Məhkəmə qərarları › İş №3(005)-1050/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1050/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1050/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili- Vəkil iştirakı ilə, X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarlarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarları ilə X3 ümumilikdə 218.00 AZN məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Mercedes Benz E320 markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi avtomobillə hərəkətdə olarkən DYP inspektoru tərəfindən saxlanılmış və həmin avtomobil vasitəsi ilə törədilmiş inzibati xətalara görə avtomobil üzərinə həbs qoyulduğu bildirilmişdir. İnspektor eyni zamanda planşetdə hansı protokolların görünməsi barədə əlavə məlumatlar da vermişdir. Həmin məlumatlara görə onun adına bir sıra elektron qərarlar qəbul edilmiş, lakin cərimələr ödənilməmişdir. Halbuki, heç vaxt ona həmin qərarlarla bağlı hər hansı sms və ya bildiriş gəlməmiş və internet resursunda onun adına yaradılmış elektron kabinetə heç bir elektron qərar yerləşdirilməmişdir. Belə olan halda, həmin qərarlar ləğv edilərək icraatlara xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili Vəkil şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalara görə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində çıxarılan elektron qərar inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Eyni zamanda vermiş olduğu şikayətə əlavə edilən elektron kabinetdən çıxarışdan da göründüyü kimi, mübahisələndirilən qərarlar E.Qarabağlıya məxsus elektron kabinetə yerləşdirilməmişdir. Odur ki, məhkəmədən verilmiş şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarına əsasən X3 10 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarına əsasən X3 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarına əsasən X3 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarına əsasən X3 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarına əsasən X3 10 manat cərimə edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli “ASAN ödəniş” sistemindən çıxarışa əsasən X2 məxsus “ASAN ödəniş” sistemindəki “elektron kabinetində” qüvvədə olan yol hərəkəti qaydaları əlehinə inzibati xəta haqqında yalnız İXP 928951 xx.xx.2017-ci il tarixli protokol xx.xx.2017-ci il tarixdə, BNA ******* nömrəli xx.xx.2019-cu il tarixli protokol isə xx.xx.2019-cu il tarixdə yerləşdirilmişdir. Halbu ki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarları ilə ümumilikdə 218 manat məbləğdə cərimə edilmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən vətəndaş Elvin Qarabağlının şikayət ərizəsində göstərilən xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında elektron qərarları ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019-cu il tarixli EQ ******* saylı, xx.xx.2019cu il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə elektron qərarları ləğv edilsin,həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar