Məhkəmə qərarları › İş №3(005)-101/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-101/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-101/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 oğlunun iştirakı ilə X2 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 dekabr 2024-cü il tarixdə ’‘Toyota Prado” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax-Gürcüstan yolu ilə Qazax istiqamətində hərəkət edib Gəncə şəhərinə çatdıqda guya İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barəsində telefonuna məlumat daxil olmuşdur. Sistem vasitəsi ilə geniş məlumat əldə edərkən orada foto görüntü yerləşdirilmişdir. Şəkildəki həqiqətən idarə etdiyi avtomobil olduğu məlumdur. Lakin, avtomobili ilə yol boyu surət limitini göstərən nişanlara riayət etdiyinə baxmayaraq, elektron qərara əsasən surət limitini saatda 21 km aşmağı inandırıcı gəlmədiyindən və onda şübhələr yaratmışdır. Bildirir ki, işləri ilə bağlı vaxtaşırı qeyd edilən istiqamətdə avtomobili ilə hərəkət etməklə yol boyu telefonunda olan “Waze” tətbiqindən istifadə edərək onun səsli bildirişlərinə (surət limiti və digər yol nişanları, bağlı yol, polis postu və s.) diqqət etmişdir, ona görə də surət limitini aşmağı ilə bağlı əvvəllər cəriməsi olmamışdır. 26 dekabr 2024cü il tarixli, EQ25235474 saylı elektron qərara görə ərazidə saatda 90 km surət limitini göstərən nişan olan hissədə surətinin saatda 21 km aşaraq guya 111 km surətlə hərəkət etməyi inandırıcı deyil və şübhəlidir. Şübhələr ona görə yaranır ki, yol boyu avtomobili yuxarıda qeyd etdiyi məlumatvcrici “Waze” tətbiqindən istifadə etməklə idarə etmişdir, həmçinin İXM-nin 328.1-ci maddəsinə görə yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə 10 (on) manat, İXM-nin 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə 50 (əlli) manat və 2 cərimə balı nəzərdə tutulur. Burada eyni zamanda şübhəli məqam məhz surət həddinin 21 km/saat aşmağının qeyd edilməsidir. İXM-nin 328.1 -ci (10 manat) deyil, İXM-nin 328.2-ci (50 manat və 2 bal) maddəsinin təsirinin altına salaraq onu cərimə balı olan daha yüksək cərimə məbləğ ilə cərimələmək məqsədi güdülmüşdür. Belə olan halda qeyd edildiyi kimi saatda 111 km surətlə hərəkət etməyi barədə tərtib edilmiş sənədlərlə bağlı təqdim edilmiş sübut şübhəlidir və bununla bağlı qərar qanuni sayıla bilməz. Bundan başqa, yol boyu surət ölçən radarın olmasını bildirən “informasiya stendi” nişanları ümumiyyətlə mövcud deyil, “X4” Azərbaycan Respublikasının Qanunun 6.14 bəndində qeyd edilən qarşıda surət radan olduğunu bildirən “informasiya stendi” nişanı olmalı və belə nişan yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr əvvəl quraşdırılmlıdır. Təəsüf ki, yol boyu bu informasiya stendi nişanı mövcud deyil, yalnız “daimi polis postunu, kafe-restoranı, yanacaqdoldurma məntəqələrin və s.” olmasını bildirən nişanlar vardır. Məhkəmədən xahiş edir ki, qərar ləgv edilərək işə xitam verilsin. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuzdur və həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X3 26 dekabr 2024-cü il tarixdə, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ‘Toyota Prado” markalı, nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş surət həddi tələbinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 328.2 maddəsinə əsasən- Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 328.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 25235474 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar