Məhkəmə qərarları › İş №3(005)-1049/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1049/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1049/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində yol qəza hadisəsi baş vermişdir. Yolun sağ tərəfində qəza işıqlarını yandırıb dayanan “Mercedes markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza vəziyyətindən qəflətən çıxaraq onun “Mitsibushi Lancer” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ötmə və sağa dönmə əməliyyatı edərkən sağ orta və arxa tərəfdən vurmuşdur. Hadisə yerinə gələn polis inspektoru, mayor Zaur Abbasov və sığorta şirkətinin işçisi günahın onda olduğunu deyərək sənədləri götürüb getmişdir. Sabahı gün Bakı şəhər Polis İdarəsinə yaxınlaşdıqda günahın onda olduğunu deyərək əleyhinə qərar qəbul olunmuşdur. O, xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərardan narazılıq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciət etmiş, xx.xx.2022-ci il tarixdə hakim Vüsal Qurbanovun sədrliyi ilə qərarın yenidən baxılması və ləğv edilməsi barədə qərardan sonra yeni iş icraçısı kapitan Nicat Cəlilovun dəvəti ilə Bakı şəhəri DYPİ-ə yaxınlaşıb yenidən izahat vermişdir. İş prosesində onunla yenidən əlaqə saxlanılmamış və heç bir qərar göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə yenidən İdarəyə yaxınlaşıb proseslə maraqlandıqda isə məlum olmuşdur ki, onun iştirakı olmadan və heç bir kamera yazısı izlənilmədən tez bir vaxtda yenidən əleyhinə qərar qəbul olunmuşdur. Odur ki, həmin qərarı əsassız hesab edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə qərar ləğv edilməli və material araşdırılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-66/2022 saylı qərarına əsasən, X2 şikayəti qismən təmin edilmiş, X2 barəsində Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 60 manat məbləğində cərimə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X2 həmin maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 19:20-də X7 küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarının pozulması faktı işdəki hansı mötəbər sübutlarla sübut olunması aydınlaşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, sübutların və inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair məhkəmə tərəfindən sorğu ilə müraciət olunmasına baxmayaraq, bu sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən X2 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 İXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar