Məhkəmə qərarları › İş №3(004)-987/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-987/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-987/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X6 nümayəndəsi və vəkili X3 iştirakı ilə, 12 may 1956-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs MMC-nin rəhbəri X6 barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin rəhbəri X6 Azərbaycan Respublikasınin İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-446/14 saylı, 13.02.14-cü il tarixli icra sənədinə əsasən cavabdeh “xxxx” MTK-dan 106092 ABŞ dolları borcdan X5 heç bir ödəniş etməyib. Belə ki, icra sənədinə əsasən cavabdeh “xxxx” MTK-dan 90.000 ABŞ dolları məbləğində pul vəsaitindən faydalanmağa görə hesablanmış 16.092 ABŞ dolları 50 sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq alınıb X5 ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsinin icrasına 06 may 2014-cü il tarixli qərarla başlanılmış, qanuna müvafiq qaydada borclunun qeydiyyatda olduğu ünvana tələbin icrası ilə bağlı bildiriş göndərilmiş və icra sənədini icra etməsi üçün könüllü müddət verilmişdir. Buna baxmayaraq borclu icranı könüllü yerinə yetirməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə heç bir nəticə verməmişdir. Daha sonra icraat zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC 28.12.2004-cü il tarixdə 0104- P88-41819 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınan “xxxx” MTK-nın hüquqi varisidir və borclu Şəxs MMC-nin rəhbəri X8r. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclu Şəxs MMC-nin rəhbəri X6 dəfələrlə icra şöbəsinə dəvət edilsə də, lakin müxtəlif bəhanələrlə o, şöbəyə gəlməmişdir. X13 oğluna bununla əlaqədar bir çox xəbərdarlıq məktubları göndərilmiş, lakin o, heç bir üzrlü səbəb göstərmədən tələbi icra etməmişdir. Lakin görülmüş icra tədbirləri heç bir müsbət nəticə verməmiş, X10 icra sənədinin icrasından qəsdən yayınmışdır. Göstərilənlərə əsasən borclu Şəxs MMC-nin rəhbəri X13 oğlu Azərbaycan Respublikasınin İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 oğlu bildirmişdir ki, borclu Şəxs MMC-nin rəhbəri X6 dəfələrlə icra şöbəsinə dəvət edilsə də, müxtəlif bəhanələrlə o, şöbəyə gəlməmiş, ona bir çox xəbərdarlıq məktubları göndərilmiş, lakin o, heç bir üzrlü səbəb göstərmədən tələbi icra etməmişdir. Verilmiş sorğular nəticəsində adına əmlaklar müəyyən edilməsinə baxmayaraq icrası mümküz olduğundan icra tədbirləri heç bir müsbət nəticə verməmiş, X10 icra sənədinin icrasından qəsdən yayınmışdır.İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin rəhbəri X6 barəsində müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru S.Allahverdiyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi uzun müddətdir ki, icraatdadır. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra da icra sənədinin icrası üzrə heç bir real hərəkət edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X6 nümayəndəsi və vəkili X7 bildirmişdir ki, onda olan məlumata görə hüquqlarını müdafiə etdiyi şəxs Arzuman Əsədovun tələbin onun adına yönəldilməsindən xəbəri olmamışdır. MTK-nın balansında əmlaklar olduğundan tələbin əmlaklara yönəldilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X6 Azərbaycan Respublikasınin İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2014 saylı, 13 fevral 2014-cü il tarixli icra sənədinə əsasən, cavabdeh «xxxx » MTK-dan 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitindən faydalanmağa görə hesablanmış 16.092 (on altı min doxsan iki) ABŞ dolları 50 (əlli) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq alınıb X5 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 15 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubunun surətindən məlum olur ki, Şəxs MMC 28.12.2004-cü il tarixdə 0104-P88- 41819 saylı şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınan “xxxx” MTK-nın hüquqi varisidir. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin «xxxx » MTK-ya ünvanladığı tələbin könüllü icrası haqqında 6 may 2014-cü il tarixli bildirişin surətindən, eyni zamanda həmin MMC-yə ünvanlanmış bildiriş və xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 446/2014 saylı, 13 fevral 2014-cü il tarixli icra sənədinin könüllü icra edilməsi üçün «xxxx » MTK-ya, Şəxs MMC-nin rəhbəri X9 qanuni qüvvəyə minmiş məhkəmə qərarınin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Şəxs MMC-nin rəhbəri X8r. Beləliklə inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-446/2014 saylı, 13 fevral 2014-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs MMC-dən 90.000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitindən faydalanmağa görə hesablanmış 16.092 (on altı min doxsan iki) ABŞ dolları 50 (əlli) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq alınıb X5 xeyrinə ödənilməlidir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarınin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X6 rəhbərlik etdiyi MMC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməməsi, həmçinin bu günədək heç bir icra hərəkəti etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarınin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasınin 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasınin bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktınin icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasınin zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışınin tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarınin icrasına möhlət verilməsi, icranin dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarınin hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanin məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanin 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranin tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasınin gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanin 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanin 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs MMC-nin rəhbəri X13 oğlunun təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs MMC-nin rəhbəri X10 tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanin 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasınin 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasınin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanin törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasınin Silahlı Qüvvələrində və Azərbaycan Respublikasınin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasınin İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin rəhbəri X10 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasınin İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanin olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanin (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarınin məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin rəhbəri X6 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasınin İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs MMC-nin rəhbəri X10 törətdiyi inzibati xətanin hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınin İXM-nin 40, 43, 48¬51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X10 Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar