Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-981/2022 18.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1982-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 yanvar 2022-ci il saat 22:00 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçəsinin kəsişməsində X2 idarə etdiyi “Nama” markalı moped ilə toqquşmuş, nəticədə vətəndaş X3 yüngül xəsarət almışdır. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 09.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı T.Abdullayevin 29.01.2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf etdərək izahatında göstərdi ki, o, 23.01.2022-ci il tarixdə saat 22 radələrində idarə ediyi “Toyota Prius” markalı, 30BX795 dövlət qeydiyyat nişanlı avtomobili ilə H.Cavid parkı tərəfdən hərəkətini davam etdirib Ş.Mehdiyev küçəsinə daxil olmuşdur. Ş.Mehdiyev küçəsi ilə hərəkətini davam etdirib B.Vahabzadə küçəsi istiqamətində getmişdir. Küçələrin kəsişməsində svetaforun yaşıl işığı yandığından avtomobili ilə hərəkətini davam etdirib B.Vahabzadə küçəsinə dönüb yolun əks istiqamətində hərəkətdə olan mopedin qarşısına çıxmış, düzünə doğru hərəkətdə olan moped onun idarə etdiyi avtomobilin sağ orta hissəsindən dəymiş və sürücü yerə yıxılıb xəsarət almışdır. O, dərhal həmin sürücüyə yaxınlaşıb səhhəti ilə maraqlanıb tibbi yardım göstərmişdir. Sonradan həmin xəsarət almış şəxsin səhhəti ilə maraqlanmamış, ziyanının ödənilməsi və barışıqla bağlı aralarında razılaşma mövcud deyildir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı T.Abdullayevin qəbul etdiyi 29.01.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs idarə etdiyi “Toyota Prius” markalı, 30BX795 qeydiyyat nişanlı avtomobili ilə “X7” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 10-cu bəndinin tələbini pozaraq Ş.Mehdiyev küçəsi ilə B.Vahabzadə küçəsinin kəsişməsində sağ tərəfindən Ş.Mehdiyev küçəsində düz istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Nama” markalı moped ilə toqquşması nəticəsində Məhəmməd Sofızadənin sağ baldırın ön səthinin əzilmiş yarası kimi YÜNGÜL dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. Həmçinin həmin qərarla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yasamal RPİ DYPŞ-yə göndərilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə yuxarıda qeyd edilən qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Həsənov X4 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-981/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-981/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver