Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-102/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN seriyalı ******* nömrəli, 25.12.2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.12.2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Mado” restoranının arxasında pirotexniki vasitələri satmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 23.12.2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Mado” restoranının arxasında pirotexniki vasitələri satdığını, pirotexniki vasitələri 4 ay əvvəl Sədərək Ticarət Mərkəzində tanımadığı şəxsdən aldığını, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: 25.12.2021-ci il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, Nərimanov RPİ 17-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2, protokolu 16-cı PB-nin CA üzrə kiçik inspektoru Natiq Quliyevin, Nərimanov RPİ-nin CA üzrə kiçik inspektoru Rahib Ağaməmmədovun və Şəxs iştirakları ilə protokol tərtib etmişdir. 25 dekabr 2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qadağan olunmuş pirotexniki vasitələr satan Şəxs 3 blok ardıcıl atıcı funksiyası olan pirotexniki vasitə aşkar edilərək götürülmüşdür. Şəxs həmin pirotexniki vasitələri 4 ay əvvəl Sədərək Ticarət Mərkəzində tanımadığı şəxsdən aldığını bildirmiş və könüllü olaraq təqdim etmişdir. Həmin pirotexniki vasitələr tərəfindən götürülmüşdür. Şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-də yazdığı izahatdan görünür ki, göstərilən ünvanda yaşayır, 25.12.2021-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “Mado” restoranının arxasında parkda pirotexniki vasitə sayılan fişəng satarkən Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və satdığı vasitələrin qadağan olunduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Həmin pirotexniki maddələri təxminən 4 ay bundan əvvəl Sədərək Ticarət Mərkəzində tanımadığı şəxsdən almışdır. Etdiyi əməldən peşmandır. İXM-in 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən aşağıdakı prinsip və müddəaları rəhbər tutur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən ediir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr (3 blok ardıcıl atıcı funksiyalı pirotexniki vasitələr) müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov İş № 3(005)-74/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 21 yanvar 2020-ci il Bakı şəhəri X4 Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 14:30-da açıldı. Sədrlik edən Azərbaycan Respublikası İXM-in 112.1.1-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edənin icazəsi ilə iclas katibi Azərbaycan Respublikası İXM-in 112.1.2-ci maddəsinə əsasən məruzə edərək bildirdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən yerində qısa müşavirə edib, qərara aldı: -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən məhkəmənin müşavirə otağına getdiyini elan edir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası saat 14:40-da bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(005)-102/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-102/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver