Məhkəmə qərarları › İş №3(004)-9950/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-9950/2025

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9950/2025 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Prokurorluğu Füzuli Rayon Prokurorluğunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 23 dekabr 2025-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs QSC - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi direktoru X2 Şəxs QSC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid2 2025-ci ilin avqust ayının əvvəllərindən həmin ilin oktyabr ayının 5-nə kimi, Şahid1 2025-ci ilin sentyabr ayının sonundan həmin ilin oktyabr ayının 5-nə kimi işğaldan azad edilmiş Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “Hadrut ilk yaşayış məhəlləsi”ndə təmir-tikinti işlərinin aparılmasında müvafiq olaraq suvaqçı və fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) – ünvan 1 ünvanında qeydiyyatda olan) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğu Füzuli Rayon Prokurorluğunun nümayəndəsi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəxs QSC tərəfindən Şahid2 və Şahid1 ilə yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Göstərilənlərə əsasən Şəxs QSC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Vəkil bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi iləəmək müqaviləsi bağlamadan işçi cəlb edilməsi iddiası əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. İttiham tərəfinin mövqeyi əsasən iki fiziki şəxsin ilkin izahatlarında “RAMCO-da suvaqçı işlədiklərini" bildirmələrinə RAMCO QSC-nın əsas fəaliyyət sahəsinin tikinti olması arqumentinə söykənmişdir. Lakin məhkəmə baxışı zamanı iş üzrə bütün faktiki və hüquqi hallar tam şəkildə araşdırıldıqdan sonra bu ittihamın hüquqi əsaslarının mövcud olmadığı aydın şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Konstitusiyanın 35-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında birmənalı hüquqi mövqe ortaya qoymuşdur. Həmin qərara əsasən: - Əmək münasibətlərinin mövcudluğu yalnız işin hansı sahədə görülməsi ilə deyil, münasibətin faktiki və hüquqi məzmunu ilə müəyyən edilir; - Hüquqi şəxs öz əsas fəaliyyət sahəsinə aid işləri də mülkihüquqi müqavilə əsasında gördürə bilər; - Mülki-hüquqi müqavilənin mövcudluğu özlüyündə əmək münasibətinin pərdələnməsi kimi qiymətləndirilə bilməz; - “Pərdələnmə” yalnız o halda qəbul edilə bilər ki, faktiki münasibətlər əmək münasibətinin klassik əlamətlərini tam şəkildə əks etdirsin. Konstitusiya Məhkəməsi açıq şəkildə vurğulamışdır ki, əmək münasibətinin tanınması üçün işəgötürənin aşağıdakı funksiyaları faktiki olaraq həyata keçirdiyi sübuta yetirilməlidir: işə cəlbetmə, iş prosesinin idarə edilməsi və nəzarəti, iş rejiminin müəyyən edilməsi, əmək haqqının ödənilməsi və intizam hakimiyyəti. Bu meyarlar mövcud olmadan, yalnız fəaliyyət sahəsinə və ya formal ifadələrə əsaslanaraq əmək münasibətinin tanınması Konstitusiyanın 35-ci maddəsi ilə təmin olunan əmək azadlığı prinsipinin kobud pozuntusu hesab olunur. Hazırkı işdə Konstitusiya Məhkəməsinin müəyyən etdiyi yuxarıdakı meyarların heç biri Şəxs QSC üzrə mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 Cənpolad oğlu və X7 birbaşa və ardıcıl ifadələrində təsdiq etmişlər ki: - onları işə Şəxs QSC deyil, fərdi sahibkar Əsgərov Abış dəvət etmişdir; - işin təşkili, tapşırıqların verilməsi və iş rejiminin müəyyən edilməsi Abış tərəfindən həyata keçirilmişdir; - əmək haqqı və ya ödənişlər Şəxs QSC tərəfindən deyil, Abış tərəfindən verilmişdir; - Şəxs QSC ilə heç bir əmək müqaviləsi və tabelilik münasibəti mövcud olmamışdır. Bu faktlar Konstitusiya Məhkəməsinin müəyyən etdiyi “faktiki işəgötürən” anlayışının Şəxs QSC-nə deyil, məhz Əsgərov Abışa aid olduğunu qəti şəkildə göstərir. İttiham tərəfinin Şəxs QSC-nin əsas fəaliyyəti tikintidir, görülən iş də tikintidir” arqumenti Konstitusiya Məhkəməsinin mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi açıq şəkildə bəyan etmişdir ki, hüquqi şəxsin əsas fəaliyyət sahəsi əmək münasibətinin avtomatik yaranmasına səbəb ola bilməz. Əks yanaşma subpodrat, xidmət və mülki müqavilə institutlarını hüquqi cəhətdən mümkünsüz hala gətirərdi. Bu baxımdan, ittiham tərəfinin mövqeyi hüquqi deyil, sadəcə ehtimala əsaslanan və Konstitusiya Məhkəməsinin presedentinə zidd olan yanaşmadır. İş materiallarında mövcud olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda hadisə istehsalat prosesi və əmək fəaliyyəti ilə əlaqələndirilməmiş, Şəxs QSC-nin hər hansı idarəetmə və ya tapşırıq fəaliyyəti müəyyən edilməmişdir. Bu halda eyni faktların inzibati icraatda əmək münasibəti kimi təqdimedilməsi hüquqi ardıcıllıq və hüquqi müəyyənlik prinsiplərinin pozulmasıdır. Beləliklə, Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyi, məhkəmədə dindirilmiş şahidlərin ardıcıl və bir-birini təsdiq edən ifadələri və iş üzrə bütün sübutların məcmusu göstərir ki: - Şəxs QSC faktiki işəgötürən olmamışdır; - əmək münasibəti mövcud olmamışdır; - İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi formalaşmamışdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi məhkəmələr üçün məcburidir. Bu mövqedən kənara çıxmaq Konstitusiyanın 130-cu maddəsinə ziddir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X7 ona suvaqçı lazım olduğunu bildirmişdir. Bununla bağlı Şəxs şirkətinə məxsus işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən düşərgəyə getmişlər, lakin müəyyən səbəblərdən həmin iş təklifini qəbul etməmişdir. Həmin günü orada, yəni düşərgədə gecələmək qərarına gəlmişdir. Həmin düşərgədə Əli Nəbiyev adlı işçi olmuşdur. O, Əli Nəbiyevi əvvəllər tanımamış, aralarında hər hansısa qərəzli münasibət olmamışdır. Həmin gün axşam saatlarında sonuncu ilə aralarında əvvəl sözlü mübahisə formasında daha sonra isə əlbəyaxa münaqişə yaşamışlar. Belə ki, Əli Nəbiyev yumruqla sağ göz nahiyəsinə zərbə endirmiş, o otaqdan çıxmış, arxasınca gələn Ə.Nəbiyev yerdən götürdüyü taxta parçası ilə onun sol ayaq pəncə və baş nahiyələrinə zərbə vurmuş, yaxınlıqda olan Ayxan adlı şəxs gələrək Əlini ondan uzaqlaşdırmışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs QSC-nin işcisi olmamışdır. Həmin əraziyə də işçi olaraq deyil, X7 tərəfindən edilmiş iş təklifini nəzərdən keçirmək və iş yerinə baxış keçirmək məqsədilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağstafa rayonu sakinidir. X7 ona Şəxs adlı şirkətdə suvaqçı lazım olduğunu bildirmişdir. Bununla bağlı Şəxs şirkətinə məxsus işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən düşərgəyə getmişlər, lakin müəyyən səbəblərdən həmin iş təklifini qəbul etməmişdir. Həmin gün, düşərgədə olan otağından çıxıb həyətdəki ayaqyoluna gedərkən yaxınlıqda mübahisə səsləri eşitmiş, yaxınlaşdıqda Ə.Nəbiyev və Şahid2 bir-birinin yaxasından tutaraq mübahisə etdiklərini, Ə.Nəbiyevin yerdən götürdüyü taxta parçası ilə Şahid2 müxtəlif bədən nahiyələrinə zərbələr endirdiyini görmüş, sonunculara yaxınlaşaraq etdikləri hərəkətin düz olmadığını, dalaşmalarını saxlamalarını istəmiş, daha sonra Ə.Nəbiyevi Şahid2 uzaqlaşdırmışdır. Əlavə olaraq bildirmişdir ki, Şəxs QSC-nin işcisi olmamışdır. Həmin əraziyə də işçi olaraq deyil, X7 tərəfindən edilmiş iş təklifini nəzərdən keçirmək və iş yerinə baxış keçirmək məqsədilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Şəxs QSC ilə aralarında xidmət müqaviləsi bağlanmışdır. İşin icrası məqsədilə tanışları Şahid1 və Şahid2 iş təklifi etmişdir. Onlar sözügedən işlə bağlı həmin şirkətə məxsus işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən düşərgəyə getmişlər, lakin müəyyən səbəblərdən etdiyi iş təklifini qəbul etməmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 dekabr 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X2 (FİN: 234B8VA) Şəxs QSC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid2 2025-ci ilin avqust ayının əvvəllərindən həmin ilin oktyabr ayının 5-nə kimi, Şahid1 2025-ci ilin sentyabr ayının sonundan həmin ilin oktyabr ayının 5-nə kimi işğaldan azad edilmiş Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “Hadrut ilk yaşayış məhəlləsi”ndə təmir-tikinti işlərinin aparılmasında müvafiq olaraq suvaqçı və fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, vəzifəli şəxs X2 (FİN: 234B8VA) Şəxs QSCnin (VÖEN: **********) direktoru olmaqla həmin QSC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan şəxs kimi Şəxs QSC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər Şahid2 2025-ci ilin avqust ayının əvvəllərindən həmin ilin oktyabr ayının 5-nə kimi, Şahid1 2025-ci ilin sentyabr ayının sonundan həmin ilin oktyabr ayının 5-nə kimi işğaldan azad edilmiş Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “Hadrut ilk yaşayış məhəlləsi”ndə təmir-tikinti işlərinin aparılmasında müvafiq olaraq suvaqçı və fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Şəxs QSC-nin Füzuli rayonu ərazisində baş vermiş dava zamanı təhqiqatçı tərəfindən əmələ hüquqi qiymət verilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin və onun direktoru X1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməli, hüquqi şəxs Şəxs QSC və vəzifəli şəxs X1 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatlar başlanması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroruna təqdim edilməli, Şahid2 Şəxs QSC-də işləməyə başladığı vaxt 2025-ci ilin avqust ayının əvvəlləri, Şahid1 Şəxs QSC-də işləməyə başladığı vaxt isə 2025-ci ilin sentyabr ayının sonları kimi nəzərə alınmalı, xx.xx.2025-ci il tarixdə Şəxs QSC-nin Füzuli rayonu ərazisində baş vermiş dava zamanı təhqiqatçı tərəfindən əmələ hüquqi qiymət verilməsi nəzərə alınmışdır. Şahid2 tərəfindən Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Rayon Prokurorluğununda verilmiş izahatdan görünür ki, Ağstafa rayonu, Qırlı kənd sakinidir. 2025-ci ilin avqust ayının əvvəllərindən hazıradək Şəxs şirkətində suvaqçı işləyir və həmin şirkətə məxsus işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən düşərgədə yaşayır. O, Əli Nəbiyevi əvvəllər tanımamış, aralarında hər hansısa qərəzli münasibət olmamışdır. Əli Nəbiyevi xx.xx.2025-ci il tarixdə tanımış, belə ki doğulduğu rayondan olan bir şəxs Əli Nəbiyevə onun barəsində demişdir ki, ona işə düzəlməkdə köməklik edə bilər. O, xx.xx.2025-ci il tarixdə Füzuli şəhəri ərazisində spirtli içki qəbul etmiş, düşərgəyə saat 19 radələrində qayıtmış, görmüşdür ki, Əli Nəbiyev onun otağındadır. Ə.Nəbiyev sərxoş halda ona demişdir ki, onu başqa şəxslərdən qoruya bilər, o isə cavabında heç kimlə qərəzli münasibətinin olmadığını, qorunmağa ehtiyacının olmadığını bildirmişdir. Lakin Ə.Nəbiyev sərxoş halda bənzər ifadələr işlətmişdir. O, Ə.Nəbiyevin bu halını görüb özündən uzaqlaşdırmağa çalışmış və demişdir ki, “sən bu xarakterlə burada işləyə bilməzsən, əşyalarını götür get, mən sənin işə düzəlməyin üçün kiməsə xahiş etmərəm”. Ə.Nəbiyev onun bu sözlərinə əsəbləşmiş, qəflətən yumruqla sağ göz nahiyəsinə zərbə endirmiş, o otaqdan çıxmış, arxasınca gələn Ə.Nəbiyev yerdən götürdüyü taxta parçası ilə onun sol ayaq pəncə və baş nahiyələrinə zərbə vurmuş, yaxınlıqda olan Ayxan adlı şəxs gələrək Əlini ondan uzaqlaşdırmışmışdır. Şahid1 tərəfindən Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Rayon Prokurorluğununda verilmiş izahatdan görünür ki, Ağstafa rayonu sakinidir. 2025-ci ilin sentyabr ayının sonlarından hazıradək Şəxs şirkətində fəhlə işləyir və həmin şirkətə məxsus işğaldan azad olunmuş Füzuli şəhərində yerləşən düşərgədə yaşayır. Əli Nəbiyev və Şahid2 Ağstafa rayon sakinləri kimi tanıyır. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində düşərgədə olan otağından çıxıb həyətdəki ayaqyoluna gedərkən yaxınlıqda mübahisə səsləri eşitmiş, yaxınlaşdıqda Ə.Nəbiyev və Şahid2 bir-birinin yaxasından tutaraq mübahisə etdiklərini, Ə.Nəbiyevin yerdən götürdüyü taxta parçası ilə Şahid2 müxtəlif bədən nahiyələrinə zərbələr endirdiyini görmüş, sonunculara yaxınlaşaraq etdikləri hərəkətin düz olmadığını, dalaşmalarını saxlamalarını istəmiş, daha sonra Ə.Nəbiyevi Şahid2 uzaqlaşdırmışdır. Şəxs MMC tərəfindən Şahid2 və Şahid1 Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Bu hal Şahid2 və Şahid1 Füzuli rayon prokurorluğunda verdiyi izahatları ilə təsdiq edilir. Bundan əlavə Şəxs QSC-nin nümayəndəsi Vəkil və X7 məhkəmə iclasında Şahid2 və Şahid1 Abış Əsgərovun işçilərinin olmasını bildirmələrinə münasibətdə məhkəmə hesab edir ki, belə olduğu halda hər iki şəxsin X7 ilə əmək müqaviləsi mövcud olmalı idi, lakin həmin şəxslər arasında belə əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində qeydə alınmamışdır. Bununla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən isə Şəxs MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahid2 və Şahid1 Şəxs QSC ilə aralarında əmək münasibətləri olmadığı, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs QSC tərəfindən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs QSC ilə Şahid2 və Şahid1 arasında Azərbaycan Respunlikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs QSC tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi sübuta yetirilir. Bununla da, Şəxs QSC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş və əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs QSC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs QSC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar