Məhkəmə qərarları › İş №3(004)-9716/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9716/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9716/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2 dekabr 2025-ci il tarixdə saat 13:29 radələrində M2, E60, AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 7-ci km-də «SKODA KODİAQ MİNİK» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürərkən DİN BDYPİ polis polkovnik leytenantı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 13:29-da EQ/32384459 nömrəli protokol tərtib etmiş və onun əsasında qərar qəbul edərək 400 manat cərimə tədbiq etmişdir. Protokola görə «SKODA KODİAQ MİNİK» markalı **- KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə olunarkən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində asmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 328.1-ci və 332.3-cü maddələrinin tələbləri pozulmuşdur. Bununla əlaqədar protokolda 328.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qeyd olunmuşdur. DİN BDYPİ X2 tərəfindən avtomatik rejimdə xx.xx.2025-ci il tarixdə saat 15:43-də barəmdə E032384341 nömrəli protokol tərtib edilmişdir. Protokola görə «SKODA KODİAO MİNİK» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə olunarkən 327.1-1 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8,327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4. 331, 333.1,333-1.1,342.7, 343.1. 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXM-nin 327.1-1 -ci və 327.7-ci maddələrinin tələbləri pozulmuşdur. 1-ci pozuntu: xx.xx.2025-ci il tarixli, EQ /32384459 nömrəli protokol əsasında qəbul edilmiş qərarla bağlı onu demək istəyirəm ki, mən qərarda qeyd olunduğu kimi Bakı-Ələt- Qazax-Gürcüstan yolunun 7-ci km-də hərəkətdə olarkən sürət həddini aşmamışam. Həmçinin qərarda göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 328.1-ci və 332.3-cü maddələrinin tələbləri pozulmuşdur. Protokolda saat 13:29 göstərilmişdir lakin həmin saatda hələ ona 2 protokol tərtib edilməmişdir yəni 20 bal olması göstərilmədiyi halda 1-ci protokolda göstərilir ki, sürücülük hüququ olmayan şəxs tərəfindən idarə olunması. Göründüyü kimi qərarlar arasında ziddiyət var. 2-ci pozuntu: xx.xx.2025-ci il tarixli, EQ 32384341 nömrəli protokol əsasında qəbul edilmiş qərarla bağlı onu demək istəyirəm ki, mən Bakı-Quba yolunun 12-ci km-də hərəkətdə olarkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməmişəm. Belə ki, 5.9 Marşrut nəqliyyat vasitələri üçün zolaq, 5.10.1 Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yol, 5.10.2 Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış və 5.10.3 Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış-dır. Ümumiyyətlə həmin zolağa giriş etməmişəm. Bundan başqa, xx.xx.2025-ci il tarixli, E032384341 nömrəli protokol əsasında çıxarılmış qərarda hər hansı bir cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməmişdir. Bu da həmin qərarın əsassız olduğuna bir işarədir. Göründüyü kimi tərtib etdilən protokollarda və onların əsasında çıxarılmış qərarlarda bir neçə kobud qanun pozuntusu mövcuddur. Qərarından şikayət verilmiş orqana və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin və şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 15:43-də Bakı Quba yolu 12-ci km ərazisində 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8,327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4. 331, 333.1,333-1.1,342.7, 343.1. 343-1.1 və 346.2- 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1-1 -ci və 327.7-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol və onun əsasında da inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin hansı məbləğdə cərimə olunması qeyd edilməmişdir. Məhkəmə tərəfindən əldə olunaraq iş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, «SKODA KODİAQ» minik markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi kənar yoldan əsas yola daxil olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa daxil olmadan hərəkət edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, avtomobilin kənar yoldan sağa doğru dönmə əməliyyatını icra etməklə əsas yola daxil olaraq hərəkət etməsi zamanı sağ təkərlərinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağın üzərinə düşməsi həmin zolağa daxil olmaqla hərəkət etməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən inzibati xətanın istisna edilməsi, yəni qeyd edilən əməldə inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmaması inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən digər xətanın yaranması halını da istisna edir. Belə ki, İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Halbuki 327.7ci maddədə qeyd edilən inzibati xətanın mövcud olması üçün şəxs tərəfindən əvvəlcə İXM-nin 327.1-1-ci maddəsində qeyd edilən xətanın törədilməsi sübuta yetirilməli idi. Lakin məhkəmə araşdırması zamanı R.Dadaşovun əməlində İXM-nin 327.1-1-ci maddəsində qeyd edilən xətanın mövcudluğu tədqiq edilmiş sübutların məcmusu ilə inkar edildiyindən, belə olan halda İXM-nin 327.7-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsinin baş verməsi də qanunauyğun olaraq öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı inzibati xəta hadisəsini istisna edən hallar müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32384341 saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2ndə X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar