışdır. Bildirmişdir ki, Budaq Səfərovun iş yoldaşıdır. Qohumluq əlaqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 3 tamam 4-ə işləmiş (günorta saatları) vəfat edib. Evin damından yıxıldığını bildirmişdir. İşini görən zaman hadisənin baş verdiyini qeyd etmişdir. Əmək müqaviləsi olmadığını bildirdi. Şirkət işçisi olmadığını qeyd etdi. Əmək müqaviləsi yoxdur. İşəgötürən yoxdur. İşi görməyə aparan şəxsin Mahmud bəy olduğunu bildirdi. Mahmud bəy zəng edib ki, iş var ona əsasən gediblər. Ölüm haqqında şəhadətnamə barədə məlumatı olmadığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol ona görə tərtib edilmişdir ki, vətəndaş X8 xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində ünvan 1 ünvanında fərdi yaşayış evinin damından yıxılaraq ölmüş, araşdırma nəticəsində zərərçəkənin həmin tarixdə Şəxs MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbuki işin faktiki hallarından məlum olmuşdur ki, X1 adlı şəxsdən ona məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin dam örtüyünün vurulması barədə sifariş almış, lakin həmin safirişi icra edə bilmədiyindən işi adını bildiyi Cəlal adlı ustaya təklif etmişdir. Cəlal da həmin işi qəbul edərək X8 ilə birlikdə həmin işləri yerinə yetirməyə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:00-17:00 radələrində qeyd edilən işləri yerinə yetirərkən X8 evin damından yıxılaraq vəfat etmişdir. Araşdırma zamanı şəxslərin izahatlarından yola çıxaraq inzibati orqan güman etmişdir ki, qeyd edilən işi Cəlal adlı şəxsə X6 təklif etdiyindən və sonuncunun Şəxs MMC ilə aktiv əmək müqaviləsi olduğundan həmin şəxslər Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda qeyd edilənlər məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə bədbəxt hadisə baş vermiş tikinti ərazisinin Şəxs MMC-yə aid olmasına, nə də həmin ərazidə görülmüş tikintibərpa işlərinin Şəxs MMC tərəfindən həyata keçirilməsinə dair heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən müəyyən olunmuşdur ki, bədbəxt hadisə baş vermiş ərazi fərdi yaşayış evinin tikildiyi ərazi olmuşdur ki, həmin tikinti işlərini görən şəxslər Şəxs MMC ilə heç bir əlaqəsi olmayan şəxslər olmuşlar. (bunun əksini sübut edən heç bir dəlil yoxdur) Bundan başqa qeyd edilməlidir ki, fərdi yaşayış evinin (bağ evinin) tikintisində bilavasitə işləyən və bədbəxt hadisə zamanı ölmüş X4 yanında olan Cəlal Məmmədovun aktiv əmək müqaviləsi olmuşdur və o, fərdi sahibkar F.Xanışovun (VÖEN: **********) fəaliyyət göstərdiyi sahibkarlıq subyektində usta vəzifəsində işləmişdir. Belə olan halda ən əsas məqam ondan ibarət olmuşdur ki, hansısa məlum olmayan səbəbdən inzibati orqan Şəxs MMC ilə heç bir əlaqəsi olmayan şəxslərin məhz həmin MMC ilə əlaqəli olması və işlərin görülməsinə cəlb edilmələri qənaətinə gəlməklə, əsassız olaraq hüquqi şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Yuxarıdakılara əsasən məhkəmə tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassızdır və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavsitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9604/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9604/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver