Məhkəmə qərarları › İş №3(004)-9645/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9645/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9645/2025 29.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, "xxxx" PHŞ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 oğlunun iştirakları ilə, "xxxx" PHŞ (VÖEN: **********, hüquqi ünvanı: AZ1065, ünvan 1can Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 2 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ tərəfindən vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-ya 3- 17-5/2-68722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü DƏMX-nin BŞİ-nə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə slahiyyətli nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" PHŞ barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sənədlərin bəziləri təqdim edilsə də, tələb edilən sənədlər natamam olaraq verilmişdir. Belə ki, vətəndaşın məzuniyyət haqlarının ödənilməsi ilə bağlı məlumatlar təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" PHŞ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, sorğu əsasında tələb edilən sənədlər inzibati orqana təqdim edilmişdir. Buna görə də barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-ya 3- 17-5/2-68722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilsə də, natamam şəkildə təqdim olunmuş, tələb olunan sənədlərdən məzuniyyət haqqının ödənilməsinə dair sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nə ünvanlanan 3-17-5/2-68722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-ya həmin şəxsə aid əmək müqaviləsinin surəti, kollektiv müqavilə, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürərnin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə) və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" PHŞ tərəfindən DƏMX-nin BŞİ-nə təqdim edilmiş sənədlərin siyahısına baxış keçirilən zaman vətəndaş X3 məzuniyyət haqqının ödənilməsinə dair sənədlər aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" PHŞ tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-nə ünvanlanan 3-17-5/2-68722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə müraciət edilərək həmin şəxsə aid əmək müqaviləsinin surəti, kollektiv müqavilə, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürərnin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (müraciətə uyğun olaraq müvafiq iş illərinə görə) və vətəndaşın müraciətində qeyd edilən məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. Lakin hüquqi şəxs tərəfindən həmin sənədlər natamam şəkildə göndərilmiş, vətəndaşın məzuniyyət haqlarının ödənilməsi ilə bağlı məlumatlar təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" PHŞ-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar