Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-9992/2025 08.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X7 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 "xxxx" ASC-nin əməkdaşı X6 şikayəti ilə bağlı X8 Xidməti tərəfindən cəmiyyətə xx.xx.2025-ci il tarixində sorğu daxil olmuş, cəmiyyətdən X11 ilə bağlı sənədlər tələb olunmuşdur. X3 "xxxx" ASC tərəfindən 863/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla həmin sorğuya cavab verilmiş, tələb olunan sənədlər X8 Xidmətinə təqdim olunmuşdur. Lakin X8 Xidməti tərəfindən X6 əməkhaqqının hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi əsas gətirilərək barəmdə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən xx.xx.2025ci il tarixli, MN1871660 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o 1500 AZN məbləğində cərimə edilmişdir. X3 "xxxx" ASC işçi sayına görə kifayət qədər geniş şirkətdir və onun 3000 nəfərdən çox işçisi vardır. "xxxx" ASC-də işçilərin əməkhaqları ayrı-ayrı deyil, toplu halda ödənilir. Ona görə də hansısa işçiyə ayrıca olaraq əməkhaqqının ödənilməsi ilə bağlı ödəniş tapşırığının verilməsi texniki olaraq mümkün deyildir. İşçiyə ödənilmiş əməkhaqqını onun hesabından çıxarışla müəyyən etmək mümkündür. Əməkhaqqının hesablanmasına gəldikdə isə X6 əməkhaqqı ilə bağlı arayış hazırlanmış və X8 Xidmətinə təqdim olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Belə ki, barəmdə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN1871660 nömrəli inzibati tənbeh vermə haqqında qərar ədalətli deyildir. Bütün tələb olunan sənədlər təqdim edilmiş, bir sənədin təqdim edilməməsinə dair isə şübhələr yaranmışdır. X2 əməkhaqqı ilə bağlı arayış X8 Xidmətinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X6 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X3 Evrascon” ASC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-96104/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə qeyd olunan sənədlərin (əmək haqlarının hesablanması cədvəlləri) 7 (yeddi) iş günü müddətinə DƏMX BŞİ-yə təqdim edilməsi tələb olunmuşdur. Buna baxmayaraq tələb olunan sənədlər tam təqdim edilməmişdir. X10 İsmayıl-Əfəndiyeviç tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xətanı törətdiyinə görə X12-Əfəndiyeviç barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vətəndaş X6 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X3 Evrascon” ASC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-96104/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə qeyd olunan sənədlərin (əmək haqlarının hesablanması cədvəlləri) 7 (yeddi) iş günü müddətinə DƏMX BŞİ-yə təqdim edilməsi tələb olunmuşdur. Buna baxmayaraq tələb olunan sənədlər tam təqdim edilməmişdir. Nəticədə “X3 Evrascon” ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin “X3 Evrascon” ASC-yə ünvanladığı 3-17-5/2-96104/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 "X3 Evrascon ASC- də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. (Əmək Məcəlləsinin 15.2-ci maddəsinin Azərbaycan Respublikasının mək Məcəlləsinin qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan melumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X8 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 4 olunan sənədlərin siyahısı:
1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə) 2. Kollektiv müqavilə (olduğu təqdirdə)
3. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, İşçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X4 müraciət və HİT-nin razılığı və s.)
4. Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti. (işlədiyi dövr üzrə) İş vaxtının uçotu tabelləri. (işlədiyi dövr üzrə)
5. Mezuniyyət əmrləri və ödənilməsini təsdiq edən sənədlər.
6. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin Surəti
7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu İş materiallarına əlavə olunmuş çıxarışından görünür ki, 3-17-5/2-96104/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə “X3 Evrascon” ASC-yə çatdırılmışdır. X3 Evrascon” ASC tərəfindən DƏMX-nə ünvanlanmış 863/25 nömrəli 31 oktyabr 2025-ci il tarixli cavab məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, göndərilən sənədlərin siyahısında tələb olunan (Əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, lakin işlədiyi dövr üzrə sənəd tam təqdim olunmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-9222/2025 saylı qərarından görünür ki, “X3 Evrascon” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X12-Əfəndiyeviçin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, X12-Əfəndiyeviç vətəndaş X6 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X3 Evrascon” ASC-yə 3-17- 5/2-96104/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə verilməsi tələb edilmiş lakin sənədlər tam şəkildə təqdim edilmişdir. Bununla da, X1vericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin sorğusu 7 (yeddi) iş günü müddətində tam şəkildə cavablandırılmamışdır. X9 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 539.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X12-Əfəndiyeviçin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X7 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rauf Daşdəmirov