Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-971/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara və onlara əlavə olunmuş materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli və 02 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokollardan görünür ki, Şəxs barəsində EQ seriyalı, 17240654 və EQ seriyalı, 17511231 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş sistemi üzrə çıxarışdan görünür ki, Şəxs barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2023-cü il tarixli, EQ seriyalı 17240654 nömrəli qərarla təyin edilən cərimə tam şəkildə ödənilmişdir. Həmçinin hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair EQ seriyalı, 17511231 qərar qəbul edilmişdir. Lakin iş materiallarına qəbul edilmiş qərar barədə Şəxs rəsmi qaydada məlumatlandırılıbməlumatlandırılmaması, əgər məlumatlandırılmışdırsa hansı tarixdən qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan mövcud şübhələri barəsində protokol tərtib edilmiş Şəxs xeyrinə həll etməklə qeyd edir ki, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 20 günlük müddətin xx.xx.2023-cü il tarixdə bitməsi və qərarın 07 noyabr 2023-cü il tarixdən qanuni qüvvəyə minməsindən 3 aylıq müddətin 07 fevral 2024-cü il tarixdə başa çatması, İXM-nin 529.3-cü maddə ilə nəzərdə tutulmuş xətanın isə 08 fevral 2023-cü il tarixdə törədilə bilməsi ehtimal edilir. Məhkəməyə təqdim edilmiş protokoldan isə görünür ki, həmin qərarın icra edilməməsinə görə 02 fevral 2024cü il tarixli, İXP seriyalı, ******* nömrəlin protokol tərtib edilmişdir, lakin 02 fevral 2024-cü il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilməsi qeyri-mümkündür. Dolayısı ilə, protokol tərtib edilən tarixdə inzibati xəta hadisəsi mövcud olmamışdır. Belə olan halda, hər hansı bir şəxs protokol tərtib edilən tarixdə törədilməyən əmələ görə məsuliyyətə cəlb edilə bilməz. 02 fevral 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokola münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə törədilmiş inzibati xətaların hallarını nəzərə alaraq hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən və tərtib edilmiş protokol üzrə inzibati xəta hadisəsi olmadığından inzibati məsuliyyətdən azad olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli və 02 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokollar üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-971/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-971/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver