Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-990/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, “X4 "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4 "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X4 "xxxx" ASC-də xx.xx.2024-cü il tarixdə RT yoxlama zamanı müəyyən olunmuşdur ki, İŞM ilə iş zamanı radiasiya təhlükəsizliyi təmin edilmir (xüsusi icazə yoxdu) və bununla Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanının 3-cü bəndinin tələbi yoxdur. Nəticədə “X4 "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Göstərilənləri nəzərə alaraq “X4 "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4 "xxxx" ASC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək “X4 "xxxx" ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X4 "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 09 fevral 2024-cü il tarixli P-24/020 nömrəli aktından görünür ki,
144. İonlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə yoxdur. AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanı, bənd 3.
145. Müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. AR NK “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 1341 nömrəli Qərar, bənd 3.
146. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin təyin edilməsi barədə əmr yoxdu. AR Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X10 72/87, bənd 3.7.
147. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxs və radiasiya təhlükəsizliyi xidmətinin heyət üzvləri xüsusi hazırlığa malik deyillər. AR Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X10 72/87, bənd 13.5.
148. Cavabdeh şəxsin vəzifə borclarını əks etdirən sənəd təqdim edilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X10 72/87, bənd 13.4
149. Radiasiya təhlükəsizliyi üzrə təlimat təqdim edilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X10 72/87, bənd 3.8
157. Radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilməyib. AR NK xx.xx.1997-c1 il tarixli, 76 nömrəli Qərarı, bənd 3.
160. İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmayıb. AR NK “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəli Qərar, bənd 4.
168. İonlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər dövri tibbi müayinədən keçməyiblər. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanunu, maddə 14. X10 72/87, bənd 3.14.
171. “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” təqdim edilməyib. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunu, maddə 11.
172. Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi üçün təyin edilmiş radiasiya nəzarəti cihazları yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 11
218. Qapalı mənbələrin hermetikliyinin yoxlanılması (sızma testi) təsdiq edilmiş dövriliklə həyata keçirilmir. AR “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30.1'2.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunu, maddə 14. X10 72/87, bənd 5.1. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X4 "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X4 "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X4 "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 268.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
“X4 "xxxx" ASC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 12000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov