Məhkəmə qərarları › İş №3(004)-969/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-969/2020

02.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-969/2020 02.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 136da yerləşən “xxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindəndaxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi tərəfindən “xxxxxxxxxx” MMC barəsində İXM-in 347-ci maddəsi ilə xx.xx.2019-cu il tarixdə, AP0122631 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Fiat Doblo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 bildirdi ki, iş üzrə bütün sübutlar məhkəməyə təqdim edilmiş iş materiallarındadır, əlavə sübutları yoxdur. İş materiallarındakı sübutlar əsasında işə baxıb inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Aşağıdakı 2 əsasa görə iş üzrə icraata xitam verilməlidir. Həmin əsaslardan biri iş üzrə icraata xitam verilməsi üçün kifayət edir. 1-ci əsas bundan ibarətdir ki, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Həmin sorğunun qeyd edilən hüquqi şəxsə çatdırılmasına dair iş materiallarına hər hansı bir sübut əlavə edlməmişdir. Əksinə iş materiallarına əsasən hüquqi şəxsə sorğunun göndərilməsinə dair məktub ünvan sahibinə çatdırıla bilməmiş, məktub geri qaytarılmışdır. Belə ki, sorğunun çatdırılmasına dair sübut kimi iş materiallarına əlavə edilmiş sifarişli xəbərnamə saxtalaşdırılmışdır. Çünki iş materialları nəzərdən keçirilərkən müəyyən edilir ki, Yasamal RPİ DYPŞ-nin əlavə etdiyi SS587416728AZ saylı sifarişli xəbərnaməyə əsasən həmin xəbərnamə xx.xx.2019-cu il tarixdə poçt şöbəsinə təhvil verilsə də, həmin xx.xx.2019-cu il tarixdə də Şəxs MMC-nin adından “Atayev” soyadlı şəxs imzalanarq məktubu təhvil aldığı qeyd edilmişdir. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxx” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda bildirilir ki, Yasamal rayon DYP tərəfindən 122 saylı poçt şöbəsi vasitəsilə Şərifzadə küçəsi ev 136 ünvanına Şəxs MMC-yə ünvanlanan xx.xx.2019 tarixli SS587416728AZ saylı sifarişli xəbərnaməli məktub, təşkilat həmin ünvandan köçdüyü üçün üzərinə F20 yarlıkı yapışdırılaraq xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. Bununla da Yasamal RPİ DYPŞ-nin əməkdaşı həm məhkəmənin qərardadında sadalanan nöqsanlara səhlənkar yanaşmış və nöqsanları aradan qaldırmadan yenidən eyni protokolu məhkəməyə göndərmişdir. Həmçinin poçt xidməti tərəfindən geri qaytarılmış xəbərnamə saxtakarlaşdırmış, həmin xəbərnamə ilə göndərilən sorğu məktubunun çatdırılmadan geri qaytarılmasına baxmayaraq, məktubun ünvan sahibinə çatdırılmasını təsdiq etmək üçün, eyni tarixdə poçt xidmətinə daxil olmuş məktubun həmin gün də çatdırılmasına dair xəbərnaməsi imzalanmışdır. Bundan əlavə həmin xəbərnaməli məktub hüquqi şəxs olan Şəxs MMC-yə çatdırılmadan xx.xx.2019-cu il tarixdə Yasamal RPİ DYPŞ-yə geri qaytarılsa da, xx.xx.2019-cu il tarixdə Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmin saxtalaşdırılmış xəbərnamə ilə sorğunun hüquqi şəxsə çatdırılmış hesab edilərək, 5 gün ərzində sorğuya cavab verilməməsi əsası ilə hüquqi şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da poçt göndərişi, yəni sorğu İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada 5 gün əvvəlçatdırılmamış hesab edilir. Belə olduğu təqdirdə sorğu çatdırılmadan, yəni inzibati xətanın tərkibi yaranmadan tərtib edilmiş protokolla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXMnin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXM-nin 57ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Saxtalaşdırılmış xəbərnamə ilə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. 2-ci əsas bundan ibarətdir ki, iş üzrə məhkəməyə təqdim edilmiş eyni protokol əvvəllər də məhkəməyə daxil olmuşdur. Həmin protokol İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi üçün İXMnin 106.0.3 və 109.1.6-cı maddələrinə əsasən ilk dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 3(004)-2533/2019 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra nöqsanlar aradan qaldırılmadan eyni protokol yenidən məhkəməyə daxil olmuşdur. Buna görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(004)-2789/2019 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin 3(004)- 2789/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş məhkəmənin hazırlıq iclası mərhələsində yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004)- 552/2020 saylı qərardadı ilə inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərYasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(004)-2533/2019 saylı qərardadında və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-75/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilənlərə əməl edilməsi və yol verilmiş pozuntuların aradan qaldırılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə geri qaytarılmışdır. Beləliklə hazırkı protokol əvvəllər 2 dəfə məhkəməyə daxil olmuş və 2 dəfə də həmin protokol İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi üçün məhkəmənin qərardadları ilə geri qaytarılmışdır. Həmin protokol geri qaytarıldıqdan sonra qərardadda sadalanan nöqsanlar aradan qaldırılmadan, eyni vəziyyətdə protokol və materiallar təkrarən məhkəməyə göndərilmişdir. Belə bir vəziyyətdə protokol sonsuzadək məhkəmədən polisə, polisdən məhkəməyə göndərilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın həmin maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın həmin maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin Vİİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Sadalanan konstitusion normalara əsasən məhkəmə hesab edir ki, artıq sonsuzadək həmin protokol geri qaytarılmamalıdır. Çünki hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququ vardır və onun işinə ağlabatan müddətdə baxılıb yekun qərar çıxarılması hüququ da vardır. Beləliklə də protokolun geri qaytarılması barədə həmin qərardadla protokolun İXM-nin tələblərinə uyğun tərtib edilmədiyi öz təsdiqini tapmışdır. Bu işin mübahisəsiz halıdır. Bu hal həm də onu göstərmişdir ki, səlahiyyətli orqan qərardadda sadalanan nöqsanları aradan qaldıra bilmədiyi üçün, eyni protokol və materialları təkrarən məhkəməyə göndərmişdir. Yəni artıq səlahiyyətli orqanın digər hər hansı bir sübutu yoxdur. Buna görə də məhkəmə işin yenidən geri qaytarılmasının artıq lüzumsuz olduğu qənaətinə gəlir. Həm də qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Buna görə də artıq iş geri qaytarılmalı deyil, mövcud olan həmin protokol əsasında işə baxıb qərar çıxarmaqla şəxsin qeyd edilən məhkəmə müdafiəsi hüququ təmin edilməlidir. Belə bir vəziyyətdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, artıq həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki protokolun qanunun tələblərinə uyğun olmadığı öz təsdiqi tapmışdır. İXM-nin tələblərinə əsasən əvvəl İXM-nin tələblərinə əməl edilməklə protokol tərtib edilməlidir. Bundan sonra həmin protokol və işin digər materialları əsasında şəxs barəsində tənbeh vermə haqqında qərar çıxarıla bilər. Protokol İXM-yə əsasən sübutun bir növüdür. Protokolun tərtib edilməsində İXM-nin tələbləri pozulmuşdursa, bu protokol qanuni sübut hesab edilə bilməz. Protokolu nəzərə almadan, işin digər materialları əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə İXM-nin 54-cü maddəsindəki hal mövcud deyildir. Yəni hazırkı iş prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qəbul etdiyi qərarla əlaqədar olan iş deyildir. Buna görə də İXM-nin 100.1-ci maddəsinə əsasən həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İXM-nin 103.1, 103.2-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Sübutların nədən ibarət olması isə İXM-də dəqiq müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol İXM-nin 76.1-ci maddəsinə əsasən sübutdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnzibati xəta hadisəsinin müəyyən edilməsinin protokollaşdırıldığı həmin inzibati xəta haqqında protokolun əvvəlki məhkəmə qərardadı ilə İXM-nin tələblərinin pozulması ilə tərtib edildiyi müəyyən edilmişdir (pozuntuların mahiyyəti qərardadda dəqiq sadalanmışdır). Buna görə də eyni protokol olan, məhkəməyə göndərilmiş hazırkı həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Yəni belə bir protokol qanunla müəyyən edilmiş sübut kimi qəbul edilə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsasən məhkəmə qanunsuz sübutu şəxsin əlehinə istifadə edə bilməz və bu qanunsuzluğu şəxsin ziyanına aradan qaldıra bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə də konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə, şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir, protokol və əlavə edilmiş materiallar məhkəməyə göndərilməlidir və şəxs həmin protokol əsasında da inzibati məsuliyyətə cəlb edilə bilər. İXM-nin 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olduğundan, lakin iş üzrə mövcud protokol İXM-nin tələblərinə uyğun olmadan tərtib edildiyi üçün, həmin protokol şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Protokol materiallara əlavə edilib məhkəməyə göndərilmir. Materiallar protokola əlavə edilib məhkəməyə göndərilir. Protokolun özü qanunsuzdursa, məhkəmə protokolu yox, materialları əsas göütürüb şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Bununla da məhkəmə hesab edir ki, hazırkı protokol qanunla müəyyən edilmiş sübut hesab edilmədiyindən, həmin protokol şəxsin inzibati məsuliyyətinin əsasını təşkil edə sübut olmadığından, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə iş üzrə təqsirliliyi müəyyən edilməsində yuxarıda yaranmış şübhələr şəxsin xeyrinə həll edilməli olduğundan, məhkəməyə göndərilmiş həmin sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada şəxsin təqsiri sübuta yetirilmir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır.İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi iləbaşlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar