Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1/2021 13.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə X2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə MN ******* nömrəli xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «xxxx» ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs 99287.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 99287.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1632/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 99287,00 valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 19857.4 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2021/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hüquqi şəxs Şəxs barəsində olan 3(005)-1632/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən “KAVKAZİA-2” şirkətinə xx.xx.2018-ci il tarixində 99287.00 ABŞ dolları məbləğində pul vəsaiti qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Köçürülən 99287.00 ABŞ dolları vəsaitin ticari qarşılığı olaraq satın alınmış mallar tam şəkildə bəyan edilməklə ölkəyə idxal olunmuşdur. "Qabaqcadan köçürülmüş 99.287 ABŞ dollar vəsaitin əvəzində müqavilə ilə razılaşdırılmış qiymətə və miqdarda göndərilmiş mallar (xırda boynuzlu heyvanlar) 2018- ci ilin avqust ayında Azərbaycan Respublikasına gətirilib, gömriyə təqdim edilmiş, gömrük rəsmiləri tərəfindən gömrük bəyannamələri və invoyslar tərtib edilməklə gömrük rəsmiləşdirilməsi aparılmışdır. Bununla da qeyd olunan köçürülmüş məbləğ müqabilində alınmış malın ölkə ərazisinə idxalı tamamlanmışdır. Çünki, idxalın tamamlanması, malın Dövlət Sərhədinin keçməsi anı hesab olunur. Lakin kömrük rüsumunun və vergilərin ödənilməsinə MMC-nin hesabmda pul olmadığından, yük DGK Bakı Baş Gömrük İdarəsində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altmda (İD 61) yerləşdirilmiş və mal alana verilmişdir. Ölkəyə gətirilmiş mala müəyyən edilmiş gömrük rüsum və vergilərin öğdənilməsi mümkün olmadığından, gömrük bəyannaməsi mal alana verilməmiş, Gömrükdə İstintaq İdarəsinə göndərilmişdir. Bununla bağlı MMC-nin vəzifəli şəxsləri barəsində AR CM-nin 209.2.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və sonuncuların həmin maddə ilə təqsirli bilindiyinə dair Qaradağ rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə ittiham Hökmü qəbul etmişdir. Göründüyü kimi qabaqcadan ödənişin aparıldığı xx.xx.2018-ci il tarixdən, malm idxalı bir ay müddət ərzində tamamlanmışdır. Lakin yuxarıda qeyd edilən səbəbdən, mal alan tərəfindən gömrük bəyannaməsinin Banka təqdim edilməsi mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Maliyyə X6 bildiriş də verməmişdir ki, vaxtmda məsələyə aydınlıq gətirilsin. Ona görə də hazırkı inzibati xəta ilə bağlı Azərbaycan Respublikası Maliyyə X4 mövqeyi və bundan irəli gəlmiş hərəkətləri düzgün olmamışdır. Digər tərəfdən hazırda xx xxxxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3- cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi MMC tərəfindən köçürmənin aparıldığı tarixdən iki il müddət axımı artıq başa çatmışdır. Göstərilənlərə əsasən malların ölkəyə idxalı ilə bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim edib MMC-nin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20.00 AZN olan Şəxs xx.xx.2007-ci ildə dövlət qeydiyyatına alınmışdır; «xxxx» ASC-nin xx.xx.2018-ci il tarixli ödəniş sənədindən görünür ki, Şəxs MMC-nin hesabından xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 99287.00 ABŞ dolları ödəniş edilmişdir; **********9459, **********9460, **********94461, **********9462 və **********9463 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 99287.00 ABŞ dolları məbləğində mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X8 xx xxxxxx 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə X1 daxil olmuş Şəxs barəsində MN ******* nömrəli xx xxxx 2019-cu tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 99287.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş köçürülmüş vəsaitin hesabına alınan mallar isə ölkəyə xx.xx.2018-ci il tarixdə idxal olunmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs 99287.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və köçürülən 99287.00 ABŞ dolları məbləğində malların ölkəyə tam şəkildə idxal olunmasının müəyyən edilməsini, işin hallarını və qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver