Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-981/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli X11 iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli X11 iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, 15 yanvar 2021-ci ildə saat 14:00 radələrində Bakının Nəsimi rayonunun 20 Yanvar dairəsi ərazisində yerləşən "20 Yanvar” metro stansiyasının yaxınlığından keçirmiş, bu zaman metronun “Azərsu” istiqaməti üzrə çıxışında 4 polis əməkdaşı tərəfindən karantin rejimi ilə əlaqədar vətəndaşların icazəli hərəkət edib-etmədiyi ilə bağlı yoxlanış həyata keçrilirmişdir. O, da öz növbəsində adını müəyyən edə bilmədiyi kapitan rütbəli bir polis əməkdaşına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Ancaq şəxsiyyət vəsiqəsini təqdim edərkən COVİD-19 pandemiyası ilə əlaqədar minimum təmasın təşkil olunması ilə əlaqədar şəxsiyyət vəsiqəmə toxunmadan yoxlamasını və əgər ehtiyac varsa fotosunu çəkib orada baxmasını xahiş etmişdir. Bildirmişdir, polislər şəxsiyyət vəsiqəsini yoxlayarkən təmassız yoxlanış aparatından istifadə edirlər ki, bu da virusun yayılmasının azalmasına öz töhvəsini verir. Ancaq kapitan rütbəli polis əməkdaşı onunla kobud şəkildə davranaraq, dövlət qulluqçusuna və polis işçisinə yaraşmayan şəkildə üstünə qışqıraraq, “Sən nə deyirsən? Sənə deyirəm bura ver!“ deyərək şəxsiyyət vəsiqəsini zorla əlindən almışdır. Həmin kapitan şəxsiyyət vəsiqəsini aralarında bir neçə metr məsafə olan və yoxlanış həyata keçirən digər 3 polis əməkdaşından birinə verərək demişdir ki, ‘’Buna maska cəriməsi yazın”. O, polis əməkdaşına maskanı qaydalara uyğun şəkildə taxdığını bildirsə də, polis əməkdaşı bunun önəmli olmadığını bildirərək protokol tərtib edilməsi barəsində göstəriş vermişdir. Haqqında X11 protokol tərtib edilmişdir. O, Aqil Quliyevdən protokolun sürətini tələb etmişdir, ancaq o, bildirmişdir ki, protokola imza atsa, protokolun surətini verəcək, əks halda verməyəcək. Ancaq o, protokoldan məhkəməyə şikayət edəcəyini, buna görə imza atıb-atmamağından asılı olmayaraq qanunvericiliyə əsasən protokulu verməli olduğunu bildirmişdir. O, isə “hara istəsən, şikayət edə bilərsən” deyib protokolu verməkdən imtina etmşdir.” Bundan sonra polis kapitanından adı, soyadı və aid olduğu polis idarəsi haqqında soruşsa da, imtina edərək müvafiq məlumatları verməkdən imtina etdi və 102 çağrı mərkəzinə zəng edib soruşmağı məsləhət gördü. Həmin gün saat təxminin 15:00 radələrində 102 qaynar xəttinə zəng vurmuş, başına gələnləri onlara izah etmiş və onunla kobud davranan eləcə də qanunsuz cərimələyən polis əməkdaşından şikayət etmiş və məhkəməyə şikayət edəcəyi üçün onun ad və soyadının, hansı polis idarəsinə mənsub olduğunun ona deyilməsini xahiş etmişdir. 102 xidmətindən ona şikayətinin qeydə alındığı bildirilmiş və qısa zamanda məlumat veriləcəyi bildirilmişdir. Üstündən bir gün keçsə də, 102 xidmətindən ona məlumat verilməmişdir. Bu səbəbdən 16 yanvar 2020-ci ildə təxminən saat 13:00 radələrində yenidən 102 qaynar xəttinə zəng vurub, məsələnin araşdırılıb-araşdırılmadığını öyrənmişdir. 102 qaynar xəttindən ona bildirilmişdir ki, onu cərimələyən polis əməkdaşları Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PB) əməkdaşlarıdır. Ancaq ona cəriməni yazan polis kapitanının adını verə bilməyəcəklərini, bunu Yasamal RPİ 29-cu PŞ ilə əlaqə saxlayıb öyrənə biləcəyimi bildirmişdirlər. Saat təxminən 15:00 radələrində 29-cu PŞ-nə zəng vurmuş, haqqında qəbul edilən inzibati tənbeh haqqında qərarın sürətinin ona verilməsini xahiş etmişdir. Şöbədən ona bildirilmişdir ki, qərarın surətini yalnız bazar ertəsi, yəni 18 yanvarda gedib götürə bilər. 18 yanvar 2020-ci ildə 29-cu PŞ-nə gedərək X11 Protokolun və X12 haqqında Qərarın sürətinin ona verilməsini xahiş etmişdir. Ancaq onlar yalnız protokolun sürətini verərək qərarın sürətini verməkdən imtina etmişdirlər. X11 Protokoldan məlum olmuşdur ki, haqqında Protokol polis mayoru Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşı X10 tərəfindən hazırlanıb. Ancaq o, qanun pozuntusuna yol verən polis kapitanının adını və soyadını öyrənsə də yenə də ona bir cavab verilməmişdir. 8 fevralda 29-cu polis şöbəsinə gedərək inzibati tənbeh qərarı ilə bağlı yenidən müraciət etmiş, növbətçi hissədən olan polis əməkdaşı Aqil Quliyevə zəng edərək Məmməd adlı vətəndaşın inzibati tənbeh qərarını istədiyini bildirmişdir. Aqil Quliyev telefon vasitəsilə ərazidə olduğunu bildirmiş və vaxtı olmadığını ərazidə cərimə yazdığını demişdir. Sonra nömrəni polis əməkdaşına verməyi bildirmiş və saat 15:00-dan sonra özünün onunla əlaqə saxlayacağını demişdir. O, Aqil Quliyevdən telefon nömrəsini istəmiş, o isə vətəndaşlara belə hallarda telefon nömrəsinin verilmədiyini demişdir. Daha sonra fevral ayında elektron hökümət portalına baxış zamanı onun İXM-nin 211-ci maddəsi ilə bağlı cərimə olunduğunu və eyni zamanda cərimənin qərarlı olduğu göstərilirdi. 1 8 yanvar 2021-ci ildə Bakı şəhər Nizami rayon Məhkəməsinə Yasamal RPİ 29-cu PŞ-nə qarşı şikayət etmişdir. Şikayətdə barəsində qəbul edilən inzibati tənbeh tətbiq etmə haqqına qərarın ləğv edilməsini, X12 haqqında iş üzrə icraata xitam verilməsini, kobud qanun pozuntularına yol verən polis kapitanın şəxsiyyətinin müəyyən edilməsini və haqqında tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilməsini xahiş etmişdir. İşin ədalətli həlli və baş verənlərin obyektiv qiymətləndirilməsi üçün aşağıdakı vəsatətlərin təmin edilməsini xahiş etmişdir: Polis kapitanının şəxsiyyətinin müəyyən edilməsi üçün Yasamal RPİ 29-ci PŞ-nə sorğu göndərilməsini və müəyyən edilib məhkəmədə dindirilməsini. Protokolu tərtib edən polis mayoru Aqil Quliyev və onun yanında olan digər polisin məhkəmədə dindirilməsini; 20 yanvar metrosunun Azərsu tərəfdən olan çıxışındakı təhlükəsizlik kameralarının 15 yanvar 2020-ci il saat 13:00-15:00 saatları arasındakı videoyazıları əldə edib izlənilməsini, məhkəmədə iştirakının təmin edilməsini. Bundan başqa şikayətində Yasamal RPİ 29-cu PŞ-ə qərarın sürəti üçün müraciət etsə də, verilmədiyini, bu səbəbdən yalnız protokol əsasında şikayət verdiyini qeyd etmişdir. Nizami Rayon Məhkəməsi 26 yanvar 2021-ci il tarixində keçirilən məhkəmə iclasında belə qənaətə gəlib ki, o şikayətində. barəsində qəbul olunmuş X12 haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və digər məsələlər üzrə qərar qəbul olunmasını xahiş etmişdir, lakin mübahisələndirdiyi qərarı təqdim etməmişdir, şikayətini də qərarla müəyyən edilmiş hallara uyğun əsaslandırmamışdır, yalmz barəsində tərtib olunmuş X11 protokolu təqdim etmişdir. Hansı ki. inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) X11 protokoluna deyil, X11 iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, mübahisələndirilən qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. Ümumiyyətlə, hazırkı halda belə qərarın qəbul edilib-edilməməsi müəyyən deyil. Nizami Rayon Məhkəməsi 26 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına qərar verilməsinə, iş üzrə qərarı rəsmi qaydada aldıqdan sonra qanunvericiliyə uyğun qaydada ümumi yurisdiksiyası rayon məhkəməsinə müraciət edilməsinin ona izah edilməsi ilə bağlı qərara gəlib. O, bu qərardaddan sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun adına məktub yazaraq Yasamal Rİ 29-cu PŞ-dən haqqında tərtib edilən X11 qərarın surətinin verilməsi üçün iki dəfə müraciət etməyinə baxmayaraq qərarın surətinin ona verilmədiyini bildirdmişdir və barəsində tərtib edilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətinin ünvanına göndərilməsini xahiş etmişdir. D İ N adına yazdığı məktuba Bakı Şəhər Baş Polis İdarəsindən məktub almışdır. Məktubda sözügedən qərarla bağlı heç bir nüans xatırladılmadan bildirilib ki, onun haqqında tərtib olunmuş protokolun ləğv olunması məsələsinə baxılması üçün şikayət Yasamal RPİ-nə göndərilib. Halbuki protokolun ləğv olunması ilə bağlı deyil, qərarın ona təqdim edilməsi üçün müraciət etmişdir. 26 fevral tarixində Daxili İşlər Nazirliyinə - X14 Eyvazova daha bir müraciət ünvanlamışdır, müraciətdə elektron hökümət portalında cərimənin qərarlı olduğu göstərilsə də, Yasamal RPİ 29-cu polis şöbəsinin inzibati tənbeh qərarını verməsindən imtina etdiyini bildirmişdir və inzibatı tənbeh qərarının ona verilməsi ilə bağlı köməklik göstərməyini xahiş etmişdir. 19 Mart tarixində isə Yasamal Rayon Polis idarəsinə inzibatı tənbeh haqqında qərarın verilməməsi ilə bağlı şikayət ünvanlamışdır şikayətdən 2 ay keçməsinə baxmayaraq inzibati tənbeh qərarının 29-cu polis şöbəsi tərəfındən verilməməsini bildirmişdir. Yasamal Rayon Polis İdarəsinin cavabında onun 15 yanvarda 100 azn cərimə olunduğunu bildirmişdir, inzibati tənbeh qərarının niyə verilməməsi ilə bağlı hər hansı cavab verməkdən imtina etmişdir. Vilayət Eyvazova ünvanladığı məktuba 27 martda Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sərdar Səfərov adından cavab məktubu gəlmişdir. Məktubda inzibati tənbeh haqqında qərarın sürətinin qoşmaya əlavə olunduğu qeyd olunsa da, məktub boş olmuşdur. 8 X13 İdarəsinə və Daxili İşlər Nazirliyi X14 Eyvazova inzibati tənbeh qərarının verilməməsi ilə bağlı yenidən müraciət ünvanlamışdır. 11 mayda Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sərdar Səfərov adından yenidən cavab məktubu gəlmişdir. Məktubda MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarın qoşmaya əlavə olunduğu qeyd olunsa da, zərf yenə də boş olmuşdur. 20 Sentyabr 2021-ci il Bakı İnzibati Məhkəməsi işə baxmışdır, məhkəmə qeyd etmişdir ki, iddiaçı X12 haqqında qərarın sürətinin verilməməsi hərəkətini mübahisələndirdiyindən, həmin qərar inzibati icraat çərçivəsində deyil inzibati xətalara dair işə baxılması üzrə qəbul olunduğundan. hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin qərarı verməkdən imtina edib, daha sonra bir neçə dəfə şikayət etdikdən sonra 22 yanvar poçtla ona göndərilmişdir. Yasamal Rayon Məhkəməsinə göndərdiyi şikayətə 22 fevral tarixində baxılmışdır və ona Bakı İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə olunub. Yenidən Bakı İnzibati Məhkəməsi sədrinə aprel ayinda müraciət etmişdir amma cavab verilməmişdir. Bakı inzibati Məhkəməsinə və Yasamal Rayon məhkəməsinə 4 avqust 2022-ci il işə baxılması üçün yenidən müraciət etmişdir. 7 fevral 2023-ci il Yasamal Rayon Polis idarəsi ona inzibati tənbeh haqqında qərarın sürətini göndərmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən X5 xx.xx.2021-ci il tarixdə 19:46 radələrində Yasamal rayonu ərazisində tibbi maska taxmadığına görə karantin qaydalarını pozmuş, buna görə də İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2021-ci il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2021-ci il tarixdə həqiqətən də maskadan düzgün istifadə etməməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Bundan əlavə protokolda göstərilib ki, xəta xx.xx.2021-ci il tarixdə günorta saat 12:00-18:00 radələrində törədilib. Lakin qərarda göstərilir ki, xəta 19:46 dəqiqədə törədilib. Saat 19:46-da həmin gün saat 12-18 radələrində törədilmiş inzibati xəta aşkarlana bilməz. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-981 /2023 saylı məktubu ilə Azərbaycan Respublikası Bakı şəhər Yasamal RPİ 29-cu Polis Şöbəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X5 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X11 protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, X11 protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində X11 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X11 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin X11 iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən X11 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən X11 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X11 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X11 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 211.2-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli X11 iş üzrə protokolu əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin X11 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-981/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-981/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver