Məhkəmə qərarları › İş №3(005)-1048/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1048/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1048/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakları ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən "xxxx" ASC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Hüquqi şəxs "xxxx" ASC-nin direktoru X5 ASC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb etmişdir. Bunula da "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X9 qərarı müdafiə edərək müəssisə barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X14 bildirmişdir ki, X1 müxtəlif dövlət orqanlarına etdiyi müraciətindən görünür ki, onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə Salahov Elşən adlı şəxs tərəfindən işə cəlb edilmiş və sonuncu tərəfindən ona əmək haqqı verilməmişdir. Həmçinin o bildirmişdir ki, onların müəssisəsi ilə Şahverdiyev Kamil ilə aralarında podrat müqaviləsi imzalanmış və onlara bir sıra işlərin görülməsi tapşırılmışdır. Şahverdiyev Kamil ilə Tunar arasında da xx.xx.2024-cü il tarixdə müqavilə bağlanılmış və xx.xx.2025-ci il tarixdə aralarında müqaviləyə xitam verilmişdir. Adı çəkilən Elşən Kamilin işçisi olmuş, Elşəndə işlərin görülməsinə Tunarı cəlb etmişdir. Yəni Tunar fiziki şəxs olan Elşən və Kamil tərəfindən müəyyən işlərin görülməsinə cəlb edilmişdir. Bundan başqa qeyd edilən faktları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də təsdiq edilmişdir ki, Tunar adlı şəxsin bir sıra işlərə cəlb edilməsində "xxxx" ASC-nin heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədə xahiş etmişdir. Həmçinin zəruri sənədləri məhkəməyə təqdim etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, onunla "xxxx" ASC arasında podrat müqaviləsi vardır. O da, Elşən adlı şəxslə tikinti işlərinin həyata keçirilməsi məqəsi ilə müqavilə imzalanmışdır. Elşən adlı şəxs onu Turanla tanış etmiş, sonuncunu xx.xx.2024-cü il tarixində işə götürmüş, xx.xx.2025-ci il tarixində X17 verimişdir. Yəni Tunar adlı şəxsin bir sıra işlərə cəlb edilməsində "xxxx" ASC-nin heç bir aidiyyəti yoxdur. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki "xxxx" ASC-nin əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Hüquqi şəxs "xxxx" ASC-nin direktoru X5 ASC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb etmişdir. Bunula da "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. "xxxx" MTK-ilə "xxxx" ASC arasında baglanmış xx.xx.2023-cü il tarixli, İZM-2023-002 nömrəli müqavilədən görünür ki, "xxxx" MTK-ilə "xxxx" ASC arasında müxtəlif tikinti, təmir, quraşdırma və sazlama işlərinin icra edilməsi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, 1359 saylı podrat müqaviləsindən görünür ki, fiziki şəxs X10 ilə "xxxx" ASC arasında müqavilə üzrə tapşırıqların icra edilməsinə dair müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, fiziki şəxs X10 ilə "xxxx" ASC arasında müqavilə üzrə tapşırıqların icra edilməsinə dair müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şahid ünvanlamış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və altsisteminə baxış keçirilərkən onunla “Crystal İnşaat' ASC arasına əmək müqaviləsi mövcud olmadığı müəyyən edilmişdir. Eyni zamanda müraciətinində qeyd edilmiş Elşən Salahov fərdi sahibkar X7 arasında bağlanmış əmək müqaviləsi olduğunu nəzərə alaraq fərdi sahibkar X2 ünvanına məktub ünvanlanmışdır. X17 verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli X4 görünür ki, X7 tərəfindən xx.xx.2024-cü il tarixində Şahid işə götürülmüş, xx.xx.2025-ci il tarixində X17 verilmişdir. Əmək Müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli X4 görünür ki, xx.xx.2024-cü il tarixində X7 tərəfindən X11 işə götürülmüşdür. X17 verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli X4 görünür ki, X7 tərəfindən X6 X17 verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" ASC tərəfindən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" ASC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinin pozulmasında təqsirli bilindiyi yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Şahid 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb olması qeyd edilən müəssisə tərəfindən yox, həmin müəssisənin podrat müqaviləsi bağlamış olduğu Şahverdiyev Kamil və sonununcunun işə götürdüyü Elşən adlı şəxs fiziki şəxs tərəfindən işlərin görülməsinə cəlb edilmiş və əmək haqqı ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şahid ünvanlamış xx.xx.2025-ci il tarixli məktublada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və altsisteminə baxış keçirilərkən onunla “Crystal İnşaat' ASC arasına əmək müqaviləsi mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa işdə olan "xxxx" MTK-ilə "xxxx" ASC arasında baglanmış xx.xx.2023-cü il tarixli, İZM-2023-002 nömrəli müqavilədən, xx.xx.2024-cü il tarixli, 1359 saylı podrat müqaviləsindən görünür ki, fiziki şəxs X10 ilə "xxxx" ASC arasında müqavilə üzrə tapşırıqların icra edilməsinə dair müqavilə imzalanmış, X7 tərəfindən xx.xx.2024-cü il tarixində Şahid işə götürülmüş, xx.xx.2025-ci il tarixində X17 verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Şahid 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb olması faktı öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Sübutetmə yükü protokol tərtib edən orqanın üzərinə düşür. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan 2024-cü ilin oktyabr ayında usta qismində fasad işlərinin görülməsinə cəlb edilməsini sübuta yetirə bilməmişdir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" ASC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı xx.xx.2025-ci il tarixli qərar üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar