Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-965/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X1, Müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nağı oğlunun iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Nağı oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs Nağı oğlu barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Nağı oğlu xx xxxxx 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında polisə müqavimət göstərmiş və xırda xuliqanlıq edərək ictimai yerdə söyüşlər söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində 29-cu PŞ-nin xidməti ərazisində ünvan 3 ünvanında yaşayan Şəxs Nağı oğlu yaşadığı ünvanın qarşısında olarkən daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq ona yaxınlaşıb, özlərini təqdim edərək barəsində olan şikayət ilə bağlı izahatı alınması üçün polis şöbəsinə dəvət olunmuşdur. Şöbəyə dəvət olunarkən, Şəxs Nağı oğlu polisin qanuni tələbinə tabe olmayıb əl-qol ataraq, uca səslə polisin ünvanına nalayiq ifadələr işlədib oradan qaçmağa cəhd etmişdir. Nəticədə həmin şəxs polis şöbəsinə təmin olunmuşdur. Həmin şəxs barəsində gonşulara münasibətdə birgə yaşayış qaydalarını pozduğu üçün mütəmadi olaraq yazılı və şifahi şikayətlər şöbəyə daxil olmuşdur. Yekun olaraq o Şəxs Nağı oğlunun Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədin xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nağı oğlu özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, ünvan 3 ünvanında yaşayır. Polis əməkdaşının bildirdiyi kimi söyüşlər söysədə ora onun yaşadığı yer olduğundan bunları qanun pozuntusu hesab etmir. Bundan əlavə polis əməkdaşları onu bölməyə dəvət etdiyi zaman heç bir qanuna zidd əməl törətmədiyindən buna etiraz edərək qacmağa cəhd göstərmişdir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşlarını söydüyü üçün onlardan üzr istəmişdir. Əməlindən peşimandır. Göstərilənlərə əsasən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi Şəxs Nağı oğlu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, daxil olmuş şikayətlər əsasında xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində ünvan 3 ünvanında yaşayan Şəxs Nağı oğluna yaxınlaşmışlar. Şəxs Nağı oğluna barəsindəki şikayətlər barəsində məlumat verilmiş və onlarla birlikdə 29-cu polis şöbəsinə getməli olduğu bildirilmişdir. Bu zaman Şəxs ətrafdakı insanlara məhəl qoymayraq ictimai əsayişi yenidən pozaraq səs-küy salmış və polisin ünvanına söyüşlər söyərək onları təhqir etmişdir. Bu zaman ona hüquqları və vəzifələri yenidən izah edilərək ictimai əsayişə riayət etməsi tələb edilmişdir. Lakin Şəxs polis şöbəsinə getməyəcəyini bildirərək oradan qaçıb uzaqlaşmağa çalışmışdır. Bunun qarşısı alınaraq həmin şəxs polis şöbəsinə təmin olunmuşdur. Həmin şəxslə əvvəllərdə qonşuların şikayəti olması səbəbindən maarifləndirici söhbətlər aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları Samir Mikayılbəyli, Ehtiram Hacıyev, Qərib Məmmədov tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə saat 09:30 radələrində 29-cu PŞ-nin xidməti ərazisində ünvan 3 ünvanında yaşayan Şəxs Nağı oğlu yaşadığı ünvanın qarşısında olarkən daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq ona yaxınlaşaraq, özlərini təqdim edərək barəsində olan şikayət ilə bağlı izahatı alınması üçün polis şöbəsinə dəvət olunmuşdur. Şöbəyə dəvət olunarkən, Şəxs Nağı oğlu polisin qanuni tələbinə tabe olmayaraq əl-qol ataraq, uca səslə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə həmin şəxs polis şöbəsinə təmin olunmuşdur. Həmin şəxs barəsində qonşular tərfindən mütəmadi olaraq yazılı və şifahi şikayətlər şöbəyə daxil olmuşdur. Şöbədə olarkən həmin şəxsin, Bakı şəhərində anadan olmuş xx.xx.1981-ci il təvəllüdlü Şəxs Nağı oğlu olduğu məlum olmuşdur. Elşad Vahidov, Rəşad Eldarov və Emin Hidayətov tərəfindən verilmiş ərizələrdən görünür ki, həmin şəxslər Şəxs Nağı oğlunun qonşularıdır və onun mütamadi olaraq səsküy salaraq, ünvanlı və ünvansız söyüşlər söyməsinə qarşı öz narazıçılıqlarını bildirərək müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkum olunanlar barəsində çıxarışdan görünür ki, Şəxs Nağı oğlu əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 336.1, 326.2 və 234.1-ci maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. xx xxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Nağı oğlu həmin tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş, xx xxxxx 2021-ci il tarixdə saat 10:00-da azad edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Nağı oğlunun İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs Nağı oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Nağı oğlu xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Nağı oğlunun hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nağı oğlunun törətdiyi əməldən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Nağı oğlunun əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Nağı oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs Nağı oğlu İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Nağı oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs Nağı oğlunun həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs Nağı oğlu azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni xx xxxxx 2021-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Şəxs Nağı oğlunun tutulduğu xx xxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək inzibati qaydada tutulduğu bir gün müddət ona tətbiq ediləcək inzibati həbs növündə inzibati tənbeh tədbirindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Nağı oğluna göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx xxx 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs Nağı oğluna göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Nağı oğlu İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Nağı oğlunun tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati növündə tənbeh tədbirindən çıxılsın və üzərində qəti olaraq 19 (on doqquz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Şəxs Nağı oğlu məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Şəxs Nağı oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Şəxs Nağı oğlunun müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. X3 göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-965/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-965/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver