Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9719/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs MMMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 18 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsnin 2(103)- 2599/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs MTK icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Nəticədə borclu Şəxs MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsnin 2(103)-2599/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar (telefon, internet, televiziya və s.), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul Şəxs MTK-dan alınıb Zərərçəkmiş şəxs MMMC-yə verilmişdir. Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Şəxs MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatların və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alğı-satqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Şəxs MTK-dan alınaraq Zərərçəkmiş şəxs MMMC-yə verilməsi təmin edilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu icranı könüllü təmin etməmiş və icranının təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda Şəxs MTK icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs MTK Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs MMMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Şəxs MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsnin 2(103)-2599/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra edilmir. Həmin məhkəmə qərarının tam şəkildə icra edilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar Şəxs MTK məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTKnın Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsnin 2(103)-2599/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli olan 2 binanın Tikintisinin “İşçi layihələri” (inşaat pasportu - binaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, transformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xətləri, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, həmçinin transformatorun balansa alınması və ya digər quruma balansa verilmə aktı, binaların girişlərindəki kanalizasiya xətlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafə, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xətlərinin haradan çəkilməsi və bu xətlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair aktlar və onların saz olması barədə müvafiq qurumların texniki baxış aktları, binaların rabitə xətlərinin layihələri); bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatlar (telefon, internet, televiziya və s.), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat pul Şəxs MTK-dan alınıb Zərərçəkmiş şəxs MMMC-yə verilmişdir. Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Şəxs MMC-nin istifadəsinə verilməsinə dair xx.xx.2005-ci il tarixli 247 saylı Sərəncamın 41.1-ci bəndində göstərilən tapşırığın icrası barədə bütün məlumatların və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyriyaşayış sahələrinin) mülkiyyətçiləri barədə siyahının (həmin alğı-satqını təsdiq edən müqavilələrin surəti ilə birlikdə) Şəxs MTK-dan alınaraq Zərərçəkmiş şəxs MMMC-yə verilməsi təmin edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi əsasında həmin tarixdə iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Şəxs MTK-ya göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin Şəxs MTK-ya ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün cəmiyyətə xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs MTK-nın icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MTK-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MTK-nın əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs MTK-nın barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9719/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9719/2025
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver