Məhkəmə qərarları › İş №3(004)-977/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-977/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-977/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02843/22 nömrəli 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan daxil olmuş 34/024/031200 saylı xx.xx.2022-ci il tarixli raporta səasən, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********)-nin ünvanına Türkiyə Respublikasında yerləşən “X1” şirkətindən 34JC7991/34TY8738 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə daşınan, xx.xx.2022-ci il tarixli SİN**********008 saylı invoys sənədi ilə müşayiət edilən və Bakı Baş Gömrük idarəsində xx.xx.2022-ci il tarixli **********5098 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara “İpək Yolu” gömrük postunda Şəxs MMCnin (VÖEN:**********) səlahiyyətli nümayəndəsinin və 2 nəfər hal şahidinin iştirakları ilə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, xx.xx.2022-ci il tarixli **********5098 sorğu nömrəli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilməmiş brutto çəkisi 6570 kq, netto çəkisi 6100 kq olan 218.88 m2 Keramikadan metlax yükü aşkar edilmiş, daha sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 24/010486 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinə daxil olmuş 9/9405 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 218.88 m2 Keramikadan metlax yükünün ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 8755.2 (səkkiz min yeddi yüz əlli beş manat, iyirmi qəpik) AZN müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 218.88 m2 Keramikadan metlax yükünün orta bazar qiyməti 8755.2 (səkkiz min yeddi yüz əlli beş manat, iyirmi qəpik) AZN təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs MMC barəsində İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İpək Yolu” gömrük postunun rəisi Zəfər Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində Türkiyə Cümhuriyyətindən 34JC7991/34TY8738 nömrəli avtomaşınla, SİN**********008 saylı invoysla daxil olmuş və BBGİ-də **********5098 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs MMC-nin ünvanına gələn yüklərə gömrük baxışı keçirilmişdir. Yoxlama zamanı 1-ci mal mövqeində 5 ədəd unitaz, 6 ədəd əlüzyuyan brutto çəkisi 879.1 kq, netto çəkisi 861.66 kq qeyd olunsada 5 ədəd unitaz,6 ədəd əlüzyuyan brutto çəkisi 194.58 kq, netto çəkisi 187.22 kq,2-ci mal mövqeində unitaz üçün plastmas qapaqlar 5 ədəd, brutto çəkisi 171.81 kq, netto çəkisi 168.4 kq qeyd olunsada, unitaz üçün plastmas qapaqlar 5 ədəd, brutto çəkisi 15.86 kq, netto çəkisi 13.36 kq,3-cü mal mövqeində 15 ədəd kranlar brutto çəkisi 1110.94 kq, netto çəkisi 1088.88 kq qeyd olunsada 15 ədəd kranlar brutto çəkisi 22.59 kq, netto çəkisi 19.54 kq, 4-cü mal mövqeinde sanitar-texniki məmulatların hissələri 21 ədəd, brutto çəkisi 1065.14 kq. netto çəkisi 1044 kq qeyd olunsada, sanitar-texniki məmulatların hissələri 21 ədəd, brutto çəkisi 21.97 kq, netto çəkisi 20.24 kq, 5-ci mal mövqeində kartonla örtülmüş gipsdən məmulatlar 263 m2 brutto çəkisi 3485.23 kq,netto çəkisi 3416.04 kq qeyd olunsada, kartonla örtülmüş gipsdən məmulatlar 263 m2 brutto çəkisi 158 kq, netto çəkisi 147 kq,6-cı mal mövqeində silikon 100 ədəd brutto çəkisi 289.78 kq, netto çəkisi 284.02 kq qeyd olunsada, silikon 100 ədəd brutto çəkisi 19 kq, netto çəkisi 16 kq və bəyan olunmayan 218.88 m2 brutto çəkisi 6570 kq, netto çəkisi 6100 kq Keramikadan metlax yükü tərəfimdən aşkar edilmişdir. Yoxlama haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Yoxlama zamanı, 34JC7991/34TY8738 nömrə nişanlı avtomaşınla daxil olmuş **********5098 saylı GB-ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman 1-ci mal mövqeində 5 ədəd unitaz,6 ədəd əlüzyuyan brutto çəkisi 879.1 kq, netto çəkisi 861.66 kq qeyd olunsada 5 ədəd unitaz,6 ədəd əlüzyuyan brutto çəkisi 194.58 kq, netto çəkisi 187.22 kq,2-ci mal mövqeində unitaz üçün plastmas qapaqlar 5 ədəd, brutto çəkisi 171.81 kq. netto çəkisi 168.4 kq qeyd olunsada, unitaz üçün plastmas qapaqlar 5 ədəd, brutto çəkisi 15.86 kq, netto çəkisi 13.36 kq,3-cü mal mövqeində 15 ədəd kranlar brutto çəkisi 1110.94 kq, netto çəkisi 1088.88 kq qeyd olunsada 15 ədəd kranlar brutto çəkisi 22.59 kq, netto çəkisi 19.54 kq, 4-cü mal mövqeində sanitar-texniki məmulatların hissələri 21 ədəd, brutto çəkisi 1065.14 kq, netto çəkisi 1044 kq qeyd olunsada, sanitar-texniki məmulatların hissələri 21 ədəd, brutto çəkisi 21.97 kq, netto çəkisi 20.24 kq, 5-ci mal mövqeində kartonla örtülmüş gipsdən məmulatlar 263 m2 brutto çəkisi 3485.23 kq.netto çəkisi 3416.04 kq qeyd olunsada, kartonla örtülmüş gipsdən məmulatlar 263 m2 brutto çəkisi 158 kq, netto çəkisi 147 kq,6-cı mal mövqeində silikon 100 ədəd brutto çəkisi 289.78 kq, netto çəkisi 284.02 kq qeyd olunsada, silikon 100 ədəd brutto çəkisi 19 kq, netto çəkisi 16 kq və bəyan olunmayan 218.88 m2 brutto çəkisi 6570 kq, netto çəkisi 6100 kq Keramikadan metlax yükü tərəfimdən aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli 9/9405 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrə əsasən keramikadan metlaxın 1m2-nin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 40.00 manat, 218.88 m2-nin qiyməti isə 8755.20 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 8755.20 (səkkiz min yeddi yüz əlli beş manat iyirmi qəpik) Azərbaycan manatı məbləğində vəsaitin 40 (qırx) faizi həddində, yəni 3502.08 (üç min beş yüz iki manat səkkiz qəpik) Azərbaycan manatı məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar