Məhkəmə qərarları › İş №3(005)-106/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-106/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-106/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 05 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 2801.17 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Adigözəl oğlundan 1116 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 1974 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 6659,63 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Nbcbank" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Adigözəloğlundan 4300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 1487 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 783 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 898 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 2801.17 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Adigözəl oğlundan 1116 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 1974 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 6659,63 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Nbcbank" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Adigözəloğlundan 4300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 1487 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 783 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 898 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədləri müxtəlif tarixlərdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs Adigözəl oğlu şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərar müvafiq bildirişlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak və nağd pul vəsaiti aşkar edilməlmişdir. Daha sonrakı mərhələdə borclu şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmişdir. Bu səbəbdən borclu barəsində xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul edilərək aidiyyəti üzrə göndərilmiş, Nərimanov RPİ tərəfindən borclu şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə ödənişləri ödəməməsinin səbəbi maddi vəziyyəti olmuşdur. Belə ki, icra sənədlərindən 2022-ci ilin dekabr ayında məlumatlı olmuş və imkanı olmadığından ödənişlər edə bilməmişdir. Hazırda işsizdir və icra sənədini icra etməyə hazırdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 2801.17 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Adigözəl oğlundan 1116 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 1974 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs Adigözəl oğlundan 6659,63 manat məbləğində pul vəsaiti və 21 manat dövlət rüsumu tutularaq tələbkar "Nbcbank" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs Adigözəloğlundan 4300 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 1487 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 783 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Adigözəl oğlundan 898 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-3267/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş məhkəmə qərarları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6889/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2769/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4456/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1557/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqələrinin icrası ilə əlaqədardır. İcra işləri öyrənilərkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən bir sıra icra işləri üzrə tələbin könüllü icrası haqqında bildirişlər borcluya vaxtında təqdim edilsə də, lakin bəzi işlər üzrə vaxtında təqdim edilməmişdir:

1. 2(005)-5662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir;

2. 2(005)-3267/2020-002 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir;

3. 2(005)-2705/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir;

4. 2(005)-950/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, borclu üçün həmin icra sənədlərinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədini könüllü icra etmək hüququ təmin edilməlidir. Lakin icra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, qeyd olunan icra işlərinin materiallarından görünmür ki, könüllü icra müddəti barədə göndərilmiş həmin bildirişlər borcluya vaxtında rəsmi qaydada çatdırılmış, borclu həmin bildirişləri almış, lakin bildirişlərdə göstərilmiş müddət bitsə də, icra sənədləri icra edilməmişdir. Həmin bildirişlərin vaxtında çatdırılmasına dair sübut mövcud deyildir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən bildirişlərin çatdırılması, qeyd edilən icra sənədləri barədə borclunun məlumatlandırılması yalnız xx.xx.2022-ci il tarixdə qeyd edilən bildirişdə imza etdirməklə baş tutmuşdur, ona görə də könüllü icra müddəti xx.xx.2023-cü il tarixdə bitəcək. Belə olduğu təqdirdə könüllü icra müddəti barədə məlumatlandırıldığı vaxtdan həmin könüllü icra müddəti üçün müəyyən edilmiş vaxt keçmədən, şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar