Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9635/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “Kia Sportage” markalı, **-RN-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə 08 dekabr 2025 - ci il tarixində, 18:17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində hərəkətdə olarkən gözlənilmədən qarşısınaa “Mersedes” markalı, **-ML-*** dövlət qeydiyyat nömrəli avtomobil dönmə siqnal işıqlarını yandırmayaraq və ara-məsafəsi saxlamayaraq anidən qəza şəraiti yaradaraq avtomobilinin sağ qabaq bufer hissəsinə toxunaraq avto-qəza hadisəsi yaratmışdır. Nəticədə, həmin avtomobil onun idarə etdiyi avtomobilinin sağ qabaq bufer hissəsindən vurmuşdur. Hadisədən sonra o qəzanı törədən şəxsə “bu hadisə barədə 102 polis qaynar xidmətinə məlumat verək” dedi. O, həmin vaxt idarə etdiyi “Kia Sportage” markalı, **-RN-*** dövlət qeydiyyat nömrəli avtomobilini digər avto-nəqliyyat vasitələrinə maneə törətməmək üçün yolun qadağan olunmayan sağ hissəsinə çəkərək “Mersedes” markalı, **-ML-*** dövlət qeydiyyat nömrəli avtomobili gözlədi. Lakin “Mersedes” markalı, **-ML-*** dövlət qeydiyyat nömrəli avtomobil onun dediklərinə məhəl qoymayaraq həmin hadisədən yayınaraq avtomobilini sürərək çıxıb getdi. Həmin vaxt idarə etdiyi “Kia Sportage” markalı, **-RN-*** dövlət qeydiyyat nömrəli avtomobilində quraşdırdığı videoqeydiyyatçı cihaz həmin baş vermiş avto-qəza hadisəsini çox aydın şəkildə qeydiyyata almışdır. Həmin günü, yəni 08 dekabr 2025-ci il tarixində videoqeydiyyat cihazında texniki problemlərin yarandığı üçün yol nəqliyyat hadisəsini törətmiş həmin avtomobilin dövlət qeydiyyat nömrəsini videoqeydiyyat cihazında müəyyən edə bilmədiyinə görə 102 polis qaynar xidmətinə məlumat verə bilmədi. Bununla bağlı, yəni 09 dekabr 2025-ci il tarixində Baş Dövlət Yol Polis İdarəsindən ona zəng gəldi. Deyildi ki, sizin barənizdə avto-qəza yol hadisəsi qeydə alınmışdır. Orada ona məlum oldu ki, Bakı şəhər Baş Yol Polis İdarəsinin yol polis əməkdaşı tərəfindən onun adına tamamilə əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin “327.6-cı maddəsinə əsasən “Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə” və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” və eyni zamanda 4 bal yazılmaqla 100 manat cərimə edilməyi barədə protokollar tərtib etmişdir. Lakin idarə etdiyi “Kia Sportage” markalı, 99-RN- 330 dövlət qeydiyyat nömrəli avtomobilində quraşdırdığı videoqeydiyyatçı cihazında baş vermiş hadisə ən xırda detalına qədər qeydə alınmışdır. Belə ki, “Mersedes” markalı, **- ML-*** dövlət qeydiyyat nömrəli avtomobil dönmə siqnal işıqlarını yandırmayaraq və araməsafəsi saxlamayaraq anidən qəza şəraiti yaradaraq idarə etdiyi “Kia Sportage” markalı, **-RN-*** dövlət qeydiyyat nömrəli avtomobilimin sağ qabaq bufer hissəsindən vuraraq avto-qəza hadisəsini törətmiş və bu hadisədən yayınaraq çıxıb getmişdir. Buna baxmayaraq, Bakı şəhər Baş Yol Polis İdarəsi mənim şikayətimi nəzərə almamış, şikayətimə baxmayaraq mənim adıma tamamilə əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.6 - ci maddəsinə əsasən “Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə” və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əasasən “Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə”, eyni zamanda 4 bal yazılmaqla 100 manat cərimə edilməyim barədə protokollar tərtib etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində mənim heç bir günahım yoxdur. Mən hər zaman Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunan bütün qayda - qanunlara riayət etmiş məsuliyyətli vətəndaşam. Yazdığlarımı nəzərə alaraq Bakı şəhər Baş Yol Polis İdarəsinin yol polis əməkdaşının 09 dekabr 2025 - ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.6 - cı maddəsinə əsasən “Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə” və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəasinə əsasən “Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” və eyni zamanda 4 bal yazılmaqla 100 manat cərimə edilməyim barədə tərtib etdiyi protokolların ləğv edilməsi barədə Qərar çıxartmağınızı Sizdən xahiş edirəm. Məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 19:18-də Mirzəağa Əliyev küçəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən diskə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş) məhkəmə iclasında baxış keçirilən zaman yol nəqliyyat hadisəsinin baş verməsi, sonrasında isə iki sürücü arasında yaranmış dialoq və daha sonra X2 tərəfindən idarə etdiyi nəqliyyat vasitəsini kənar bir yerdə saxlamaqla geri qayıtması müşahidə edilir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-9635/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9635/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver