Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-979/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1954-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 yanvar 2022-ci il saat 19:00 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, X8 10 saylı ünvanın qarşısında X4 idarə etdiyi “VAZ21093” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə vətəndaş X2 yüngül xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 09.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı T.Abdullayevin 26.01.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf etdərək izahatında göstərdi ki, avtoqəza nəticəsində xəsarət almış şəxsi xəstəxanaya qoyulmuşdur. Keçən müddət ərzində həmin şəxsə hər hansısa bir yardım etməmişdir. Belə ki həmin şəxsə xəsarətlə bağlı sığorta verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs X2 bildirdi ki, xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş, hadisə törədən şəxs Şəxs xəstəxanada nə ona, nə dərmanlarına, nə də həkimlərlə bağlı heç bir xərc çəkməmiş, xəstəxanada onu qoyub çıxıb getmişdir. Müalicəsi ilə əlaqədar çoxlu xərci çıxmışdır. Maddi çətinlik ucbatından müalicəsini davam etdirə bilmir. Ötən müddət ərzində də bir dəfə də olsun maraqlanmamışdır ki, vəziyyəti nə yerdədir. heç bir maddi köməklik etməmişdir. Hər hansı bir sığorta ödənişi də verilməmişdir. Ona görə də şikayətçidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı T.Abdullayevin qəbul etdiyi 26.01.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, Şəxs 18.01.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X8 10 sayılı ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Toyota Prius” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön tərəfi ilə X4 idarə etdiyi “VAZ21093” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən vurması nəticəsində “VAZ21093” markalı avtomobilin sərnişini X2 xəsarət almışdır. Həmin məlumat “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 73 sıra sayı ilə qeydiyyata alınmışdır. Həmçinin həmin qərarla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yasamal RPİ DYPŞ-yə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə yuxarıda qeyd edilən qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Bayramov X3 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-979/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-979/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver