Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-963/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1981-ci ildə Xanlar rayonu, Cümşüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 17 fevral 2022-ci il tarixdə saat 07:20 radələrində Yasamal rayonu, “Melisa Park” yaşayış kompleksində oğurluğa cəhd etmədə şübhəli bilindiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, özünü təqdim etməyi tələb etsələr də, o, özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, bundan sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, o, bölmədə ağzında olan kəsici alət (lezva) ilə boyun nahiyyəsinə xəsarət yetirmiş, lakin polis əməkdaşları dərhal həmin aləti əlindən almış, onu zərərləşdirmişlər, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 17.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 17 fevral 2022-ci il tarixdə Yasamal rayonu, Melisa Park” yaşayış kompleksində polis əməkdaşları ona yaxınlaşmış, özünü təqdim etməyi tələb etsələr də, o, özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bölməyə gətirmişlər, o, ağzında olan kəsici alət (lezva) ilə boyun nahiyyəsinə xəsarət yetirmiş, lakin polis əməkdaşları dərhal həmin aləti əlindən almış, onu zərərləşdirmişlər. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Mehman Ağamoğlanov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 17 fevral 2022-ci il tarixdə saat 07:20 radələrində Yasamal rayonu, “Melisa Park” yaşayış kompleksində oğurluğa cəhd etmədə şübhəli bilindiyi üçün polis əməkdaşları ona yaxınlaşmış, özünü təqdim etməyi tələb etsələr də, o, özünü polis əməkdaşına təqdim etməyib, polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istədikdə, o, polislərə şəxsiyyəti barədə sənəd verməkdən imtina etmiş, bundan sonra polislərdən qaçmağa cəhd edib, həmin yerdən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları bunun qarşısını almış və onu saxlamışlar, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polisin tələblərinə tabe olmamış, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, bundan sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, o, bölmədə ağzında olan kəsici alət (lezva) ilə boyun nahiyyəsinə xəsarət yetirmiş, lakin polis əməkdaşları dərhal həmin aləti əlindən almış, onu zərərləşdirmişlər, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 17.02.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 07:55 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-963/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-963/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver