Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1013/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və onun vəkili 11 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X17 tərəfindən X14 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 361/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X14 icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da, barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 07 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X17 protokola uyğun izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X18 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X19 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək ünsiyyətdə olmasına şərait yaradılması vəzifəsi borclu X3 üzərinə qoyulmalıdır. İcra sənədi Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, həmin tarixdə borcluya könüllü icra haqqınd Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X14 izahatında göstərdi ki, o məhkəmə qərarının icrasından boyun qaçırmır, övladları X18 və X6 ataları ilə görüşməsi ilə bağlı onlara qarşı heç bir təzyiq və təsir göstərməmişdir. Övladları atalarından qorxduğu və artıq ona inanmadıqları üçün görüşmək istəmir. Psixoloqların tərtib etmiş olduğu rəylə razılaşmır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs qeyd olunanların nəzərə alınmasını hər iki övladının anası X14 tərəfindən icra şöbəsinə gətirməsinə baxmayaraq onlara təsir və təzyiq etdiyinə görə uşaqlar onunla görüşmək istəməmişdir. X14 övladları ilə ünsiyyət qurmasına mane olaraq Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini qərəzli şəkildə icra etmir. Onun tələbi ilə dəfələrlə uşaqlarla ünsiyyətə psixoloqlar dəvət olunmuş və onların tərtib etdikləri rəydən də müəyyən olunur ki, X14 övladlarına psixoloji təzyiq və təsir etdikləri üçün onunla ünsiyyət qurmağa, görüşməyə çəkinirlər. Qeyd olunanların nəzərə alınmasını və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra sənədindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X18 və 01,04.2014-cü il tarixdə anadan olmuş X19 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək ünsiyyətdə olmasına şərait yaratması vəzifəsi ünvan 2 ünvanda qeydiyyatda olan cavabdeh X3 üzərinə qoyulmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin X14 tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra sənədi qismən icra olunmuş, xx.xx.2012ci il təvəllüdlü X18 atası ilə getmək istəməmiş, xx.xx.2014-cü il təvəllüdlü X20 isə atası ilə getməyə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tərtib olunmuş aktdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X20 ilə proflaktik söhbətlər aparılsada, hər iki uşaq atası ilə görüşmək, onunla getmək istəməmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış sorğu əsasında təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:00-da Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X9 iştirakı ilə keçirilən iclasda Zərərçəkmiş şəxs övladları X15 və X16 ilə ünsiyyətdə olmasına anaları X13 tərəfindən psixoloji təsir və təzyiqin olmaması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Aktın məzmunundan görünür ki, dəvət edilmiş psixoloq bildirmişdir ki, tələbkar və borclu arasında olan kəskin münasibətlər uşaqların psixoloji durumuna təsir etmiş, hər iki uşağa təsir və qorxu hisləri borclu tərəfindən yaradılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, psixoloqun müayinəsi zamanı məlum olub ki, xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X19 anaları ilə birgə yaşayırlar, X18 ailədaxili münaqişəyə görə atasına qarşı neqativ münasibət bildirdi. X8 isə atası ilə bağlı mövzudan yayınması müşahidə edildi (uşaq atası ilə bağlı suallara cavab vermirdi). Ailədaxili münaqişəni və yuxarıda qeyd olunanları nəzərə alaraq, uşaqlara ananın təsiri istisna edilmir. xx.xx.2023-cü il tarixli tərtib edilmiş aktdan görünür ki, X18 və X19 ilə dəfələrlə profilaktik söhbətlər aparılsa da onlar ataları ilə getmək istəməmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan göründüyü kimi boclu tərəfindən icra sənədinin icrasının yerinə yetirilməsi ilə bağlı himayəsindəki uşaqları icra qurumuna gətirsə də eyni zamanda onun tərəfindən azyaşlı övladlarına qarşı psixoloji təsir olunmuş və ataları ilə görüşün keçirilməsinə təsir edilmişdir. Borclu tərəfindən himayəsində olan uşaqlara qarşı psixoloji təsirin olması halları iş materiallarına əlavə edilmiş psixoloq rəyləri ilə də təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, borclu X14 övladları X18 və X12 psixoloji təsir göstərərək ataları ilə görüşməsinə manə olmuş və Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra sənədinin qərəzli şəkildə tam icra edilməsinə maneçilik törədilmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1013/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1013/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver