Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9605/2025 05.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Şəxs MMC (VÖEN: **********, hüquqi ünvanı: ünvan 1blikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 4 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-94833/2025 nömrəli məktub, eləcə də Nazirliyin Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə şəxsi kabinetə yerləşdirilən məktub üzrə qeyd edilən sənədlər 07 (yeddi) iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sorğu məktubu həm hüquqi şəxsin hüquqi ünvanına göndərilmiş, həmçinin ƏMAS sistemində olan şəxsi kabinetinə yerləşdirilmişdir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 və şirkətin direktoru Türkiyə Respublikasının vətəndaşı Sülahattin Üstün tərtib edilmiş protokola etiraz edərək bildirmişdirlər ki, onların şirkətinə kağız daşıyıcıda hər hansı məktub daxil olmamışdır. ƏMAS sistemi üzrə şəxsi kabinetə daxil olan məktuba isə sistemdə yaranmış texniki nasazlıq səbəbindən daxil olmaq mümkün olmamışdır. Ona görə də qeyd edilən sorğu məktubunda tələb edilən sənədlər xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Qeyd edilənlərə əsasən hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Əlavə olaraq məhkəməyə yazılı etiraz təqdim edərək, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, “BİOSFER" MMC artıq uzun müddətdir ki. sahib karlıq fəaliyyəti ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: AZ 1006. BAKİ ŞƏHƏRİ YASAMAL RAYONU. MİKAYİL MÜŞFİQ, ev.28. m.2. faktiki ünvanı isə: Abşeron rayonu. Məmmədəli kəndidir. Şirkət bu müddət ərzində bütün işçilər ilə rəsmi əmək müqavilələri, subpodratçılarla isə xidməti müqavilələr bağlanılır. Yasamal rayon məhkəməsi tərəfindən məhkəmə iclasının təyin edilməsi barədə bildiriş göndəriləndən sonra müəyyən edildi ki. Biosfer MMC barəsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. e-mehkeme.gov.az portalı vasitəsilə, DƏMX tərəfindən məhkəməyə göndərilən sənədlərdən görünür ki, protokolda qeyd edilib ki, güya Şirkətə sorğu təqdim edilib və həmin sorğuya cavab verilməyib. Lakin bildirmək istəyirik ki, həmin sənədlərdən də görünür ki, bütün sorğular və məktubların heç biri Şirkətin nə hüquqi, nə də ki faktiki ünvanına çatıdırlmayıb. Poçt nömrələrinin izlənilməsini yoxlayarkən də müəyyən edilmişdir ki, göndərilən məktublar hamısı yenidən AZ 1113, Svetlana Məmmədova küçəsi, 107, Binəqədi rayonu, Bakı ünvanına geri qaytarılmış. Bu ünvan X6 (Bakı Ərazi İdarəsi də) ünvanıdır. İş materiallarında olan sənədlərdə adı qeyd edilən Rcgal Construction MMC barəsində isə xəbərimiz yoxdur və həmin şirkətin Biosfer MMC-yə aidiyyatı yoxdur. E-məhkəmədən məlumat daxil olan ki, X9 Xidməti (bundan sonra “DƏMX” adlandırılacaqdır) ilə əlaqə saxladıq və ünvan 5 ünvanına yaxınlaşdıq. DƏMX nümayəndəsinə bildirildi ki. Şirkətə hər hansı sənəd, sorğu, müraciət daxil olmayıb və onlar yenidən bizə tələb olunan sənədləri təqdim etdilər və bizim tərəfimizdən bütün sənədlər rəsmi məktub ilə onlara təqdim edildi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qan unla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qa da şandır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyala keçirməyə borcludurlar. İnzibati xəta haqqında protokollarda adı göstərilmiş X1 MMC-nin işçisi olmuş və sentyabr ayından, öz xahişi ilə işdən ayrılmışdır. Həmin şəxs Şirkətə ərizə verərək, Şirkətə qarşı hər hansı iddia və tələbinin olmadığını təsdiq etmişdir və ona son iş günü bütün ödənişlər həyata keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 4 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Kamran Seyfulla oğlunun şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-94833/2025 nömrəli məktub, eləcə də Nazirliyin Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi vasitəsilə şəxsi kabinetə yerləşdirilən məktub üzrə qeyd edilən sənədlər 07 (yeddi) iş günü ərzində DƏMXnin BŞİ-nə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin Şəxs MMC-nin hüquqi ünvanına ünvanlanan və ASİS vasitəsilə hüquqi şəxsi ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilən xx.xx.2025-ci il tarixli 3-17-5/2- 94833/2025 nömrəli sorğu məktubundan görünür ki, X5 şikayətinə münasibət bildirilməsi üçün əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surətinin, son haqq-hesabın hesablanması cədvəlinin, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surətinin (bank arayışı və ya bank çıxarışı) və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X9 Xidmətinin Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-94833/2025 nömrəli sorğu məktubu ilə müraciət edilərək X5 şikayətinə münasibət bildirilməsi üçün əmək haqlarının ödənilməsini təsdiq edən sənədlərin surətinin, son haqq-hesabın hesablanması cədvəlinin, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surətinin (bank arayışı və ya bank çıxarışı) və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilmişdir. İş materiallarında olan məlumatlardan da görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2- 94833/2025 nömrəli sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin ƏMAS üzərində olan şəxsi kabinetinə yerləşdirilmiş, lakin buna baxmayaraq tələb edilən sənədlər qanunvericilikdə müəyyən edilmiş müddət ərzində inzibati orqana təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9605/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9605/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver