Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-962/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, X3 tərəfindən barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : X3 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhər X7 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 20 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş 10 günlük müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət məhkəməyə təqdim olunmadığından, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müvafiq qərarın rəsmi qaydada nə vaxt təqdim edilməsini təsdiq edən sübut ərizəyə əlavə edilmədiyindən, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Bundan başqa iş materiallarından və şikayətin məzmunundan görünür ki, X3 Bakı şəhər BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından Nəsimi Rayon Məhkəməsinə şikayətlə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət qismən təmin edilərək xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər BPİ X7 İdarəsinə göndərilmişdir. Bundan sonra Bakı şəhər BPİ X7 İdarəsində aparılan təkrar araşdırma nəticəsində qəbul edilmiş 20 iyul 2023cü il tarixli qərarla X3 xx.xx.2022-ci il tarixdə “Yol hərəkəti haqqında” AR Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbini pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin hüquqi əsasını xx.xx.2022-ci il tarixdə törədilməsi ehtimal edilən xəta hadisəsidir. Lakin hazırda məhkəməyə təqdim edilmiş materiallar əsasında xətanın törədilmə yerini müəyyən etmək mümkün deyil, eləcə də şikayətçinin yaşadığı yer üzrə ərazi Yasamal rayon inzibati ərazisinə daxil deyildir. Eyni zamanda ilkin şikayət ərizəsinə Nəsimi Rayon Məhkəməsində baxılması belə özü-özlüyündə məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsini labüd edən haldır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırkı şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar 20 iyul 2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərardan şikayət vermə müddəti 30 iyul 2023-cü il tarixdə başa çatır. X1 tərəfindən məhkəməyə ünvanlanmış şikayətin poçt zərfindən görünür ki, şikayət 12 fevral 2024-cü il tarixdə, yəni Bakı şəhəri Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmişdir. X3 tərəfindən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, eyni zamanda barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer və ya vəsatəti əsasında yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Şikayət ərizəsinin nəticə hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-962/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-962/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver