Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-995/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 “xxxx”” ASCnin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “X2 “xxxx”” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 “xxxx”” ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X2 “xxxx”” ASC mülkiyyətində (istifadəsində) olan “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da “X2 “xxxx”” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 “xxxx”” ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyət mülkiyyətində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların onların öz adına rəsmiləşdirilməsi, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərin ötürülməməsini təmin etmək məqsədilə “portal.com.az” saytı ilə əməkdaşlıq edir. Belə ki, Yasamal RPİ-nin DYPŞ-nin sorğusu şirkətin ünvanına göndərilməzdən əvvəl həmin sayt vasitəsilə sürücü tərəfindən törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan xəta barədə məlumat şirkətin şəxsi hesabına göndərilir və dərhal həmin xəta müvafiq sürücünün adına rəsmiləşdirilir. Cəmiyyət barəsində hazırda İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 23 fevral 2021-ci il tarixdə saat 11:54-də İXM-nin 346.1-ci maddəsilə törədilmiş inzibati xəta ilə bağlı olmuşdur. Həmin sorğu 23 aprel 2021-ci il tarixdə Cəmiyyətə rəsmi qaydada təqdim edilmiş və bu fakt Cəmiyyətin dəftərxanasının daxil olma ştampı, qeydiyyat nömrəsi və tarixi ilə təsdiq olunur. Sorğuya qanunla müəyyən edilmiş 5 gün müddət ərzində, yəni 26 aprel 2021-ci il tarixdə cavab verilmiş və eyni tarixdə “Elexexpress” sürətli poçt xidməti vasitəsilə Yasamal RPİ-nin DYPŞ-nə rəsmi qaydada təqdim edilmişdir ki, bu fakt da poçt göndərişinə dair qaimə vərəqəsi ilə təsdiq olunur. X4 qeyd etmişdir ki, DYPŞ-nin sorğusu xətanın törədilməsindən iki ay sonra Cəmiyyətin hüquqi ünvanına daxil olmasına baxmayaraq, artıq xətanın törədilməsindən dərhal sonra “portal.com.az” saytı vasitəsilə Cəmiyyətə elektron qaydada xəta barədə məlumat daxil olduğundan, 3 gün sonra, yəni 26 fevral 2021-ci il tarixdə xətanı törətmiş sürücü X5 adına rəsmiləşdirilərək, onun barəsində İXM-nin 346.1-ci maddəsi ilə EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərar əsasında sürücü X6 təyin edilmiş 20 manat cərimə məbləği də artıq ödənilmişdir. Göründüyü kimi, törədilməsindən iki ay müddət keçdikdən sonra artıq cəriməsi belə ödənilmiş xəta ilə bağlı Yasamal RPİ-nin DYPŞ-si tərəfindən sürücü barədə məlumatların təqdim edilməsinə dair sorğunun Cəmiyyətə verilməsi lüzumsuz və əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq Yasamal RPİ-nin DYPŞnin 23 aprel 2021-ci il tarixli sorğusuna 26 aprel 2021-ci il tarixdə Cəmiyyət tərəfindən cavab verilmişdir. X4 göstərilənlərə əsasən Cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2 “xxxx”” ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “X2 “xxxx”” ASC-yə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 23.02.2021-ci il tarixdə saat 11:54-də Abdulvahab Salamzadə küçəsi 7 ünvanında Cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS670300887AZ” ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 02 aprel 2021-ci il tarixdə “Məmmədov” soyadlı naməlum şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Yasamal RPİ-nin DYPŞ-nin sorğusu ilə poçt göndərişinin verilməsi haqqında xəbərnamə məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edilmişdir ki, sorğunun məzmununda “X2 “xxxx”” ASC-nin hüquqi ünvanı Yasamal rayonu 529-cu məhəllə kimi göstərilməsinə baxmayaraq xəbərnamədəki qeydə görə isə həmin sorğu Yasamal rayonu Qurban Xəlilov küçəsi 8 ünvanına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, “X2 “xxxx”” ASC-nin hüquqi ünvanı ünvan 4lanmış sorğuya daxil olmuş 04 may 2021-ci il tarixli 103-2-11-1-1396 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “X2 “xxxx”” ASC-yə ünvanlanmış “SS670300887AZ” ştrix kodlu sifarişli məktub 30.03.2021-ci il tarixdə 122 saylı poçt şöbəsinə qəbul olunmuş, 01.04.2021-ci il tarixdə xidmət ərazisi üzrə 6 saylı PŞ-yə daxil olmuş və 23.04.2021-ci il tarixdə müvafiq sənədə imza etdirilməklə “X2 “xxxx”” ASC-nin əməkdaşı N.Əhmədova təhvil verilmişdir. “X2 “xxxx”” ASC-nin etibarnamə üzrə nümayəndəsi Kənan İsmayılov tərəfindən məhkəməyə təqdim edilmiş sorğu ilə DYPŞ-nin protokola əlavə etdiyi sorğu müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, sorğuların məzmunu eynilik təşkil edir. Kənan İsmayılov tərəfindən məhkəməyə təqdim edilmiş sorğunun və zərfin üzərindəki daxil olma ştamplarından da müəyyən edilir ki, DYPŞ-nin müvafiq sorğusu Cəmiyyətə 23 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Beləliklə iş materialları və “xxxx” MMC-nin məktubu məhkəmə tərəfindən tədqiq edilərək müəyyən edilmişdir ki, DYPŞ-nin müvafiq sorğusu Cəmiyyətə 23 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən təqdim edilmiş xəbərnamənin üzərindəki qeydlər iş materialları ilə ziddiyyət təşkil etdiyindən sübut olaraq qəbul edilə bilməz. Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi Kənan İsmayılov tərəfindən məhkəməyə təqdim edilmiş 28 aprel 2021-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən həmçinin müəyyən edildi ki: -“X2 “xxxx”” ASC-nin baş direktoru Yasamal RPİ-nin DYPŞ-nin 23 aprel 2021-ci il tarixdə daxil olmuş sorğusuna əsasən, həmin tarixdə şöbəyə 276/21 nömrəli cavab məktubu ünvanlayaraq 23 fevral 2021-ci il tarixdə saat 11:54-də inzibati xəta törətmiş “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün X8 olması, o cümlədən sürücülük vəsiqəsinin rekvizitləri barədə məlumat vermişdir. - “Elexexpress” sürətli poçt xidmətinin 014493 nömrəli qaiməsinə əsasən “X2 “xxxx”” ASC-nin baş direktorunun 23 aprel 2021-ci il tarixli cavab məktubu 26 aprel 2021-ci il tarixdə saat 11:48-də Yasamal RPİ-nin DYPŞ-nə çatdırılmışdır. - “portal.com.az” saytının “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin elektron kabinetdə olan məlumatlarına dair çıxarışdan görünür ki, 23.02.2021-ci il tarixdə saat 11:54-də Abdulvahab Salamzadə küçəsi 7 ünvanında İXM-nin 346.1-ci maddəsilə törədilmiş inzibati xətaya görə X8 barəsində 20 manat cərimə olunmasına dair 23 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. - “asanpay.az” saytının çıxarışından məüyyən edilir ki, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə artıq ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X2 “xxxx”” ASC-nin mülkiyyətində (istifadəsində) olan “Kia Cerato” (minik) markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu 23 aprel 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, səlahiyyətli orqanın sorğusuna cavab məktubu Cəmiyyət tərəfindən 23 aprel 2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə çatdırılması üçün “Elexexpress” sürətli poçt xidmətinə təqdim edilmiş və məktub 26 aprel 2021-ci il tarixdə ünvanı üzrə çatdırılmışdır. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, “X2 “xxxx”” ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən ““X2 “xxxx”” ASC barəsində həmin xətaya görə protokol 13 aprel 2021-ci il tarixdə tərtib edilmişdir ki, sorğunun Cəmiyyətə 23 aprel 2021-ci il tarixdə çatdırılması nəzərə alınsa qeyd olunan tarixdə ümumiyyətlə hüquqi şəxsin əməlində İXM-nin 347-ci maddəsinin tərkibinin yaranması mümkün deyildir. Bundan başqa, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurum xətanı törətmiş nəqliyyat vasitəsinin sürücü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə və bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində mövcud olduqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs barədə məsuliyyət nəzərdə tutulmamışdır. Hazırki işin faktiki hallarından müəyyən edilmişdir ki, sorğunun verilməsinə əsas olmuş xəta 23 fevral 2021-ci il tarixdə törədilmiş, həmin tarixdən 3 gün sonra, yəni 26 fevral 2021-ci il tarixdə sürücü X8 barəsində 20 manat cərimə olunmasına dair qəbul edilmiş 23 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin elektron informasiya sisteminə daxil edildikdən sonra cərimə məbləği ödənilmişdir. Yasamal RPİ-nin DYPŞ-si tərəfindən məhkəməyə təqdim edilmiş “SS670300887AZ” ştrix kodlu xəbərnamənin üzərindəki 02 aprel 2021-ci və 30 mart 2021-ci il tarixli poçt ştampları isə ehtimal etməyə kifayət qədər əsas verir ki, DYPŞ-nin müvafiq sorğusu xətanın törədilməsindən dərhal sonra deyil, 30 mart 2021-ci il tarixdə poçt məntəqəsinə təqdim edilmişdir. Göründüyü kimi, xətadan 3 gün sonra sürücü barəsində məlumatın sistemə yerləşdirilərək qərar qəbul edilməsindən sonra, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu verilməsi lüzumsuz olmuşdur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş “X2 “xxxx” ASC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, “X2 “xxxx”” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 “xxxx”” ASC barəsində Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-995/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-995/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver