Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-9851/2025 24.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X2, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə "xxxx" MMC-nin qanuni təmsilçisi X1 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin qanuni təmsilçisi X1 şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatları haqqında arayışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1142, BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU, QAÇAQ NƏBİ, ev.5A, m.74-dür. Bu səbəbdən də inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Xətai rayonu ərazisidir və şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisi olmadığına, habelə şikayətçinin inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatəti məhkəməyə daxil olmadığına bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-9851/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-9851/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver