Məhkəmə qərarları › İş №3(004)-978/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-978/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-978/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 32, mənzil 26-da yerləşən Şəxs MMC (VÖEN: **********1) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına 90AA121/90AA122 nömrəli avtonəqliyyat vasitəsi, DC00152 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yük **********6222 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, invoys çəki sənədi üzrə 1,3,4,5-ci malların XİF MN üzrə “**********, **********” saylı kod altında “0" % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin müəyyən edilməsi X2 idarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X2 idarəsindən gələn 2200-015/0xxxx/000637 saylı, xx.xx.2023-ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə 1-ci mövqeyi üzrə ********** alt yarımmövqeyində 15% gömrük rüsumu dərəcəsində , 3-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində, 15% gömrük rüsumu dərəcəsində, 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində, 5% gömrük rüsumu dərəcəsində, 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 5% gömrük rüsumu dərəcəsində, 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 15% gömrük rüsumu dərəcəsində sinifləşdirildivi məlum olmuşdur. **********6222 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 2988.67 azn, ƏDV üzrə 537.96 azn təşkil etdiyi qeyd edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı “CASABELLA-HOME" MMC-nin direktoru X3 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “Shanghai Villiamda industrv Devolopment” şirkətindən 90AA121/90AA122 nömrəli avtonəqliyyat vasitəsi. DC00152 saylı 23.11,2023-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********6222 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, invoys çəki sənədi üzrə 1, 3, 4, 5 -ci malların XİF MN üzrə “**********, **********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirilməsinin müəyyən edilməsi X2 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X2 idarəsindən gələn 2200-015/0xx-xx/000637 saylı, xx.xx.2023-ci il tarixli cavab məktubuna əsasən malın XİFMN üzrə 1-ci mövqeyi üzrə ********** alt yarımmövqeyində 15% gömrük rüsumu dərəcəsində, 3-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 15% gömrük rüsumu dərəcəsində. 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 5% gömrük rüsumu dərəcəsində, 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 5% gömrük rüsumu dərəcəsində, 4-cü mövqeyi üzrə ********** alt yarımmövqeyində 15% gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. **********6222 sorğu nömrəli 30.01 2023-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 2988.67 azn, ƏDV üzrə 537,96 azn təşkil etdiyi müəyyən edilmişdir. “CASABELLA- HOME" MMC-nin direktoru X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, **********6222 sorğu nömrəli gömrük bəyannaməsi bəyan olunan “Çantaların hazırlanması üçün parça və digər məmulatlar" yükünün kodunun fərgli olması nəticəsində yaranmış fərgə görə gömrük ödənişlərini ödəməyə hazır olduglarını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında Qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 90AA121/90AA122 nömrəli avtonəgliyyat vasitəsi, DC00152 saylı xx.xx.2023-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində xx.xx.2023cü il tarixli, **********6222 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş “Çantaların hazırlanması üçün parça və digər məmulatlar” yükünün kodunun fərgli göstərərək idxal gömrük rüsumu üzrə 2988.67 azn, X6 üzrə 537,96 azn ümumulikdə 3526,63 (üç min beş yüz iyirmi altı manat 63 gəpik) manat gömrük ödənişlərindən yayınmışdır. Bununla da o, İXM-in 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, № 00100-00383/23 (EP 0078689) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsə) nümayəndəsi X3 etiraz edərək bildirmişdir ki, əvvəl sənədlərdə səhvlik olsa da, sonradan düzəliş etmişdirlər. Düzəliş etdiyi sənədləri təqdim etsə də, protokol artıq tərtib edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, tərtib edilmiş protokoldan da görünür ki, ünvan 3 ünvanında Qeydiyyatda olan Şəxs MMC **********7901 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində Çin Xalg idxal etdiyi “Polyester parça” yükünün kodunu düzgün bəyan etməyərək ümumulikdə 7865.36(veddi min səkkiz yüz altmış beş manat 35 gəpik) manat əlavə gömrük ödənişlərindən yayındığı üçün Bakı Bas Gömrük idarəsinin təhgigat şöbəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-00370/23 nömrəli inzibati Xəta haggında icraat başlanılmış və ilk dəfə törədildiyi üçün 00100/00367 nömrəli, 08 fevral 2023-cü il tarixli gərarla ilk dəfə törədildiyi və dəymiş zərər ödənildiyi üçün təgsirli bilinərək xitam edilmişdir. Bununlada adı geyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olarag törətdiyi müəyyən edilir. Bu səbəbdən də İXM-nin 505-ci maddəsinin qeydində nəzərdə tutulsa da, şəxsin hazırkı inzibati xətası ilk dəfə olmadığından, gömrük ödənişlərini ödəsə də, bu əmələ görə məsuliyyətdən azad olma üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinərək, gömrük ödənişləri olan 3526,63 manatın 70% məbləğində, yəni 2468, 64 (iki min dörd yüz altmış səkkiz manat 64 qəpik) manat (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar