Məhkəmə qərarları › İş №3(004)-979/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-979/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-979/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, mənzil 45-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə 09.04.2021-ci il tarixdə, MN №0436680 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 35000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “xxxx” ASC Bankda olan hesabından 18.03.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 35000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X5 bildirdi ki, Şəxs MMC 2018-ci ildə quru süd alışı ilə bağlı Belarusiyanın “xxxx” şirkətinə 35000 ABŞ dolları vəsait ödəmişdir. Lakin “xxxx” şirkəti dələduzluq edərək, ödənişin qarşılığında malı göndərmədi. Şəxs MMC qarşılığında “xxxx” şirkətini Belarusiyanın Minsk şəhərində məhkəməyə verdi. Məhkəmə gedişində Şəxs MMC mülki iddiaçı kimi tanındı və “xxxx” şirkətinin ödəniş etməsi üçün məhkəmə qərarı qəbul edildi. İkinci instansiya məhkəməsində də Şəxs MMC qalib gəldi. Artıq məhkəmə qərarı icraya yönəldilib və ilkin icra vərəqəsinə əsasən Şəxs MMC 1833,35 ABŞ dolları dəyərində ödəniş olunmuşdur. Bundan sonra daha 6 icra vərəqəsi ilə qalan vəsaitin ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respubliaksının Mərkəzi X7 Məcəlləsinin 430.4-cü maddəsinə əsasən (“430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir”) Şəxs MMC-nı məhkəməyə vermişdir. Yuxarıda sadalanan məhkəmə qərarlarından göründüyü kimi, işdə Şəxs MMC-nin rəhbərliyi pulun geri qaytarılması ilə bağlı bütün mümkün vasitələrdən istifadə etmişdir. Pulun bir qismi ödəniş ediləsə də, Şəxs MMC bundan sonra tam vəsaitin geri qaytarılması üçün çalışacaqdır. İşin halları ilə bağlı Belarusiyanın hər iki instansiya məhkəməsinin qərarı və icra sənədi notarial qaydada təsdiq olunnıuş formada məktuba əlavə edilir. Bununla yanaşı hər iki məhkəmə qərarı, qərarın qüvvəyə minməsi barədə arayış və icra barədə arayışlar tanınma üçün Belarusiya məhkəməsindən tələb edilmişdir. Yaxın müddət ərzində həmin sənədlər qanunvericiliyə müvafiq qaydada məhkəməyə təqdim ediləcəkdir. Göstərilənlərə əsasən pulun geri qaytarılmamasında və İZM-nin 430.4cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə Şəxs MMC-nin hər hansı bir təqsiri yoxdur. Bu səbəbdən də inzibati xəta mövcud olmur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Belarusiya Respublikası Minsk Şəhəri Pervomaysk Rayon Məhkəməsinin 1-311/2020 saylı, 14 iyul 2020-ci il tarixli hökmünə əsasən 18 avqust 1957-ci il təvəllüdlü, Minsk vilayəti Soliqorsk rayonu Tesovo kəndində anadan olmuş, Belarus Respublikası vətəndaşı, ali təhsilli, boşanmış, himayəsində iki azyaşlı uşaq olan, təqaüdçü, Minsk şəhəri, Kuybışev küçəsi, ev 4, mənzil 102 ünvanında qeydiyyatda olan və yaşayan, əvvəllər məhkum olunmayan, 14 dekabr 2019-cu il tarixindən həbs altında saxlanılan X2 CM 209-cu maddəsi 4-cü hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində ittiham edilməsi üzrə cinayət işinə baxaraq müəyyən etmişdir ki, o, əvvəllər oğurluq törədən şəxs olaraq, əvvəlcədən işlənib hazırlanmış plana əsasən hərəkət edərək, təsərrüfat subyektinin - Belarus Respublikasının rezidenti “xxxx” MMC təsərrüfat fəaliyyətinə faktiki rəhbərlik və nəzarət edən şəxs olmaqla, maliyyə - təsərrüfat fəaliyyətinin faktiki olaraq həyata keçirilməsi niyyətinə malik olmadan, dələduzluq yolu ilə tamah məqsədil ilə özgəsinin əmlakını - Kulakova N.V. xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq təkrar əvəzsiz ələ keçirməsinə yönəlmiş niyyətini həyata keçirərək, 2019-cu ilin fevral ayının istintaq zamanı müəyyən edilməmiş günlərindən birindən 11.04.2019-cu ilə qədər dövrdə Belarus Respublikasının ərazisində, o cümlədən Minsk şəhərinin ərazisində olmaqla, daha dəqiq vaxt və yer istintaq zamanı müəyyən edilməmişdir, süd məhsullarının - yağsızlaşdırılmış quru südün təchizatının həyata keçirilməsi bəhanəsi altında, Azərbaycan Respublikasının təsərrüfat subyektinin Şəxs MMC (Bakı ş.) nümayəndəsini yuxarıda göstərilən məhsulun 20 ton miqdarında təchizat imkanına dair yanlışlığa soxmaq məqsədilə “xxxx” MMC direktor müavini Çirkin A. V. adından Şəxs MMC (Bakı ş.) ilə baş direktor şəxsində Dunay Xasaylı ilə 20 h.-ı yağsızlaşdırılmış quru südün təchizatına dair ümumi məbləği 35000 ABŞ dolları olan 100 faiz məbləğdə ilkin ödənişin təchizatçı tərəfindən məhsulun göndərilməsinə qədər 14.03.2019-cu il tarixli spesifikasiyanın imzalandığı uıdan təchizatçının hesablaşma hesabına daxil edilməsi ilə 14.03.2019-cu il zarixli 14-03/2019 saylı distribütor müqaviləsi bağlamışdır, həmin müqavilənin erası üzrə üzərinə öhdəliklər götürərək, əvvəlcədən qəbul edilmiş öhdəlikləri icra etmək niyyəti olmadan, pul vəsaitlərinin ABŞ dolları ilə “xxxx”xxxx” ASC-də açılmış BY67 BELB 3012 0167 B900 3022 6000 hesablaşma hesabına daxil olmasından sonra: 19.03.2019-cu il tarixində 35000 ABŞ dolları məbləğində vəsaitin “xxxx” MMC “xxxx” ASC-də açılmış BY97 BELB 3012 0167 B900 1022 6000 hesablaşma hesabına Belarus rublu ilə köçürülməsini təşkil etmişdir, sonradan isə 02.01.2019-cu il tarixli O ******* saylı saxta tikinti podratı müqaviləsi əsasında 12000 məbləğində pul vəsaitlərinin FS Trus Y. A. “xxxx” QSC-də açılmış hesablaşma hesabına və ******* saylı saxta tikinti podratı müqaviləsi əsasında 58000 məbləğində pul vəsaitlərinin FS Trus S. V. “xxxx” ASC-də və “xxxx” QSC-də, “xxxx” ASC-də açılmış hesablaşma hesablarına köçürülməsini təşkil etmişdir, pul vəsaitlərinin qalan hissəsini isə “xxxx” MMC fəliyyətinin təmin edilməsinə xərcləyərək öz mülahizəsinə əsasən sərəncam vermişdir, Trus S. V. və Trus Y. A. öz növbəsində, Semak V. M. cinayətkar niyyətlərindən xəbərsiz olaraq köçürülmüş pul vəsaitlərini nağdlaşdırmış, bankın komissiya haqqını nəzərə almaqla Minsk şəhərinin ərazisində sonuncunun Trus S. V. ilə şəxsi görüşü zamanı onları Semak V. M. vermişdir, yəni Şəxs MMC (Bakı ş.) nümayəndəsini aldatma yolu ilə - göstərilən zərərçəkənə məxsus olan xüsusilə külli miqdarda ümumi miqdarı 35000 ABŞ dolları məbləğində bir ABŞ dolları 2,11 rubl dəyərində olmaqla ümumi miqdarı 73850 rubl məbləğində pul vəsaitlərini təkrar dələduzluq üsulu ilə ələ keçirmişdir, bu da onun öz mülahizəsinə əsasən sərəncam verdiyi ən azı 3431 baza kəmiyyətini təşkil edir, bununla da Şəxs MMC (Bakı ş.) göstərilən məbləğdə xüsusilə külli miqdarda əmlak zərəri vurmuşdur. Elan edilmiş izahatlardan və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrdən aydın olur ki, + **********84 abonent telefon nömrəsi onun istifadəsində olmuşdur. Bu zaman ona “xxxx” MMC və Şəxs MMC arasında süd məhsullarının təchizatı haqqında danışıqlar barədə məlum olmuşdur, çünki onun mobil telefonuna süd məhsullarının alıcıya təchizatı üzrə problemlərin yaranması ilə bağlı yazışma göndərilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, İnternet şəbəkəsində süd məhsullarının satışı haqqında elanlar yerləşdirmişdir, bunu əvvəlcə məhkəmə iclasında təsdiq etmişdir, bildirmişdir ki, elanda mal haqqında məhz hansı məlumatları göstərmişdir. Lakin sonradan bu ifadələrindən imtina etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 16.12.2019-cu il tarixində verilmiş ifadələrə əsasən sonuncu müdafiəçi vəkilin iştirakı ilə iclasında təsdiq etmişdir ki, yuxarıda göstərilən telefon nömrəsindən istifadə etmişdir, İnternet şəbəkəsində süd məhsullarının satışı haqqında elanlar yerləşdirmişdir, həmçinin “xxxx” MMC və Şəxs MMC arasında süd məhsullarının təchizatına dair müqavilənin bağlanması barədə, eləcə də yaranmış problemlər və malın hansı səbəblərdən Azərbaycan Respublikasının yuxarıda göstərilən cəmiyyətinin ünvanına təchiz edilməməsi barədə ona məlum olmuşdur. Mülki iddiaçı Şəxs MMC nümayəndəsi Oreşko V.Q. göstərmişdir ki, 2019-cu il fevral ayının əvvəlində cəmiyyətin rəhbərinin göstərişinə əsasən satış şöbəsinin rəisi Muradov A.A. quru süd satıcısı axtarmağa başlamışdır. Belə ki, İnternet şəbəkəsində “Flaqma bay” ticarət meydançasında “xxxx” ASC istehsalı olan yağsızlaşdırılmış quru süd satışı haqqında elan tapılmışdır, burada satıcı “xxxx” MMC göstərilmişdir. Elanda Semak V. M. telefon nömrəsi göstərilmişdir, həmin nömrə ilə Muradov A. A. “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Söhbət zamanı Semak V.M. izah etmişdir ki, onlar həqiqətən yağsızlaşdırılmış quru süd təchiz etməyə hazırdırlar, bu halda onunla Melnikova Y.A. əlaqə saxlayacaq, o isə prosesə nəzarət edəcək. Onların (Şəxs MMC) xahişinə əsasən onlara quru süd nümunəsi, həmçinin malın keyfiyyətini təsdiq edən sənədlər göndərilmişdir, bundan sonra 14.03.2019-cu il tarixində hüquqi şəxslər arasında müqavilə bağlanmışdır. Sonra isə Şəxs MMC tərəfindən “xxxx” MMC hesabına 20 ton 1,5 %-li yağsızlaşdırılmış quru südə görə 35000 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür. Bu zaman pulların köçürülməsindən sonra həm Melnikova Y.A. və həm də Semak V. M. əlaqəyə girməmişdir. Göstərilənlərə əsasən X3 aldatma (dələduzluq) yolu ilə təkrarən, xüsusilə külli miqdarda əmlakı ələ keçirməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 209-cu maddəsinin 4-cü hissəsinə əsasən ona ciddi rejimli islah kolonunda cəza çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək V.M.Semak barədə əvvəlki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. V.M.Semakın cəzaçəkmə müddəti 14 iyul 2020-ci ildən hesablanmışdır. Həbsdə saxlanılmanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanması V.M.Semakın cəzaçəkmə müddətinə onun 14 dekabr 2019-cu ildən 13 iyul 2020-ci ilə qədər həbsdə saxlama müddəti nəzərə alınmışdır. V.M.Semakdan maddi ziyanın ödənilməsi hesabına "Şəxs" MMC-nin xeyrinə 84647,50 rubl, N.V.Kulakovanm xeyrinə 83196,40 rubl, həmçinin dövlətin nəfinə 8392,20 rubl məbləğində dövlət rüsumu tutulması, mülki iddia hissəsində hökmün könüllü icra edilməsi üçün V.M.Semak üçün hökmün qanuni qüvvəyə mindiyi gündən 1 ay müddəti müəyyən edilmişdir. N.V.Kulakovanın V.M.Semakdan 85,05 ABŞ dolları məbləğinin tutulması haqqında iddia tələbi baxılmamış saxlanmışdır. V.M.Semaka məxsus əmlaklar: “HP” Compaq 615 S/N CNU9486VFH, "Lenovo" S/N WB 11805624 noutbukları, onların 2 adaptor cihazı, "xxxx" ASC, hesab BY48BPSB3014F**********46304-da olan 460 rubl məbləğində pul vəsaitinin, 2000.03 ABŞ dolları məbləğində pul vəsaitinin; 1207OX dövlət qeydiyyt nişanlı, 1982-ci il buraxılışlı, kuzov № ******* olan "Opel Askona" avtomobilinin üzərinə qoyulmuş həbsin hökm mülki iddia hissəsində icra edilməyənə qədər ləğv edilməməsi, müəyyən edilmiş müddətdə mülki iddia hissəsində hökm icra edilmədikdə, V.M.Semakın üzərinə həbs qoyulmuş əmlakı hesabına zərərçəkmiş P.V.Kulakovaya, mülki iddiaçı Şəxs" MMC-yə dəymiş ziyan, dövlət gəlirlərinə dövlət rüsumları tutulması, “xxxx” MMC-nin “xxxx” ASC-də açılmış hesablaşma hesabında olan 60000 rusiya rublu məbləğində pul vəsaitlərinin, "xxxx" MMC-nin "xxxx" QSC-də açilmiş hesablaşma hesabinda olan 80 ABŞ dolları məbləğində pul vəsaitlərinin, "xxxx" FK MMC-nin "xxxx" ASC-də açılmış hesablaşma hesabında olan 200,18 rubl məbləğində pul vəsaitlərinin üzərinə qoyulmuş həbsin hökm mülki iddalar hissəsində icra edilənə qədər ləğv ediməməsi hökm edilmişdir. Minsk şəhərində Kuybışev küçəsi, 44 nömrəli evin 102-ci mənzilinə qoyulmuş həbs ləğv edilmiş, əmlak A.V.Semakın mülkiyyətində saxlanılmışdır. V.M.Semakdan Şəxs MMC-nin xeyrinə məhkəmədə nümayəndənin hüquqi yardımını ödəmək üçün çəkdiyi 967.4 rubl məbləğində prosessual xərclər tutulmuşdur. Bundan əlavə iş materiallarında olan Belarusiya Respublikası Apellyasiya Məhkəməsinin 2-938/2020 saylı, 20.10.2020-ci il tarixli qərardadı ilə X2 Belarusiya Respublikası Minsk Şəhəri Pervomaysk Rayon Məhkəməsinin 1-311/2020 saylı, 14 iyul 2020-ci il tarixli hökmündən verdiyi apellyasya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə hökmü və qərarının əsli ilə düzgünlüyü və Azərbaycan dilinə tərcüməsinin düzgünlüyü 28.04.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, xaricdən valyutanın geri qaytarılmaması səbəbi kimi, Şəxs MMC-nin dələduzluğa məruz qalması, zərərçəkən olması və bunların yuxarıda sadalanan məhkəmə qərarları ilə təsdiq edilməsi olmuşdur. Bu hal yuxarıda sadalanan məhkəmə qərarları ilə tam təsdiq edilir. Həmin sənədin hüquqazidd olması, saxta olması, həmin sənədin sübut kimi qəbul edilməsini təkzib edən və ya şübhə altına alan hər hansı bir hal müəyyən edilmədiyindən, həmin sənədlə müəyyən edilir ki, baş vermiş hadisə üzrə hüquqi şəxsin əməlində qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar