Məhkəmə qərarları › İş №3(005)-102/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-102/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-102/2021 08.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi ilə, Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-1097/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkmənistan Respublikasından “Etolie Energy LTD” və “X4 İnc” şirkətlərinin ünvanına göndərilən 5.192.523 kq az kükürdlü mazut yanacağı malı (xx.xx.2020-ci il tarixli 037/UT3: 038/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “Rostov Velikiy” tankeri Bakı səhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X8 Fze” (VÖEN: **********) şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına yerləşdirilmişdir. Həmin yükün 3.901.892 kq **********7837, **********7838 saylı gömrük bəyannamələri ilə tranzit gömrük proseduranda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 1.290.631 kq az kükürdlü mazut yanacağı “X8 Fze” şirkəti tərəfindən heç bir digər gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Bununla da, “X8 Fze” şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd) ay pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Dübəndi” gömrük postunun rəisi Anar Möhsümov tərəfindən imzalanmış raportdan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2020-ci il tarixdə ilə “ETOİLE ENERGY LTD“ və “X5 İnc” şirkətinin ünvanına göndərilən 5.192.523 kq. azkükürdlü mazut yanacağı malı (xx.xx.2020-ci il tarixli 037/UT3:038/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “ROSTOV VELİKİY“ tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi" gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X8 Fze“ şirkəti tərəfindən Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmin yükün 3.901.892 kq. **********7837, **********7838 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 1.290.631 kq. azkükürdlü mazut yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “X8 FZE” şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdırılma aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardaddan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsinin böyük təhqiqatçısı X3 tərəfindən Şəxs Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. Şəxs Şirkəti nin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, şirkətləri tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş və müvəqqəti saxlanc proseduru altında qalmış mal müxtəlif texniki və texnoloji səbəblərdən müəyyən edilmiş müddət ərzində hər hansı digər proseduru altında yerləşdirilməmişdir və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkmənistan Respublikasından “Etolie Energy LTD” və “X4 İnc” şirkətlərinin ünvanına göndərilən 5.192.523 kq az kükürdlü mazut yanacağı malı (xx.xx.2020-ci il tarixli 037/UT3: 038/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “Rostov Velikiy” tankeri Bakı səhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan “X8 Fze” (VÖEN: **********) şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına yerləşdirilmişdir. Həmin yükün 3.901.892 kq **********7837, **********7838 saylı gömrük bəyannamələri ilə tranzit gömrük proseduranda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 1.290.631 kq az kükürdlü mazut yanacağı “X8 Fze” şirkəti tərəfindən heç bir digər gömrük prosedura altında rəsmiləşdirilməmişdir. Bununla da, “X8 Fze” şirkəti tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd) ay pozulmuşdur. Bununla da, Şəxs Şirkəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar