Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9823/2025 22.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X12, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Yasamal rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. 22 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 14 sentyabr 2020-ci il tarixindən başlayaraq 13 aprel 2016-cı il təvəllüdlü X3 və 31 avqust 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1321/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə tutulmalı olan alimentin məbləğinin 130 manat, cəmi isə 260 manat məbləğində müəyyən edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay tutulmalı olan alimentin məbləği hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi isə 340 (üç yüz qırx) manat müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 2206/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 04 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün borclu Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (170 manat 250 manat = 0,68 misli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. X7 tərəfindən yuxarıda qeyd olunan icra vərəqələri icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqında protokolu tərtib edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X17 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 14 sentyabr 2020-ci il tarixindən başlayaraq 13 aprel 2016-cı il təvəllüdlü X3 və 31 avqust 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata 28 oktyabr 2020-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1321/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə tutulmalı olan alimentin məbləğinin 130 manat, cəmi isə 260 manat məbləğində müəyyən edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay tutulmalı olan alimentin məbləği hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi isə 340 (üç yüz qırx) manat müəyyən edilmişdir. İcra sənədi üzrə icraata 30 iyun 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 2206/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 04 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün borclu Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (170 manat 250 manat = 0,68 misli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə icraata 12 mart 2025-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icra vərəqələri üzrə icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədlərinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədləri barədə xəbərdardır. İndiyədək sözügedən icra sənədləri üzrə borcundan dəqiq məbləğini xatırlamasa da çoxsaylı ödənişlər etmişdir. Borcunu ödəyə bilməməsinə səbəb olaraq bildirmişdir ki, hazırda işsiz olduğundan ödənişlərdə müəyyən çətinliklər yaşayır. Qalıq borc üzrə ödəniş etməkdən boyun qaçırmır, ödəmək niyyətindədir. Borcundan hazırda hər ay 544 manat məbləğində ödəniş edəcəkdir. İcra məmurunun tələblərinin yerinə yetirilməməsində hər hansı qərəz yoxdur. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X13 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə qalıq borcu tam şəkildə tələb edir. Lakin sonuncu bundan sonra ayda 544 manat ödəyəcəyini bildirmiş və onlar razılaşmışlar. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 14 sentyabr 2020-ci il tarixindən başlayaraq 13 aprel 2016-cı il təvəllüdlü X3 və 31 avqust 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1321/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə tutulmalı olan alimentin məbləğinin 130 manat, cəmi isə 260 manat məbləğində müəyyən edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay tutulmalı olan alimentin məbləği hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi isə 340 (üç yüz qırx) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1321/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 2206/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 04 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün borclu Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində (170 manat 250 manat = 0,68 misli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, tələbkar X9 olan icra sənədi üzrə qalıq borcundan hər ay 544 manat məbləğində ödəniş edəcəyinə dair söz vermişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Şəxs icra sənədi üzrə borcunu hər ay 544 manat olmaqla ödəniş etməsinə etiraz etmədiklərini bildirmişdir. İş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra sənədləri icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tələbin könüllü icrası haqqında bildirişləri qəbul etmişdir. Şəxs qalıq borcu üzrə ödənişlər etmişdir. məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar X13 ilə qarşılıqlı razılığa gələrək qalıq borcu üzrə hər ay 544 manat məbləğində ödəniş edəcəyinə dair yazılı ərizə ilə təminat vermişdir. Bununla da, məhkəmə iclasında borclunun icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq boyun qaçırması müəyyən olunmamışdır. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2206/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1321/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-57/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X17 tərəfindən tərtib olunmuş 22 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-9823/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9823/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver