Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-991/2023 17.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 16-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində “Renault Megane minik” markalı, **- TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olan zaman yol hərəkəti qayralarını kobud şəkildə pozduğu üçün YPX əməkdaşları tərəfindən saxla əmri verilmişdir. O, polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, hərəkəti davam etdirmiş, bu zaman əhalinin dincliyini kobud şəkildə pozaraq, piyada keçidlərində təhlükəli vəziyyət yaradaraq, işıqforun qırmızı işığından dəfələrlə keçərək, dəfələrlə təhlükəli vəziyyət yaradaraq, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Daha sonra sürücü saxlanılmış və o, yoxlanılarkən məlum oldu ki, sürücülük hüququ olmamışdır, avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir, həmçinin avtomobil özünün deyildir və etibarnaməsi olmadan idarə etmişdir. Bununla da o, İXM-in 334.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri BPİ DYPİ-nin inspektoru X2 tərəfindən İXM-in 334.1 və 511.1.3-cü maddələri üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində “Renault Megane minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq və cəmiyyətə açıq-aşkar hörmətsizlik edərək yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozmuşdur, dəfələrlə işıqforun qırımızı işığından keçmişdir, dəfələrlə manevrlər edərək təhlükəli vəziyyət yaratmaqla avtoxuliqanlıq etmişdir, həmçinin bu zaman süni tıxac yaratmışdır. O, bildirdi ki, nəqliyyat vasitəsi ona məxsus deyildir, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etmişdir. Sonradan onlar onu saxladılar və həkim müayinəsindən keçirtdilər. O, narkotik maddə istifadə etdiyinə görə analizində narkotik maddə aşkar olundu. Gələcəkdə bu cür hərəkətlərə yol verməyəcəkdir, əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri BPİ DYPİ-nin inspektoru X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində “Renault Megane minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olan zaman yol hərəkəti qayralarını kobud şəkildə pozduğu üçün YPX əməkdaşları tərəfindən saxla əmri verilmişdir. O, polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, hərəkəti davam etdirmiş, bu zaman əhalinin dincliyini kobud şəkildə pozaraq, piyada keçidlərində təhlükəli vəziyyət yaradaraq, işıqforun qırmızı işığından dəfələrlə keçərək, dəfələrlə təhlükəli vəziyyət yaradaraq, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına səbəb olan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Daha sonra sürücü saxlanılmış və o, yoxlanılarkən məlum oldu ki, sürücülük hüququ olmamışdır, avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir, həmçinin avtomobil özünün deyildir və etibarnaməsi olmadan idarə etmişdir. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində “Renault Megane minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Şərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 636 saylı AKTa əsasən Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən edilmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə cərimə və ya inizbati həbs nəzərdə tutulmuşdur. İXM-in 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 334.1 və 511.1.3cü maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 15:00 dəqiqədən hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsin həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-991/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-991/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver