Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-970/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 334.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməklə, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Bir neçə gün əvvəl narkotik vasitə istifadə etmişdir. Lakin avtomobil sürərkən və saxlanılarkən həmin vaxt sərxoş olmamışdır. Bütün göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xüsusi tağım baş yol patrul xidməti inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində, Bakı şəhəri, Yasamal rayonu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi idarə etməsi aşkar edilmişdir, müayinə zamanı narktik vasitə istifadə etməsi aşkar edilmişdir. Onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 938 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində ekspress test üsulu ilə yoxlanılaraq, sərxoşluq əlamətləri olmadan amfetamin, opioid qrupu və marixuana qəbulu faktı aşkar edilmişdir. Sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Bununla da Şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra nəqliyyat vasitəsini, narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etməkdə təqsirli bilinsə də, yuxarıda qeyd edilən tibbi müayinə sənədlərinə əsasən onun sərxoşluq əlamətləri müəyyən edilməmişdir. Bu səbəbdən də onun sərxoşluq vəziyyəti sübut olunmur. Belə olduğu təqdirdə sərxoşluq vəziyyəti müəyyən edilmirsə, onda həmin inzibati xəta tərkibi yaranmır. Belə ki, İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati xəta kimi müəyyən edilsə də, həmin maddədə göstərilən sərxoşluq vəziyyəti öz təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-970/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-970/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver