Məhkəmə qərarları › İş №3(005)-1060/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1060/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1060/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, 17 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs direktoru Fərid İbrahimov 06.05.2021-ci il tarixli 1234 nömrəli məktubla məhkəməyə müraciət edərək MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından qanunvericiliyin tələbi və işin həqiqi halları baxımından əməldə inzibati xətanın tərkib əlamətləri olmadığından xitam verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, MMC-in hüquqi və faktiki ünvanı 05.04.2021-ci il tarixdə inzibati protokolda və sorğuda qeyd olunan ünvana heç bir aidiyyəti olmamışdır. Həmin tarixdə şirkətlərin hüquqi ünvanı Yasamal rayonu ərazisində olmuşdur. Həmçinin protokol tərtib edilərkən MMC-in səlahiyyətli nümayəndəsinin iştirakı olmamışdır. Bununla da protokol tərtib edilərkən bir sıqa nöqsanlara yol verilmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs rəsmi qeydiyyat ünvanına göndərilmiş və 05.04.2021-ci il tarixdə imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışına əsasən Şəxs hüquqi ünvanı ünvan 3ası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 4əlahiyyətli orqanın müvafiq sorğunun göndərilməsi ilə bağlı hər hansı rəsmi sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncunun səlahiyyətli orqan tərəfində həmin hüquqi şəxsin hüquqi ünvanına ünvanlanmış olan müvafiq sorğunu əldə etdikdən sonrakı 5 gün ərzində məlumatın verilməməsi təqdirdə yaranır. Lakin iş materiallarına əlavə edilmiş Nərimanov Rayon Polis İdarəsinin sorğusu hüquqi şəxsin rəsmi ünvanı sayılan Bakı şəhəri Yasamal rayonu, Xarici Daurəvi, ev 4 ünvanına deyil, ünvan 7. Belə olan təqdirdə “TOYOTA PRİUS” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə səlahiyyətli orqan tərəfində hüquqi şəxsin ünvanına rəsmi sorğu göndərilmədiyindən, Şəxs müvafiq sorğuya İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində tələb olunan 5 gün ərzində cavab verməsindən ibarət öhdəlikdən də azad olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar