Məhkəmə qərarları › İş №3(004)-9714/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9714/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9714/2025 29.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC (VÖEN: **********, hüquqi ünvanı: ünvan 1 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 3 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vətəndaş X4, X5 və X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə tərəfindən 3-17-5/2-91818/2025 nömrəli və 3-17-5/2- 90525/2025 nömrəli göndərilən məktublar üzrə qeyd edilən sənədlərin bir qismi, H.Seyidlinin isə heç bir sənədi 07 (yeddi) iş günü ərzində DƏMX-nin BŞİ-nə tam şəkildə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Şəxs MMC tərəfindən EMİS vasitəsilə məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Ərizə onunla əsaslanıdırlmışdır ki, Əmək Müfəttişliyinin xx.xx.2025-ci il tarixli, MN ******* №-li İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə iş daxil olmuşdur. Həmin protokol əsassızdır. Belə ki, həmin protokola əsasən adları qeyd edilmiş şəxslərin lazımi sənədlərinin 7 iş günü ərzində göndərilmədiyi bildirilmişdir. Halbuki adları çəkilmiş şəxslər ilə bağlı sorğu gəldikdən dərhal sonra cavablandırılmışdır. Əlavə olaraq bildirək ki, protokolda şikayət edən şəxs kimi adları qeyd edilmiş şəxslərə ödənişlər tam və vaxtında edildiyi üçün onların iddia tələbləri əsassızdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* №-li İnzibati xəta haqqında protokolu əsassız sayıb inzibati xəta üzrə tələbi təmin etməməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən vətəndaş X4, X5 və X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə tərəfindən 3-17-5/2-91818/2025 nömrəli və 3-17-5/2-90525/2025 nömrəli göndərilən məktublar üzrə qeyd edilən sənədlər 07 (yeddi) iş günü ərzində DƏMX-nin BŞİnə tam şəkildə təqdim edilməsi tələb edilsə də, M.Həsənov və R. İsgənədrovun xitam və məzuniyyət sənədləri, H.Seyidlinin heç bir sənədi xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Şəxs MMC-nə ünvanlanan 3-17-5/2-91818/2025 nömrəli və 3-17-5/2- 90525/2025 nömrəli göndərilən məktublardan görünür ki, X4, X5 və X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-98468/2025 nömrəli və 3-17-5/2-90525/2025 nömrəli göndərilən məktublar üzrə müvafiq olaraq həmin şəxslərə aid əmək müqaviləsinin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son 3 ay), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən müvafiq sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin surəti,məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, işçinin işlədiyi dövrdə iş vaxtının uçotunun tabelləri (son 3 ay) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirtməklə ətraflı müşayiət məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş müvafiq poçt göndərişlərinin və bildirişlərin çıxarışlarından müəyyən edilir ki, qeyd edilən sorğular hüquqi şəxsin ünvanına çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Şəxs MMC-nə ünvanlanan məktubdan görünür ki, Şəxs MMC inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə saat 10:00 da 1 saylı DOST Mərkəzinə dəvət olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Şəxs MMC-nə 3-17- 5/2-91818/2025 nömrəli və 3-17-5/2-90525/2025 nömrəli sorğu məktubları ilə müraciət edilərək X4, X5 və X2 müvafiq olaraq həmin şəxslərə aid əmək müqaviləsinin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son 3 ay), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən müvafiq sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin surəti,məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, işçinin işlədiyi dövrdə iş vaxtının uçotunun tabelləri (son 3 ay) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirtməklə ətraflı müşayiət məktubunun DƏMX-nin BŞİ-nə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan məlumatlardan da görünür ki 3-17-5/2-98468/2025 nömrəli və 3-17-5/2-90525/2025 nömrəli göndərilən məktublar Şəxs MMC-nin hüquqi ünvanına göndərilmiş, lakin buna baxmayaraq M.Həsənov və R. İsgənədrovun xitam və məzuniyyət sənədləri, H.Seyidlinin heç bir sənədi xx.xx.2025-ci il tarixinədək inzibati orqana təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC -nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar