Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1015/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X1 Vİ X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X1 Vİ X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində xx.xx.2023-cü il tarixli qərarda inzibati xətanın törədildiyi yer kimi Bakı Qazax yolunda 67-ci km-likdə törədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında aydın olur ki. X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini xx.xx.2023-cü il tarixində, saat 15:30 radələrində Bakı-Qazax yolunun 67 km ünvanında törətmişdir. Həmçinin iş materiallarında inzibati xəta haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair şikayət ərizəsində inzibati xətanın törədilmə yerinin hansı rayonun ərazisində törədilməsi dəqiq müəyyən edilmədiyindən və inzibati xəta haqqında işə şikayət vermiş şəxsin yaşadığı yer üzrə baxılması barədə vəsatət olmadığından məhkəmə hesab edir ki, qeyd olunan məsələlər dəqiqləşdirilməsi üçün şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Vİ X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1015/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1015/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver