Məhkəmə qərarları › İş №3(005)-1046/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1046/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1046/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini nümayəndəsi X1 iştirakları ilə, Şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlandığı şikayətində göstərilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 07 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarla 21 fevral 2024-cü il tarixli protokola əsasən AR İXM-nin 192.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, X2 şikayətinə əsasən guya o 2023-cü ilin noyabr, dekabr ayları üzrə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə guya inzibati xəta törətmişdir. Halbuki, o, vergi ödəyicisi kimi illər öncə qeydiyyatdan keçsə də, şikayət edilən dövrdə və hazırda da özü də əmək müqaviləsi olan "İnter DBK” MMC-nin mexanikidir. Şikayət edən şəxsin tələbat olan işlə bağlı işəgötürülməsi baş tutsaydı "İnter DBK” MMC tərəfindən işə götürüləcəkdi, çünki ona təklif olunan traktor da həmin cəmiyyətin istifadəsində olan traktor olmuşdur. Onun şikayətçinin icra etdiyi işi verəcək səlahiyyəti olmamış, onun istifadəsində şikayətçinin idarə etdiyini iddia etdiyi traktor olmamışdır. Şikayətlə bağlı ilkin olaraq şikayətçi polis orqanına müraciət etmiş, ona sahə müvəkkili yaxınlaşaraq şikayətin mənası olduğunu tələsdiyini ağ vərəqə qol çəkməli olduğumu bildirmiş, o polis işçisi olması səbəbindən həm təqsiri olmadığı üçün şübhələnmədən boş izahat blankına qol çəkmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadına əsasən, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd olunan qərardadında "xxxx" MMCnin hüquqi ünvanının ünvan 3 bu səbəbdən də işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 məhkəmə iclasında bildirmişdir ki, "xxxx" MMC-nin mexaniki vəzifəsində işləyir. O, "xxxx" MMC-nin vəzifəli şəxsi kimi kimisə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətini nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 4ati tənbeh vermə haqqında qərar fərdi sahibkar olaraq X7 barəsində qəbul edilmişdir. X7 ünvanı isə ünvan 5 aidiyyət məsələsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi düzgün qiymət verməmişdir. Məhkəmədən aidiyyət məsələsinə yenidən baxılmasını və lazım olduğu təqdirdə mübahisənin aradan qaldırılması üçün inzibati işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, işin baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, fərdi sahibkar (VÖEN **********) X8 barədə qərar vəzifəli şəxs kimi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, İXM-in 192-ci maddəsində əmək qanunvericiliyinin pozulmasına (192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə) görə məsuliyyət müəyyən olunmuşdur ki, həmin inzibati xəta da vəzifəli şəxs tərəfindən törədildiyi halda xətanın törədilmə yeri vəzifəli şəxsin qeydiyyat ünvanın olduğu yer hesab olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maşın xidmət müqaviləsindən göründüyü kimi X8 fərdi sahibkar kimi “Kalyon RSY X12 Ticari İşletmesi” Şirkəti ilə müqavilə bağlayaraq işlər yerinə yetirəcəkdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Cəbrayıl rayonu ərazisində tikinti fəaliyyəti ilə məşğul olan “Kalyon RSY X10 İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli maşın xidmət müqaviləsinə əsasən ekskavator sürücüsü işləyən X3 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 2023-cü ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu ekskavator sürücüsü vəzifələrinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilmişdir ki, X8 "xxxx" MMC-nin mexanikidir. Beləliklə müəyyən edilmişdir ki, X8 (VÖEN **********) ilə “Kalyon RSY X10 İşletmesi” Şirkəti arasında maşın xidmət müqaviləsi bağlanılmış, daha sonra o, həmin müqavilənin icrası məqsədilə fərdi sahibkar kimi ekskavator sürücüsü işləyən X4 müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X8 "xxxx" MMC-nin vəzifəli şəxsi kimi hər hansı şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etməmişdir. Qeyd olunanlarla əlaqədar hazırki şikayətə fərdi sahibkar (VÖEN **********) X7 ünvanının yerləşdiyi yer üzrə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də qərarından şikayət verilən orqanın bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar