Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-993/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18.02.2022-ci il tarixdə saat təxminən 10:50 radələrində Yasamal rayonu, “Mətbuat” prospektində “Toyota Prius (HİBRİD)” minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman svetoforun qırmızı işığında yolu keçdiyi üçün DYP əməkdaşı tərəfindən mayaq miqalkadan istifadə etməklə sürücüyə saxla əmri verilmişdir. Sürücü Şəxs inspektora qayda pozuntusunu izah etməyə imkan verməyərək “siz məni şərləyirsiz, siz bizi bezdirmisiz, sizin əlinizdən yaşamaq olmur” bildirmişdir. “Hamınız şər polislərsiz” deyərək öz mobil telefonu ilə polisləri çəkməyə başlamış və kənardakı insanları özünə cəlb etmək üçün qışqıra-qışqıra “şər polislərsiz, hamımızı bezdirmisiz” deyə ifadələr işlədirdi. DYP əməkdaşları ondan sənəd təqdim edilməsini xahiş etdilər, lakin sənədlərin olmaması aşkar olunduğu üçün avtomobili cərimə meydançasına aparacaqlarını bildirdilər. Sürücü heç yerə getməyəcəyini, sənədləri gətirənə qədər onların gözləməyə məcbur olduqlarını bildirmişdir. Sürücünün tabe olmadığını gördükdə, polis əməkdaşı PPX naryadını dəvət etdilər və onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirdilər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi tərəfindən 18.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 18.02.2022-ci il tarixdə saat təxminən 10:50 radələrində Yasamal rayonu, “Mətbuat” prospektində “Toyota Prius (HİBRİD)” minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman svetoforun qırmızı işığını bilmədən keçdi. Bu zaman YPX inspektoru Əbülfəz Bağırov onu saxladı və tərəfindən törətdiyi xətanı ona izah etdi. O, törətdiyi xətanın videogörüntüsünü istədi, inspektor ona bildirdi ki, yazdığı protokoldan narazı olsa məhkəməyə müraciət edər və video-görüntünü o, məhkəməyə göndərəcək. Bundan sonra aralarında söz mübahisəsi yarandı. Bundan sonra avtomobildə olan video kameranı göstərdi. O, da onu telefon vasitəsi ilə videoya çəkməyə başladı və avtomobildəki sərnişinlərdə inspektora etiraz etdilər ki, onlar svetoforun qırmızı işığında yolu keçməyiblər. İnspektor post patrulu çağırdı və onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirdilər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BŞDYPİ-nin YPX Alayının inspektoru X2 bildirdi ki, Şəxs 18.02.2022-ci il tarixdə saat təxminən 10:50 radələrində Yasamal rayonu, “Mətbuat” prospektində “Toyota Prius (HİBRİD)” minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman svetoforun qırmızı işığında yolu keçdiyi üçün DYP əməkdaşı tərəfindən mayaq miqalkadan istifadə etməklə sürücüyə saxla əmri verilmişdir. Sürücü Şəxs inspektora qayda pozuntusunu izah etməyə imkan verməyərək “siz məni şərləyirsiz, siz bizi bezdirmisiz, sizin əlinizdən yaşamaq olmur” bildirmişdir. “Hamınız şər polislərsiz” deyərək öz mobil telefonu ilə polisləri çəkməyə başlamış və kənardakı insanları özünə cəlb etmək üçün qışqıra-qışqıra “şər polislərsiz, hamımızı bezdirmisiz” deyə ifadələr işlədirdi. DYP əməkdaşları ondan sənəd təqdim edilməsini xahiş etdilər, lakin sənədlərin olmaması aşkar olunduğu üçün avtomobili cərimə meydançasına aparacaqlarını bildirdilər. Sürücü heç yerə getməyəcəyini, sənədləri gətirənə qədər onların gözləməyə məcbur olduqlarını bildirmişdir. Sürücünün tabe olmadığını gördükdə, polis əməkdaşı PPX naryadını dəvət etdilər və onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirdilər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin sahə inspektoru R.Ağazadə məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 18.02.2022-ci il tarixdə saat təxminən 10:50 radələrində Yasamal rayonu, “Mətbuat” prospektində “Toyota Prius (HİBRİD)” minik markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olduğu zaman svetoforun qırmızı işığında yolu keçdiyi üçün DYP əməkdaşı tərəfindən mayaq miqalkadan istifadə etməklə sürücüyə saxla əmri verilmişdir. Sürücü Şəxs inspektora qayda pozuntusunu izah etməyə imkan verməyərək “siz məni şərləyirsiz, siz bizi bezdirmisiz, sizin əlinizdən yaşamaq olmur” bildirmişdir. “Hamınız şər polislərsiz” deyərək öz mobil telefonu ilə bizi çəkməyə başladı və kənardakı insanları özünə cəlb etmək üçün qışqıra-qışqıra “şər polislərsiz, hamımızı bezdirmisiz” deyə ifadələr işlədirdi. DYP əməkdaşları ondan sənəd təqdim edilməsini xahiş etdilər, lakin sənədlərin olmaması aşkar olunduğu üçün avtomobili cərimə meydançasına aparacaqlarını bildirdilər. Sürücü heç yerə getməyəcəyini, sənədləri gətirənə qədər onların gözləməyə məcbur olduqlarını bildirdi. Sürücünün tabe olmadığını gördükdə, polis əməkdaşı PPX naryadını dəvət etdilər və onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirdilər. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan BŞDYPİ-nin YPX Alayının inspektoru Əbəlfəz Bağırov və ƏÇPA-nın 6-cı patrul bölüyünün polis nəfərləri Ramin Məmmədov və Səbuhi Feyzullayev tərəfindən tərtib edilmiş 18.02.2022-ci il tarixli Raportla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, Şəxs DPY əməkdaşı ilə mübahisə edir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün (səkkiz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 18.02.2022-ci il tarixindən, saat 11:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-993/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-993/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver